Metyu Brayzə belə demişdimi?
10.08.2009 [23:48]
Bu iki cümlədən belə çıxır ki, Azərbaycan Dağlıq Qarabağa bitişik yeddi rayonu geri almaqla özünün ərazi bütövlüyünü tamamilə təmin edəcək və bundan sonra Helsinki Yekun Aktının digər iki prinsipi, o cümlədən, millətlərin öz müqəddəratını təyin etməsi hüququ tətbiq edilməyə başlanacaq. Yuxarıdakı sitatın məntiqinə görə, bu prinsip (o vaxta qədər artıq bərpa edilmiş) ərazi bütövlüyü prinsipinə zidd ola bilməz. Həmin sitatın məntiqi baxımdan təhlili belə güman etməyə əsas verir ki, onun müəllifi (istər M.Brayzə özü olsun, istərsə də onun sözlərini redaktə etməyin bizə məlum olmayan həvəskarı) apriori Dağlıq Qarabağı Azərbaycanın ərazisinə aid etmir və bu sonuncunun bərpasını yalnız vilayətə bitişik olan yeddi rayonun azad edilməsi ilə məhdudlaşdırır.
Bu məlumatı oxuyandan sonra ilk növbədə belə bir şübhə yaranır: effektinə görə zəlzələ ilə müqayisə edilə biləcək bu cür absurd fikri Brayzə söyləyə bilərdimi? Biz həqiqəti yəqin etmək üçün ilk mənbəyə müraciət etdik. REGNUM informasiya agentliyi Rusiyanın “Kommersant” qəzetinə istinad etmişdir. Həmin qəzetdə tapdığımız məlumatın sərlövhəsi bundan əvvəlki məntiqi nəticəni qismən təkzib edir: “ABŞ: Qarabağ ərazisinin bir hissəsini Azərbaycana qaytarmalıdır”.
Hətta Azərbaycanın işğal edilmiş ərazilərini Ermənistanın yox, hansısa “Qarabağ”ın qaytarmalı olması barədə aşkar cəfəngiyyata göz yumsaq belə, bu halda da başqa bir məqam diqqəti cəlb edir. Həmin məlumatın sərlövhəsində ərazinin bir hissəsindən söhbət gedir, yəni, nəzərdə tutulur ki, yeddi rayon Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi üçün çatışmayanların hamısı deyil, hər halda bir hissəsidir. Görünür, REGNUM informasiya agentliyi “Kommersant”a istinad edərkən bu sərlövhəyə “fikir verməmiş” və öz məlumatının adını bir qədər dəyişməyi qərara alıb. “Kommersant” isə öz növbəsində, bizə ilkin mənbəni nişan verdi və məlum oldu ki, bu, Ermənistanın news.am informasiya agentliyidir.
Biz news.am agentliyinin yaydığı məlumatın mətni ilə diqqətlə tanış olaraq jurnalistlərin güclə nəzərə çarpan bir kələyini aşkar etdik və bundan sonra Brayzənin belə bir fikir söyləyə biləcəyinə şübhəmiz daha da artdı. Bütün məlumat səkkiz cümlədən ibarətdir. Həmin cümlələrin birindən başqa (məhz hansı cümlə olduğunu özünüz tapın) hamısında Brayzəyə-ya onun sözlərini adi dırnaq işarəsi içində fərqləndirməklə vasitəsiz nitq formasında, ya da belə hallarda zəruri olan “bəyan etmişdir”, “demişdir”, “qeyd etmişdir”, “vurğulamışdır”, “xatırlatmışdır”, “onun sözlərinə görə” və sair ifadələr əlavə edilməklə vasitəli nitq formasında birbaşa istinad edilir. Məlumatdakı səkkiz cümlənin yalnız birində nə sitat dırnaqları, nə də Brayzəyə aid edilən sözlərin atribusiyaları vardır. Budur həmin cümlə: “Ərazi bütövlüyü Azərbaycana 7 ərazinin qaytarılması ilə təmin edilir, bu ərazilərdən 5-i dərhal, qalan ikisi isə beş ildən sonra, bəlkə də daha gec qaytarılacaq”.
