Rusiya-Ukrayna münasibətləri yenidən gərginləşib
14.08.2009 [14:22]
Rusiya-Ukrayna münasibətləri yenidən gərginləşib. Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin silahlı qüvvələrinə dövlət sərhədlərindən kənarda hərbi əməliyyatlar aparmaq səlahiyyətinin verilməsini nəzərdə tutan qanun layihəsini Dumanın müzakirəsinə təqdim edib. Sözügedən layihə Rusiya Federasiyasının Silahlı Qüvvələrindən ölkə xaricində də istifadə olunmasını nəzərdə tutur. Qeyd edək ki, bu layihə Rusiya ilə münasibətləri gərgin olan Ukrayna və Gürcüstanı ciddi narahat edib. Bununla yanaşı, Dmitri Medvedev rəsmi Kiyevi keçən ilin avqustunda baş verən hadisələrdə Gürcüstanı müdafiə etməkdə və bu ölkəyə silah satmaqda gunahlandırıb. Statistikaya görə, 2008-ci il ərzində Ukrayna Gürcüstana 40 ədəd hərbi texnika verib, bu isə böyük rəqəm hesab edilmir.
Qeyd edək ki, son illər mütəmadi olaraq, Rusiya-Ukrayna münasibətlərində soyuqluq müşahidə edilir. Buna səbəb rəsmi Moskvanın Ukraynanı daim öz təsiri altında saxlamağa çalışmasıdır. Bir neçə il bundan öncə isə Ukraynada baş verən “narıncı” inqilab və ardınca prezident seçkilərində anti-Rusiya mövqeli Viktor Yuşşenkonun qələbə qazanması iki ölkə arasındakı münasibətlərdə daha çətin mərhələnin başlancığını qoydu. O vaxtdan sözügedən ölkələr arasında siyasi, iqtisadi, hərbi sahədə yaranan anlaşılmazlıqların ardı-arası kəsilmir. Bu ilin qışında Rusiya ilə Ukrayna arasında yaranan qaz münaqişəsindən sonra isə rəsmi Moskva bu ölkədən yan keçəcəyi nəzərdə tutulan “Cənub axını” layihəsinin reallaşdırılması üzrə səylərini artırıb.
Bu yaxınlarda isə iki ölkə arasında növbəti siyasi qalmaqal yaşanıb. Belə ki, Ukrayna səfirliyinin elçi-müşaviri İqor Berezkin Rusiyadan çıxarılıb. Belə hesab olunur ki, rəsmi Moskva Ukraynadakı səfirliyinin müşaviri Vladimir Lısenkonun qovulmasına cavab olaraq bu addımı atıb. Yaşanan diplomatik qalmaqala səbəb Rusiyanın Qara dəniz donanması ətrafında yaranan gərginlik olub. Tərəflər bir-birinə qarşı hədələri hələ də davam etdirirlər. Belə ki, rəsmi Kiyev Rusiyanın Odessadakı baş konsulunu “persona-non-qrata” elan edəcəyini, rəsmi Moskva isə buna cavab olaraq Ukraynanın Sankt-Peterburqdakı baş konsulunu ölkədən çıxaracağını bəyan edib.
Müşahidəçilərin fikrincə, son zamanlar iki ölkə arasındakı münasibətlərin daha da pisləşməsi, əslində, Ukraynada qarşıdan gələn növbəti prezidenti seçkiləri ilə bağlıdır. Hazırkı prezident Viktor Yuşşenkonun yenidən öz namizədliyini irəli sürəcəyi gözlənilsə də, görünür, Rusiya bu ölkədə hakimiyyətin dəyişəcəyinə inanır. Bu səbəbdən də iyun ayında Ukraynadan səfirini geri çağırdıqdan sonra belə rəsmi Moskva yeni təyin olunmuş səfir Mixail Zurabovu bu ölkəyə göndərməyə tələsmir. Dmitri Medvedev səfirin göndərilməsinin konkret müddətinin Ukrayna-Rusiya münasibətlərinin inkişafından asılı olacağını bildirib.
Hələlik isə onu demək olar ki, münasibətlərin sonrakı inkişafı seçkiqabağı vəziyyəti öz xeyrinə dəyişməyə çalışan Rusiyanın görəcəyi tədbirlərdən və rəsmi Kiyevin buna cavab reaksiyasından asılı olacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

