Serj Sarkisyan ölkəsində sabitliyi təmin etmək və böhranın qarşısını almaq iqtidarında deyil
23.12.2016 [09:36]
Erməni ekspertlər vətəndaş müharibəsi ilə qarşı-qarşıya olan işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər
Ermənistanı cənginə alan sosial-iqtisadi, siyasi və demoqrafik böhran daha da dərinləşib. İşğalçı ölkəyə rəhbərlik edən hərbi xuntanın həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində Ermənistanda, demək olar ki, bütün sahələrdə xaotik durum yaranıb. İqtisadi böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, işğalçı ölkədə hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib.
Bu ölkə KİV-i yazır ki, Ermənistandakı ağır iqtisadi vəziyyət ölkənin gələcəyi üçün yalnız təhlükəli nəticələr vəd edir. “Joxovurd” qəzeti Ermənistan Statistika Xidmətinə istinadən məlumat verir ki, əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Yəni hər 10 nəfərdən 9-nun yaşayış səviyyəsi aşağı düşüb. Mənbə qeyd edir ki, iqtisadi geriləmə biznes mühitini də çökdürüb. Ermənistanın “Ameriya” konsaltinq şirkətinin araşdırmalarına əsasən, orta və kiçik biznes sahəsində ciddi geriləmə var. Əyalətlərdə isə vəziyyət daha ağırdır.
“Joxovurd” qəzetində dərc olunan başqa bir məqalədə isə diqqətə çatdırılır ki, Ermənistanın dövlət borcları 5 milyard dolları keçib. Hesablamalara əsasən, bu məbləğin tam ödənməsi üçün hökumət köklü islahatlar apararaq məmur özbaşınalığı, korrupsiya, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoyacağı təqdirdə 20 ilə yaxın vaxt sərf etməlidir.
“Tert.am” isə yazır ki, 2016-cı ilin 11 ayının statistik göstəriciləri Ermənistanda iqtisadi böhranın dərinləşdiyini göstərir. Artıq il ərzində işğalçı ölkədə bir neçə iri müəssisənin müflis olduğu açıqlanıb. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan ölkəni bundan sonra faciəli günlər gözlədiyini açıqlayıb. Onun sözlərinə görə, vəziyyət belə davam edərsə, iqtisadi böhranla qarşı-qarşıya olan Ermənistanda tezliklə sosial partlayış olacaq. Ermənistan Milli Konqresinin qurultayında çıxışı zamanı eks-prezident qarşıdakı ildə vəziyyətin daha ağır olacağını deyib. Bildirib ki, Ermənistanda müxalifət partiyalarının bloku formalaşdırılır. Onlar Ermənistanı uçuruma aparan Sarkisyan rejiminə qarşı birləşirlər.
“Armenia Today” isə Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkəni tərk etməsinin son 11 ayda daha dinamik xarakter aldığını yazıb. Mənbə Ermənistan Statistika Xidmətinə istinadən məlumat verir ki, xaricə köç edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 min nəfər çox olub. Ekspertlər isə qeyd edirlər ki, Ermənistanı son illər 1 milyona yaxın vətəndaşı tərk edib. Hazırda bu ölkədə faktiki yaşayanların sayı 1 milyon 200 min nəfərdən artıq deyil. Erməni analitik Aharon Adibekyan bildirib ki, əhalinin Ermənistandan kütləvi köçünün qarşısını almaq üçün 150 milyard dollar lazımdır: “Bu qədər vəsait məhz ölkə sənayesinin bərpası üçün tələb olunur. İnsanlar xaricə iş tapmaq üçün qaçırlar. Hər 4 ailədən birinin başçısı xaricdə işləyir. Əhali xoşbəxt həyat ümidi ilə xaricə üz tutduğundan miqrasiyada mənfi saldo da 1 ildə 8 faizə yüksəlib”.
Ekspertlərin qənaətincə, Ermənistanda hakimiyyətin siyasi gələcəyi sual altında olduğuna görə Sarkisyan rejimi hansı tədbirləri görəcəyini dəqiq müəyyənləşdirə bilmir. Bu ölkə KİV-i yazır ki, hakimiyyət sabitliyi təmin etmək və böhranın qarşısını almaq iqtidarında deyil. Belə olan halda, ölkəni siyasi xaos gözləyir. Başqa sözlə, Ermənistan növbəti dəfə ciddi siyasi kataklizmlərin məngənəsindədir. Erməni ekspertləri vətəndaş müharibəsi ilə qarşı-qarşıya olan işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər. Bütövlükdə isə, Sarkisyan rejiminin siyasi gələcəyi sual altındadır.
NURLAN
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