Bu cümlə tamamilə “sahibsiz”dir, onun konkret müəllifinin kim olması aydın deyil. Doğrudan da, bu sözlər kimə məxsusdur-Brayzəyə, yoxsa bir başqasına? Bu da maraqlıdır ki, ilk mənbədə-news.am informasiya agentliyinin məlumatında Brayzəyə birbaşa istinad edilmədiyinə baxmayaraq, REGNUM informasiya agentliyinın məlumatında ona istinad edilir (“onun (Metyu Brayzənin) sözlərinə görə”).
Amma hər halda söz quş deyildir. Bir halda ki, bu cümlə çap edilib, sonra media-məkana yayılıb, deməli, kimsə özündə cəsarət taparaq, bu sözlərin müəllifi olmasını boynuna almalıdır. Bunu kim etməlidir: həmsədr, yoxsa jurnalistlər? Bu suala Brayzə özü cavab verməli olacaqdır, çünki əgər o belə deməmişdirsə, Ermənistan informasiya agentliyi saxtakarlıq etmək cəhdini yəqin ki, boynuna almayacaqdır. Lakin bu frazanın müəllifinin kimliyindən asılı olmayaraq, cəmi iki iradımızı bildirməyi özümüzə rəva görəcəyik.
1) Əgər Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi üçün çatışmayan ərazilər dedikdə onun işğal edilib 20 faiz ərazisinin hamısı deyil, yalnız 7 rayon nəzərdə tutulursa, yəni, tənzimləmənin yekun planı faktiki olaraq işğalın ilk günlərindən ermənilərin təkid etdiyi “status müqabilində ərazi” formulasına gətirib çıxaracaqdırsa, 15 ildən bəri davam edən bütün bu danışıqlar nəyə lazım imiş?
2) Əgər həmin sözlərin müəllifi həqiqətən Brayzədirsə, bu cümlə ABŞ Dövlət Departamentinin 2008-ci il üçün Ermənistanda insan hüquqlarına dair illik hesabatında təsbit olunmuş rəsmi fikrə nə dərəcədə uyğundur: “Erməni separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunun çox hissəsini və Azərbaycanın yeddi ətraf rayonunu nəzarətdə saxlamaqda davam edirlər (burada və sonrakı mətndə qara şriftlə fərqləndirmə müəllifindir)”? (həmçinin, bax, 2006-cı il üçün hesabat: “Ermənistan Azərbaycanın Dağlıq Qarabağdakı ərazisini və ona bitişik yeddi Azərbaycan ərazisinin işğalını davam etdirir”). Bu fikir ABŞ Dövlət Departamentinin rəsmi şəxslərinin aşağıdakı bəyanatlarına nə dərəcədə uyğundur:
Conatan Henik, ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin keçmiş rəhbəri (23 aprel 2007-ci il): “ABŞ növbəti dəfə bəyan edir ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ və digər ərazilər Azərbaycanın tərkib hissəsidir”;
Metyu Brayzə (24 aprel 2007-ci il): “Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini hüquqi və siyasi baxımdan tanıyırıq. Biz ərazi bütövlüyü dedikdə Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını da nəzərdə tuturuq”;
Metyu Brayzə (25 aprel 2007-ci il): “ötən dövrdə bu məsələ ilə əlaqədar materiallara nəzər salsaq, hətta bu gün Dövlət Departamentinin rəsmi saytına baxsanız, yəqin edərsiniz ki, biz Azərbaycanın xəritəsində onun ərazi bütövlüyünü tanıyırıq. Biz həm də Xankəndini Azərbaycanın tərkibində tanıyırıq”;
Ann Ders, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (25 aprel 2007-ci il): “Biz Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını heç vaxt inkar etməmişik. ABŞ Dağlıq Qarabağı tanımayıb və heç vaxt tanımayacaqdır. Biz bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanıyırıq”.
Diplomat tərəfindən məsələyə aydınlıq gətirilənə qədər biz ümid edəcəyik ki, bu, ürəklərindən keçəni həqiqət kimi qələmə vermək arzusunda olan və onların auditoriyasının eşitmək istədiyi sözləri siyasətçilərin adına çıxan vicdansız erməni jurnalistlərinin buraxdığı növbəti “quşdur”.
AzərTAc
Xəbər lenti
Hamısına baxMEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42

