Adalar uğrunda savaş: Uzaq Şərqdə alovlanan münaqişələr
13.10.2016 [10:02]
İnsanlar artıq dünyanın müxtəlif regionlarında baş qaldıran intriqalara, terrora, silahlı toqquşmalara və on minlərlə günahsız insanların həlak olmasına alışıblar. Bəlkə də, bu səbəbdəndir ki, illərdir təhlükəli həddə çatmış Asiya-Sakit okean hövzəsindəki münaqişələrə elə də əhəmiyyət vermirlər. Həyəcan təbili çalan yalnız siyasi liderlər, diplomatlar və jurnalistlərdir. Həmin proseslərə dərindən nəzər salanda görünür ki, regionda bütövlükdə dünya üçün ciddi problemlər yarada biləcək hadisələr cərəyan edir. Bura bir neçə ölkə daxildir. Yaponiya, Çin, Vyetnam, Filippin, Malayziya, Bruney, Tayvan və başqa region ölkələri artıq bu alovun içindədirlər. Onların mübarizəsi iqtisadi və energetik cəhətdən strateji sayılan ərazilərdə dominantlıq uğrunda gedir. Bunun üçün kifayət qədər təhlükəli addımlar atılır. ABŞ və Rusiya kimi böyük dövlətlərin də həmin proseslərə müəyyən dərəcədə təsir etməsi problemin qlobal təhlükəsizliklə birbaşa bağlılığını göstərir.
“5 trilyonluq rəqabət”: Cənubi Çin dənizində hərarət yüksəlir
Asiya-Sakit okean regionunda geosiyasi dinamikanın intensivləşdiyi etiraf edilir. Burada ABŞ, Çin, Yaponiya, Filippin, Şimali və Cənubi Koreya, Vyetnam və digər ölkələr arasında hiss ediləcək dərəcədə təsirli siyasi, hərbi, iqtisadi, diplomatik hadisələr baş verməkdədir. Ekspertlərin ümumi xarakteristikasına görə, həmin regionda gərginlik getdikcə artır. Əsas rəqiblər kimi isə ABŞ-la Çin göstərilir.
Doğrudan da, Asiya-Sakit okean hövzəsində ümumi geosiyasi mənzərədə müşahidə edilən dəyişikliklərə Vaşinqton-Pekin münasibətləri kontekstində yanaşmaq reallığa daha uyğun olardı. Hər iki böyük dövlət burada hegemonluq etməkdə israrlıdır. ABŞ hərbi-dəniz donanmasının əsas gücünü məhz bu regiona göndərib. Ekspertlərə görə, bunun başlıca səbəbi dünya dəniz ticarətinin böyük qisminin həmin bölgə vasitəsilə həyata keçməsindədir. Hesablamalara görə, ildə 5 trilyon ABŞ dolları həcmində ticarət Cənubi Çin dənizi vasitəsilə reallaşır ki, bu da dünya ticarətinin 1/4-ni təşkil edir.
Aydındır ki, bu ticarət yoluna nəzarət edən ölkə və ya dövlətlər qrupu qlobal geosiyasi proseslərə də ciddi təsir etmək imkanı qazanmış olur. Mütəxəssislərin fikrinə görə, məhz bu səbəbdən İkinci Dünya müharibəsindən sonra həmin bölgə uğrunda mübarizə səngimək bilmir. Son illər Filippinlə Çin arasında Sişa (Çin dilində) (beynəlxalq terminologiyada - Paraselsk) və Nanşa (beynəlxalq terminologiyada Spratli adlandırırlar) arxipelaqları uğrunda gərgin mübahisə gedir. Onun əsası keçən əsrin ortalarında qoyulub. Lakin XXI əsrin əvvəllərindən xüsusi olaraq kəskinləşib.
