Yaponiya seçkilərə hazırlaşır
28.08.2009 [00:26]
Yaponiyanın aparıcı siyasi qüvvələri avqustun 30-da keçiriləcək növbədənkənar seçkilərə hazırlaşır. Bu ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə əsas səbəb isə bir müddət öncə Tokio şəhər bələdiyyəsinə keçirilmiş seçkilərin gözlənilməz nəticələri olub. Belə ki, ölkə paytaxtının yerli orqanlarına keçirilən seçkilərin nəticələrinə görə, müxalifətdə olan Demokratik Partiya qalib gəlib. Bu hadisədən dərhal sonra ölkənin baş naziri və hakim Liberal-Demokrat Partiyasının (LDP) sədri Toro Aso kabinet üzvləri, eləcə də, deputat fraksiyası ilə apardığı siyasi məsləhətləşmələrin nəticəsi olaraq parlamentin aşağı palatasının buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edib. Yerli siyasi müşahidəçilərin fikrincə, hökumət və hakim partiya müxalifətin bu qələbəsini özləri üçün ciddi siqnal kimi dəyərləndirib.
Şübhəsiz, Demokratik Partiyanın qazandığı bu qələbə siyasi dairələrdə böyük uğur kimi qiymətləndirilir. Ancaq bu qələbənin parlament seçkilərinin nəticələrinə nə dərəcədə təsir edəcəyini söyləmək çox çətindir. ümumiyyətlə, Yaponiyanın siyasi həyatında müxalifətdaxili proseslər özünəməxsus rol oynayır. Bu da ilk növbədə uzun bir dövr ərzində müxalifət düşərgəsində hökm sürən siyasi qütbləşmə ilə bağlıdır. Belə ki, indiki parlamentdə sağ mərkəzçi Demokratik Partiya ilə yanaşı, kommunistlər, sosialistlər, dini təmayüllü “Komeyto” Partiyası və mərkəzçi mövqedə duran Demokratik-Sosialist Partiyası da təmsil olunublar.
Adıçəkilən bu partiyalar arasında sosialistlər və “Komeyto” Partiyası 90-cı illərin ortasından bəri bəzi koalisyon hökumətlərin tərkibində hakim liberal-demokratlarla müxtəlif səviyyələrdə əməkdaşlıq ediblər. Yuxarıda qeyd edilən bu və ya digər səbəblər ucbatından təxminən son 50 il ərzində müxalifətin hakim partiyaya qarşı vahid cəbhəsini təşkil etmək mümkün olmayıb. öz növbəsində daxili ziddiyyətlərdən daim bacarıqla istifadə edən Liberal-Demokrat Partiyası II Dünya Müharibəsindən sonrakı uzun bir dövr ərzində cəmiyyətdə hakim siyasi qüvvə kimi öz mövqeyini qoruyub saxlaya bilib. Onu da vurğulamaq yerinə düşər ki, Yaponiyanın siyasi və sosial-iqtisadi həyatında əldə edilmiş uğurlarda, xüsusilə, “yapon iqtisadi möcüzəsinin” meydana çıxmasında və ölkənin beynəlxalq aləmdə qazandığı nailiyyətlərdə siyasi partiya kimi LDP-nin də rolu çox böyük olub. Elə məhz bu amillərlə bağlı partiya 1955-1993-cü illər ərzində iqtidarda təkbaşına təmsil olunub. Lakin son illər partiya daxilində gedən mürəkkəb proseslər LDP-nin də cəmiyyətdə mövqeyinə öz mənfi təsirini göstərib. 1993-cü ildən başlayaraq LDP əsl böhran dövrünə qədəm qoyub.
Belə ki, LDP həmin il keçirilən parlament seçkilərində görünməmiş məğlubiyyətə düçar olaraq qanunverici orqanda mütləq səs çoxluğunu itirmiş, hətta sonrakı bir il ərzində hakimiyyətdən kənarda qalmışdı. Məşhur siyasi xadim K.Miyadzava partiyanın lideri və baş nazir vəzifələrindən istefaya getməyə məcbur olmuşdu. LDP-nin üzləşdiyi belə mürəkkəb proseslər, əsasən, partiyadaxili ziddiyyətlərin dərinləşməsi nəticəsində baş vermişdi. İllərdən bəri iqtidarda olan bu partiyanın rəhbər dairələrində biznes, bürokratiya və siyasətin birgə ittifaqının yaranması çoxsaylı və hay-küylü maliyyə qalmaqallarına səbəb olmuşdu.
Bu da öz növbəsində son on beş il ərzində bir neçə dəfə partiyadaxili parçalanmalarla nəticələnib. Yalnız sonralar R.Haşimoto və D.Koodzumi kimi siyasi xadimlərin rəhbərliyi dövründə partiya daxilində nisbi sabitlik hökm sürüb. Lakin son 3 il ərzində partiyadaxili ziddiyyətlər yenə də güclənib. Belə ki, qısa bir müddət ərzində LDP-nin sədri və baş nazir postunda üç siyasi xadim (Ş.Abe, Y.Funuda və T.Aso) bir-birini əvəz edib. Eyni zamanda, LDP-də bir neçə nüfuzlu siyasi xadimin rəhbərlik etdikləri əsas fraksiyalar daim bir-birilə rəqabət aparır. Lakin bütün bu çətinliklərə baxmayaraq gələcək parlament seçkilərində də kiçik səs üstünlüyü ilə olsa da, LDP-nin qalib gələcəyi gözlənilir.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46

