Gürcüstanın MDB-dən çıxması rəsmiləşdi
20.08.2009 [00:55]
Gürcüstan artıq rəsmi olaraq Müstəqil Dövlətlər Birliyinin tərkibindən ayrıldı. Xatırladaq ki, bir il öncə avqustun 18-də bu ölkənin Xarici İşlər Nazirliyi MDB-nin İcraiyyə komitəsinə təşkilatdan çıxması barədə nota göndərmişdi. Buna səbəb kimi, eyni təşkilatın üzvü olan Rusiyanın Gürcüstana qarşı güc tətbiq etməsi, onun ərazi bütövlüyünü pozması göstərilmişdi. Buna baxmayaraq, bir gün sonra Gürcüstan tərəfi MDB çərçivəsində imzalanmış beynəlxalq müqavilələrin iştirakçısı olaraq qalmaq istədiyini bildirmişdi. Beləliklə, daha çox formal xarakter daşıyan birillik müddətin bitməsi ilə Gürcüstanın təşkilatdakı üzvlüyü də rəsmən başa çatdı. MDB Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatdan çıxdıqdan sonra Gürcüstanın birlik çərçivəsində imzalanmış təxminən 70 müqavilənin iştirakçısı olaraq qalacağı müəyyənləşdi. Bu müqavilələrdə təşkilata üzv ölkələrin vətəndaşlarının MDB ölkələri arasında vizasız hərəkəti, azad ticarət zonalarının yaradılması, dəmir yolla yükdaşımalar sahəsində əməkdaşlıq və digər bir çox məsələlər öz əksini tapıb. Bununla yanaşı, Birliyə üzv olmayan ölkələrin də iştirak edə biləcəyi toplantılarda Gürcüstanın təmsilolunma hüququ ləğv olunub. Bu isə, adıçəkilən ölkənin MDB ilə əlaqələrinin tamamilə kəsilməsi deməkdir.
Xatırladaq ki, Rusiyanın separatçıları tanımasından sonra avqustun 29-da Gürcüstan rəhbərliyi bu ölkə ilə diplomatik əlaqələrə son qoyduğunu bəyan etmişdi. MDB-dən çıxmaqla isə bu ölkə Rusiya ilə mümkün ola biləcək hər hansı təmasın qarşısını almış olur. Məsələ ilə bağlı mövqeyini bir daha açıqlayan Gürcüstan prezidenti Mixail Saakaşvili deyib: “Biz MDB-dən çıxmaqla Sovet İttifaqı ilə tamamilə vidalaşırıq”.
O sözügedən təşkilatın bir il öncə baş verən faciənin qarşısını ala bilmədiyini qeyd edib. Lakin Gürcüstanın təşkilatdan çıxması onun heç də digər üzv ölkələrlə münasibətlərə son qoyması demək deyil. Əksinə, bundan sonra Gürcüstan hökuməti ikitərəfli əlaqələrə daha böyük önəm verəcək. Rəsmi Tiflis hesab edir ki, bu ölkənin təşkilatdan çıxması ilə ciddi iqtisadi çətinliklərlə üz-üzə qalacağını iddia edən rusiyalı müşahidəçilərin fikirləri özünü doğrultmayacaq. çünki ötən bir il ərzində Gürcüstan MDB-yə üzv ölkələrlə ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində vacib addımlar atıb. Buna əsaslanaraq hesab etmək olar ki, üzvlükdən çıxmağın bu ölkə üçün mənfi təsiri demək olar ki, müşahidə olunmayacaq. Bundan sonra, Gürcüstan rəhbərliyi Qərblə əlaqələri daha da möhkəmləndirməyə, Avropa məkanına inteqrasiya prosesini sürətləndirməyə çalışacaq. O da məlumdur ki, Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməklə yanaşı, Gürcüstan NATO-ya üzv olmaq yolunda da ciddi səy göstərir. Gürcü ekspertləri düşünürlər ki, MDB-dən çıxmaqla ölkənin NATO-ya daxil olmaq şansları artacaq.
Məsələ ilə bağlı, Rusiya tərəfinin fikirlərinə gəldikdə isə, bu ölkədə sanki həmin hadisədən Gürcüstandan daha çox sevindiklərini göstərməyə çalışırlar. Gürcüstanın üzv ölkə kimi son zamanlar təşkilatın fəaliyyətinə müsbət təsir göstərmədiyi qənaətində olan rusiyalı rəsmilər bu ölkənin MDB-dən çıxmasını təşkilat və Rusiya üçün müsbət hal kimi dəyərləndirirlər. Məsələn, Rusiyanın Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulyevin sözlərinə görə, Gürcüstanın bundan sonra MDB tərkibində qalması təşkilat üçün yaxşı heç nə vəd edə bilməzdi. O, bu ölkənin daim MDB-ni “qeyri-effektiv fəaliyyət göstərməkdə günahlandırmasını” və təşkilat daxilində “inteqrasiya proseslərinə mane olmasını” əsas gətirərək Gürcüstanın birlikdən çıxmasını sevindirici hal kimi qarşıladığını bildirib. Rusiya tərəfdən bu məzmunda səslənən çoxsaylı fikirlərə baxmayaraq, qeyd etmək lazımdır ki, Gürcüstanın təşkilatdan çıxması keçmiş Sovet respublikalarını ətrafında cəmləşdirməklə onlar üzərində söz sahibi olmağa çalışan Rusiya üçün, əslində, heç də arzuolunan deyil. çünki, bu addım təşkilatın nüfuzuna müəyyən dərəcədə mənfi təsir göstərir. Gürcüstanın təşkilatı tərk etməsi ilə MDB-yə üzv ölkələrin sayı artıq 11-ə endi.
Separatçı rejimlər isə məsələyə öz prizmalarından yanaşırlar. Cənubi Osetiyadan bildirirlər ki, Gürcüstanın bu addımının onlar üçün heç bir əhəmiyyəti yoxdur.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