Bu ilin iyul ayında Haaqa Arbitraj Məhkəməsi Nanşa arxipelaqında Filippinə bəraət qazandıran qərar çıxarıb. Konkret olaraq Skarboro adasına Çinin iddiası təmin edilməyib. Təbii ki, Çin tərəfi bunu haqsızlıq hesab edir (bax: V spore po voprosam v Öjno-Kitayskom more Kitay trebuet spravedlivosti / “avesta.tj”, 22 iyul 2016). Buna baxmayaraq, Filippin rəhbərliyi Vaşinqtondan bu məsələdə Çinə qarşı loyal mövqe tutmamağı tələb etməkdədir. Həmin ölkənin prezidenti B.Obama haqqında “Böyük iyirmilər”in Çindəki sammitində sərt ifadələr işlətmiş, sonra isə Laosda onunla ayaqüstü söhbət etmişdi. Manilanın bu cür davranması onu göstərir ki, Cənubi Çin dənizindəki adalar ilə bağlı Filippinlə Çin arasında gərginlik azalmır. Qarşılıqlı ittihamlar davam edir.
Ekspertlər onu da vurğulayırlar ki, regionun güclü dövlətləri Malakka buxtası ilə bağlı da ciddi rəqabət aparmaqdadırlar. Onlarla yanaşı, ABŞ da burada nəzarəti ələ keçirməyə çalışır. Tarix elmləri doktoru D.Mosyakovun fikrinə görə, “...münaqişə tərəflərinin qarşılıqlı güzəştə getmək istəkləri yoxdur və bu şəraitdə münasibətlər daha da sərtləşir” (bax: Dmitriy Mosəkov. Na qrani fola: politika Kitaə v Öjno-Kitayskom more / “İndeks bezopasnosti”, 2013, №4 (107)).
Bunların fonunda Amerika ilə Çin regionda hərbi qüvvələrini artırırlar. İyulun 5-11-i arası Pekin Cənubi Çin dənizində böyük hərbi təlim keçirib. İyulun 12-də Haaqa Məhkəməsinin yuxarıda xatırlatdığımız qərarından sonra isə Pekin regionda daha da fəallaşıb və hərbi təlimləri davam etdirir (bax: Kitay provodit voennıe uçeniə v Öjno-Kitayskom more / “Qolos Ameriki”, 18 iyul 2016). Çin hərbçiləri bunu “dəniz sahilini qorumaq taktikasından açıq dənizdə müdafiə strategiyasına keçid” adlandırırlar.
“Neftli” adalar: “sahiblər” arasında müharibə
Onu demək lazımdır ki, bütün problemlər Paraselsk adalarında neft yataqlarının kəşfindən sonra kəskinləşib. 1974-cü ildə Çin buranı Vyetnamdan alaraq zəbt edib, 1992-ci ildə isə bütün Cənubi Çin akvatoriyasında hakim olduğunu bəyan edib. Bir müddət ara səngisə də, son illər enerji qaynaqları uğrunda savaşın gərginliyi həmin məsələni yenidən alovlandırıb. Xatırlatmağa dəyər ki, Spratli adaları 1951-ci ilə qədər Yaponiyanın ixtiyarında olub. San-Fransisko sülh sazişinə görə, Tokio həmin adalardan imtina edib.
Hazırda Cənubi Çin dənizində Pekin 70, Vyetnam 21, Malayziya 3, Filippin 8, Tayvan isə bir adaya nəzarət edir. Regionda ən çox hərbi qüvvə saxlayan Çin və Vyetnamdır. Çinin əsas məqsədi regionun iqtisadi arteriyalarına nəzarəti əlində saxlamaqdır. Bu, onun üçün həyat əhəmiyyətlidir, çünki ixracatın böyük hissəsi həmin marşrutla həyata keçirilir.
Açıq görünür ki, Asiya-Sakit okean regionunda geosiyasi-hərbi gərginlik yeni səviyyəyə yüksəlməkdədir. Burada əsas mübahisə obyektləri illərdir həllini tapmayan mübahisəli adaların kimə məxsus olmasıdır. Bu aspektdə daha çox fəallıq nümayiş etdirən Pekin və Maniladır. Lakin ticarət faktoruna görə bu prosesə regionun bütün dövlətləri qarışırlar. Hazırda Malakka buxtası, Spratli arxipelaqı və Kuril adalarına qədər geniş bir məkanda rəqabət davam edir. Burada Yaponiya həm Çin, həm də Rusiya ilə mübahisələrə girişib.
