Gürcüstan müxalifəti əsas məqsədinə nail ola bilmədi
25.06.2009 [09:56]
Gürcüstan müxalifətinin iki aydan bəri davam edən etiraz aksiyaları getdikcə öz kütləviliyini, səmərəliliyini, nizamını və əvvəlki aktuallığını itirməkdədir. Bir çox yerli və xarici siyasi müşahidəçilərin ehtimallarının əksinə olaraq Gürcüstanda növbəti “rəngli inqilab” baş vermədi. Müxalifət qarşıya qoyduğu əsas məqsədinə - prezident Mixail Saakaşvilinin istefasına nail ola bilmədi. Bu baxımdan, son vaxtlar Gürcüstanda cərəyan edən siyasi proseslərlə bağlı bəzi vacib məqamlara diqqət yetirmək maraqlı olardı. İlk növbədə, prezident M.Saakaşvili və onun başçılıq etdiyi komandanın uğurlu, məntiqli, praqmatik addımlarını, siyasi gedişlərini qeyd etmək lazımdır. Məhz bu addımların nəticəsidir ki, ölkədəki siyasi proseslər kütləvi qarşıdurmalar, anarxiya və xaos (bəzi kiçik insidentləri çıxmaq şərtilə) həddinə gəlib çıxmadı, cərəyan edən hadisələr nəzarət altında saxlandı.
M.Saakaşvili xeyli təmkin və səbir nümayiş etdirərək proseslərin sivil, demokratik məcraya yönəlməsi üçün ciddi cəhdlər göstərdi və müəyyən məqamlarda istəyinə nail ola bildi. Belə ki, müxalifətin “mitinq epopeyasının” normal gedişi üçün ölkədəki demokratik ab-hava və mühit məhdudlaşdırılmadan qorunub saxlandı. Bu da öz növbəsində radikal müxalifətin müəyyən bir qismi ilə normal siyasi dialoqun qurulması üçün əlverişli şərait yaratdı. Hakimiyyət prezidentin istefası tələbi istisna olmaqla ölkə üçün mühüm əhəmiyyət kəsb edən bütün problemləri müzakirə etmək məqsədilə bəzi müxalifət dairələri ilə siyasi dialoq qura bildi. Nəticə etibarı ilə müxalifət düşərgəsində müəyyən fikir ayrılıqları və parçalanma baş verdi. Birləşmiş radikal müxalifətin iqtidara qarşı tutduğu sərt mövqeyə gəlincə isə, bu düşərgəni təmsil elən qüvvələrin M.Saakaşvilini diktatorluqda ittiham edərək onun istefası ilə bağlı tələbləri həddən artıq absurd və qeyri-ciddi görünür.
İqtidarın yaratdığı demokratik mühitdən yararlanaraq belə məntiqsiz və qeyri-konstruktiv arqumentlər ortaya qoyan müxalifətin yersiz iddiaları indiki dönəmdə ölkə üçün yaxşı heç nə vəd etmir. Bir çox ekspertlərin rəyinə görə, radikal qüvvələrin əsas məqsədlərinə nail ola bilməməsi müxalifət və onun liderlərinin geniş kütlələr içində getdikcə nüfuzdan düşməsinə, əksinə, M.Saakaşvilinin və onun komandasının reytinqinin artmasına səbəb ola bilər. Məhz bu səbəbdən də radikal müxalifət liderləri etiraz aksiyalarını bütün yay boyunca davam etdirməklə əlavə siyasi dividentlər qazanmaq ümidindədirlər. Lakin belə bir perspektivsiz yolla müxalifətin nə əldə edəcəyi hələki bəlli deyil.
öz növbəsində, ölkədəki mövcud ictimai-siyasi durum onu göstərir ki, indiki şəraitdə bu iki tərəf qarşılıqlı güzəştli addımlar atmağa hazır olmalıdır. Yəni, dərin ziddiyyətləri aradan götürmək və qarşıdurmaya son qoymaq üçün iqtidar ilə müxalifət arasında başlanmış siyasi dialoqun davam etdirilməsi ən vacib şərtlərdən biridir. Bu baxımdan, iqtidarın mövqeyi qeyd edilən məsələ ilə əlaqədar daha məntiqli və konstruktiv görünür. Son illər Gürcüstanda yaranmış normal, sağlam siyasi iqlim də iqtidar-müxalifət ziddiyyətlərinin aradan qaldırılması üçün əlverişli zəmin ola bilər. Bunun üçün isə radikal müxalifət siyasi iradə və ciddi konstruktivlik nümayiş etdirməlidir.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

