/ / Ermənistanı növbəti prezident “seçki”ləri - general-qubernator təyinatı ərəfəsində mürəkkəb kataklizmlər gözləyir
Ermənistanı növbəti prezident “seçki”ləri - general-qubernator təyinatı ərəfəsində mürəkkəb kataklizmlər gözləyir
18.01.2018 [10:02]
Ekspertlər ictimai-siyasi müstəvidə hökm sürən ziddiyyətlər və konfrontasiyaların martın 2-də keçiriləcək prezident seçkilərinə qədər daha da kəskinləşəcəyini bildirirlər
Xarici siyasətdə təcavüz, daxili siyasətdə isə xalqın istismar edilməsi ilə müşayiət edilən assimmetrik hegemoniya prinsipləri əsasında fəaliyyət göstərən Ermənistan növbəti siyasi kataklizmlərlə qarşı-qarşıyadır. Hazırkı hakimiyyətin həyata keçirdiyi yarıtmaz daxili siyasət kursu onsuz da qeyri-təkmil struktur elementlərinə malik olan siyasi sistemin tamamilə iflic olmasına gətirib çıxarıb. Məhz belə bir durumun fonunda işğalçı ölkədə sürüşkən müstəvidə təzahür edən subyektlərarası siyasi münasibətlər daha da kəskinləşməkdə və ictimai-siyasi proseslər xaotik forma almaqdadır. Eyni zamanda, vətəndaşlarla mövcud hakimiyyət arasındakı uçurumun daha da dərinləşməsi müşahidə edilir.
Sarkisyan hakimiyyətinin uzurpasiya siyasəti nəticəsində hakimiyyətlə müxalifət arasında ziddiyyətlər daha da artıb
Digər tərəfdən, Sarkisyan hakimiyyətinin uzurpasiya siyasəti hakimiyyətlə müxalifət arasında ziddiyyətlərin artmasını şərtləndirib. Müxalif qüvvələr, eləcə də ictimai fəallar hakimiyyətə qarşı müxtəlif formalarda öz etirazlarını bildirməkdədirlər. “Yerkir Sirani” partiyasının lideri Zarui Postancyan, “Yelk” partiyasının rəhbəri, deputat Nikol Paşinyan və digərləri mövcud idarəetmənin, eləcə də siyasi sistemin ölkəni məhvə apardığını bildirərək əhalini etirazlara çağırıblar. Onlar ümumxalq itaətsizliyi aksiyalarının bərpasının zəruriliyini diqqətə çatdırıblar.
Ekspertlər isə bu vəziyyətin martın 2-də keçiriləcək prezident seçkilərinə qədər daha da kəskinləşəcəyini bildirirlər. “1in.am” saytında dərc olunan yazısında siyasi şərhçi Aram Amatuni isə diqqətə çatdırıb ki, hazırkı hakimiyyətin yarıtmaz siyasəti 2017-ci ildə Ermənistanda iqtisadi böhranı dərinləşdirib, sosial narazılıqlar artıb. Hazırda Serj Sarkisyanın öz hakimiyyətini qoruyub saxlamaq cəhdləri ölkədə xalqla hakimiyyət arasında ziddiyyətlərin artmasına rəvac verib. Deputat Naira Zoqrabyan isə Ermənistanda mövcud idarəetmənin ciddi mənfi nəticələrə səbəb olacağını deyib. O bildirib ki, Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir.
Bütün yollar tənəzzül və iflasa aparır
Bütövlükdə, Ermənistanın düçar olduğu ağır vəziyyətin kökündə hakimiyyətdə olan hərbi xuntanın istinad etdiyi daxili və xarici siyasət kursu durur. Bir çox ekspertlər Ermənistan daxilindəki dərin kataklizmləri işğalçı ölkənin iqtisadi tənəzzülü ilə əlaqələndirirlər. Dərin iqtisadi böhranın səbəbi qismində isə bu ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı xarici siyasət kursu göstərilir. Belə ki, İrəvanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb. “Tert.am” saytında yer alan məqalədə qeyd edilir ki, Ermənistan hazırda elə bir situasiya qarşısındadır ki, nəinki hər hansı bir uğurdan, heç nisbi müstəqillikdən də danışmağa dəyməz. Sayt onu da yazır ki, siyasi və iqtisadi tənəzzül ölkənin beynəlxalq aləmdə normal siyasi əlaqələrə malik olmamasından irəli gəlir. Ekspertlər qeyd edirlər ki, işğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə siyasi-iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Buna paralel olaraq Ermənistanı beynəlxalq arenada qarşıdakı dövrdə digər ciddi problemlərin gözlədiyi proqnozlaşdırılır.
Reallıqlar həm də onu göstərir ki, əhali Ermənistanın hazırkı durumundan narazıdır və vətəndaşların perspektivə dair heç bir ümidləri yoxdur. Siyasi ekspertlər əminliklə qeyd edirlər ki, Ermənistanı 2018-ci ildə ciddi siyasi kataklizmlər gözləyir. Nəticə etibarilə, işğalçı ölkə və forpost kimi tanınan Ermənistanı növbəti prezident “seçki”ləri - general-qubernator təyinatı ərəfəsində olduqca mürəkkəb kataklizmlər gözləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