Pekinlə Tokionun həmin region uğrunda mübarizəsinin kökləri qədimlərə gedib çıxır. Tərəflər tarixən gərgin mübarizədə buradan bir-birini sıxışdırmağa çalışıblar. İndi də Senkaku adaları ilə bağlı Tokio-Pekin xəttində səngiməsi gözlənilməyən gərginlik müşahidə olunur (bax: Larisa Vladimirova. Ostrova Senkaku - ostrova razdora mejdu KNR i Əponiey / “nbenegroup.com”). Maraqlıdır ki, regionun iki ən güclü dövləti mövqelərindən çəkinmək fikrində deyillər və hətta hərbi güc tətbiqinə qədər də riskə gedirlər. Vyetnam və Filippinin də eyni iradə nümayiş etdirməsini nəzərə alsaq, həmin bölgədə geosiyasi-hərbi həssaslığı təsəvvür etmək mümkün olar.
Məhz bu kimi proseslərin fonunda Rusiya ilə Yaponiya arasında Kuril adaları ilə əlaqəli proseslərin intensivləşməsi qətiyyən təsadüfi görünmür. Əksinə, belə təəssürat yaranır ki, Moskva və Tokio formaslaşmaqda olan gərginlik zəncirindən kənarda qalmağa çalışırlar. Sentyabrın əvvəllərində hər iki ölkənin KİV-ində Kuril məsələsində tərəflərin qarşılıqlı güzəştə gedə biləcəkləri haqqında məlumatların yayılması bu kontekstdə simptomatikdir (bax: məs., Aleksandr Braterskiy, Mariə Baranova. Lödi - naşi, Kurilı - vaşi / “gazeta.ru”, 1 sentyabr 2016).
Hətta yayılan bəzi informasiyalara görə, Yaponiya bu məsələdə yeni strategiya hazırlayır. “The Japan Times” qəzetinin yazdığına görə, arada fikir ayrılığının olmasına baxmayaraq, onun qayəsində iki ölkənin iqtisadi əməkdaşlığını yeni səviyyəyə yüksəltmək dayanır. V.Putin də ölkəsinin əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edib. Lakin o, torpaq məsələsində Kremlin alver etmədiyini də xüsusi qeyd edib.
Sonrakı gedişat göstərdi ki, qarşılıqlı güzəştlə bağlı informasiyalar daha çox jurnalist təxəyyülünün məhsuludur. Moskva ilə Tokio mövqelərindən çəkilmək fikrində deyillər (bax: V Əponii oproverqli soobheniə o predlojenii Moskve po Kurilam / gazeta.ru, 1 sentyabr 2016). Bu da onu göstərir ki, Asiya-Sakit okean zonasındakı mübahisəli problemlər sırasında Rusiya-Yaponiya münasibətləri də qalmaqda davam edir.
Yuxarıdakı təhlil geosiyasi aspektdə maraqlı bir müqayisə üzərində düşünməyə sövq edir. Yaxın Şərqdən tutmuş uzaq Cənubi Çin adalarına qədər geniş bir ərazidə münaqişələrin xarakteri, demək olar ki, eynidir. Daha maraqlısı isə odur ki, onları meydana gətirmə mexanizmi heyrətedici dərəcədə sadə və oxşardır. Hər yerdə dövlətlər ərazi və enerji mənbəyi uğrunda qeyri-sağlam rəqabətə girirlər. Bu, zəifləyib, taqətdən düşmüş ərəb ölkələrinə də, Rusiya, Çin, Yaponiya kimi güclü ölkələrə də aiddir. Səbəb nədir? Və maraqlıdır ki, həmişə ABŞ və Avropa bu cür intriqalardan kənarda qalırlar?!
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59

