İşğalçı Ermənistanda gənclər arasında işsizlik kritik həddə çatıb
21.10.2016 [09:56]
İşsizlik böhranı Sarkisyan hakimiyyətinə qarşı etirazları daha da gücləndirir
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyətinin aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə daha da pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin məmurlar tərəfindən talanması öz mənfi təsirini sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması isə işğalçı ölkədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib.
Daha dəqiq desək, bütün sahələrdə iflasa uğrayan Ermənistanda işsizlik böhranı da yaşanır. İşğalçı ölkədə təkcə gənclərin 39,1 faizi işsizdir. Ermənistan Statistika Xidmətinin məlumatına görə, ölkədə işsizlərin sayı ciddi şəkildə artıb. İşsizlərin 79,8 faizi qadınlar, 48,6 faizi isə 16-44 yaş arasında olanlardır. İşğalçı ölkədə gənclər arasında işsizlik kritik həddədir. Beynəlxalq Əmək Təşkilatının bununla bağlı hesabatında deyilir ki, 2017-ci ildə MDB ölkələrində gənclər arasında işsizliyin səviyyəsi oğlanlar arasında 17,3, qızlar arasında isə 17,7 faiz olacaq ki, bunun da böyük əksəriyyəti Ermənistanın payına düşəcək.
Bu məqamda qeyd edək ki, Ermənistan hökumətinin 3 il əvvəl “Məşğuliyyət haqqında” qanunda dəyişiklik etməsi vəziyyəti bir qədər də gərginləşdirib. Qanun layihəsinə əsasən, işsizlik müavinəti ləğv edilib. Buna kimi isə Ermənistanda rəsmən qeydə alınmış işsizlərə 18 min dram (təqribən 37 ABŞ dolları) aylıq müavinət verilirdi. İşğalçı ölkədə gənclərlə yanaşı, orta yaşlı vətəndaşlar da iş tapa bilmirlər. Bu isə etirazlara səbəb olur. İrəvanın mərkəzi meydanında Vardenisdən gəlmiş Armen Yeranosyan adlı işsiz vətəndaş isə aclıq elan edərək ağzını tikib.
İşğalçı ölkədə insan haqlarının vəziyyəti də pisləşib ki, bu reallıq beynəlxalq tədbirlərdə də səsləndirilir. Polis zorakılığı, müstəqil məhkəmə sisteminin yoxluğu Ermənistanda hər gün qanunların pozulmasına gətirib çıxarıb. Yeri gəlmişkən, Vaşinqtonda keçirilən Ermənistanda siyasi məsələlər forumunun iştirakçıları son illər ölkədə insan haqları və qanunun aliliyi ilə bağlı vəziyyətin pisləşdiyini qeyd ediblər. Müzakirə iştirakçıları xüsusi olaraq Ermənistandakı mitinqlərə diqqəti çəkiblər. Qeyd edilib ki, ölkədə polis zorakılığı ilə müşahidə olunan aksiyalar artıq adi hal alıb. Üstəlik də Ermənistanda müstəqil məhkəmə sistemi yoxdur. Bu, insan hüquqlarının ümumi vəziyyətinin pisləşməsinin nümunələrindən biridir.
İşğalçı ölkədə yaşayan və sayları onsuz da məhdud olan milli azlıqlar da hökumətdən narazıdırlar. Ermənistanın ratifikasiya etdiyi beynəlxalq hüquqi sənədlərə əsasən, onların fikirlərini öz dillərində sərbəst, şifahi və yazılı şəkildə ifadə etmək hüququ var. Lakin Ermənistanda həmin sənədlərin müddəa və prinsipləri addımbaşı pozulur. Buna etiraz edən insanlar isə təqib olunur, mənəvi işgəncələrə məruz qalırlar. Beynəlxalq təşkilatların da tənqidlərinə baxmayaraq Ermənistan hökuməti vəziyyətin yaxşılaşdırılması istiqamətində heç bir addım atmır.
Ümumiyyətlə, qeyd etdiyimiz kimi, Ermənistandakı belə bir acınacaqlı durumun əsas səbəbkarı rejimin başçısı Serj Sarkisyandır. Onun bu ölkədə yaratdığı vəziyyət əhalinin ağır durumunu şərtləndirir. Xüsusi olaraq qeyd edilməlidir ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkəni fəlakətə sürükləyən əsas səbəblərdən biridir. Eyni zamanda, hazırda Ermənistan cəmiyyətində hökm sürən gərginliyin ciddi səbəblərindən biri aprelin əvvəlində cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarına Azərbaycan Ordusunun layiqincə cavab verməsidir. Yəni işğalçı qüvvələrə sarsıdıcı zərbələrin vurulması Ermənistan cəmiyyətində böyük çaşqınlıq yaradıb və bu da Sarkisyan hakimiyyətinə inamsızlığı daha da gücləndirib. Ona görə də paytaxt İrəvanda və Ermənistanın başqa bölgələrində Sarkisyanın istefası tələbi artır. Ermənistan cəmiyyətində anlayırlar ki, işğalçılıq siyasəti heç bir xeyir verməyəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

