Türkiyə ilə Ermənistan arasında sənəd imzalanacaq
02.09.2009 [09:17]
Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması barədə protokol 6 həftədən sonra imzalana bilər. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin Federal Departamenti, Türkiyə və Ermənistan Xarici İşlər nazirliklərinin birgə bəyanatında bildirilir. APA-nın “Novosti Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, üç ölkənin xarici siyasət idarələrinin bəyanatında qeyd olunur ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsi olaraq paraflanmış iki protokol ətrafında daxili siyasi məsləhətləşmələrə başlamaq barədə razılığa gəlib. Bunlar “İki ölkə arasında diplomatik əlaqələrin qurulması haqqında protokol” və “İkitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında protokol”dur.
Bəyanatda bildirilir ki, qeyd olunan protokollar ikitərəfli münasibətlərin nizamlanması çərçivəsini müəyyənləşdirir. Daxili siyasi məsləhətləşmələr 6 həftə ərzində yekunlaşacaq, bundan sonra, iki protokol imzalanacaq və ratifikasiya üçün parlamentlərə təqdim olunacaq. Hər iki tərəf öz Konstitusiyasına və qanunvericiliyə uyğun olaraq ratifikasiyanın tezliklə baş tutması üçün əllərindən gələni edəcək. Sənəddə qeyd olunur ki, ikitərəfli münasibətlərin nizamlanması regional sülh və sabitliyin təminatına xidmət edəcək.
Bəyanatda o da vurğulanır ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə birgə səyləri davam etdirmək barədə üzərlərinə öhdəlik götürüb.
Qeyd edək ki, Türkiyə və Ermənistan XİN, həmçinin, İsveçrə Xarici İşlər Nazirliyinin Federal Departamenti bu il aprelin 22-də iki ölkə arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutan “Yol xəritəsi”nə dair birgə bəyanatla çıxış edib.
Xatırladaq ki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər Ankaranın təşəbbüsü ilə 1993-cü ildən kəsilib. Həmin vaxtdan iki ölkə arasında sərhədlər də bağlanıb. Bunun əsas səbəbləri isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və qondarma “erməni soyqırımı” iddiasıdır.
İkitərəfli münasibətlərdə ilk irəliləyişlər isə Türkiyə prezidenti Abdullah Gülün 2008-ci il sentyabrın 6-da iki ölkənin milli futbol komandaları arasında keçirilən oyunu izləmək üçün İrəvana səfər etməsi ilə başlayıb.
Dövlət Departamenti alqışlayır...
ABŞ Dövlət Departamenti avqustun 31-də Türkiyə-Ermənistan münasibətlərinə dair bəyanatla çıxış edib. Departamentin mətbuat katibi İan Kelli bəyan edib ki, Birləşmiş Ştatlar İsveçrə tərəfinin vasitəçiliyi ilə Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərinin normallaşmasına dair növbəti addımlarını əks etdirən birgə bəyanatını alqışlayır. Diplomat vurğulayıb ki, ABŞ Türkiyə-Ermənistan münasibətlərinin şərtsiz və müəyyən zaman çərçivəsində normallaşmasının həmişə tərəfdarı olub. Dövlət Departamenti, həm Ermənistan, həm də Türkiyəni bəyanatda razılaşdırılan çərçivəyə uyğun surətlə davam etdirməsinə çağırıb. Cənab Kelli deyib: “Biz, hər iki ölkənin hökumətləri ilə münasibətlərin normallaşması istiqamətində işləməyə hazırıq. Bu tarixi proses, bütün bölgədə sülh, təhlükəsizlik və sabitliyə töhfə vermiş olacaq”.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa da birgə bəyanatla əlaqədar Türkiyə və Ermənistanı təbrik edib. Prezident Nikola Sarkozi Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasının bölgədə sabitliyə ciddi töhfə verəcəyini bildirib.
“İndiki mərhələdə Ermənistanla sərhədlərin açılması müzakirə mövzusu deyil”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NTV kanalına açıqlamasında bildirib ki, Ermənistan ilə imzalanması nəzərdə tutulan iki protokol və başlanan diplomatik proses Türkiyənin bölgənin gələcəyinə dair baxışlarının bir parçasıdır: “Türkiyənin hədəfi qonşu ölkələrlə ən yaxşı münasibətlər qurmaq, Qafqaz regionunda uzunmüddətli və genişmiqyaslı sülh prosesinə nail olmaqdır. Eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin hər mərhələsində Azərbaycanın maraqları nəzərə alınacaq. Ermənistanla münasibətlərdə əldə olunacaq nəticələrin Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcəyinə ümid edirəm”.
Əhməd Davudoğlu indiki mərhələdə Ermənistanla sərhədlərin açılmasının müzakirə mövzusu olmadığını vurğulayıb.
Ermənistan XİN: İki ay sonra sərhədlər açılacaq
Ermənistan Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, iki ölkə arasında keçiriləcək 6 həftəlik məsləhətləşmələrdən sonra bu protokolla bərabər, imzalanacaq “İkitərəfli münasibətlərin inkişafı haqqında Protokol”un parlamentlərdə ratifikasiyasından 2 ay sonra sərhədlər açılacaq və hökumətlərarası komissiyanın, həmçinin, onun tərkibinə daxil olacaq xüsusiləşmiş komissiyaların tədbirlər planını hazırlamaq üçün işçi qrup yaradılacaq. Protokolun qüvvəyə minməsindən 3 ay sonra hökumətlərarası komissiya və onun xüsusiləşmiş komissiyalarının tədbirlər proqramı nazirliklər tərəfindən təsdiqlənəcək. Proqram təsdiqləndikdən sonra hökumətlərarası komissiyanın ilk iclası keçiriləcək. Bu iclasdan uzağı 1 ay sonra xüsusiləşmiş komissiyalar fəaliyyətə başlayacaq.
ümumilikdə 7 sahə üzrə xüsusiləşmiş komissiyalar yaradılacaq:
- Siyasi məsələlər;
- Nəqliyyat, kommunikasiya, enerji və infrastruktur;
- Hüquqi məsələlər;
- Elm və təhsil;
- Ticarət, turizm və iqtisadi əməkdaşlıq;
- Təbiətin mühafizəsi məsələləri;
- Erməni, türk, isveçrəli və digər beynəlxalq ekspertlərin iştirakı ilə tarixi məsələlər.
Azərbaycan XİN: Sərhədlərin açılması Azərbaycanın maraqlarına ziddir
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məsələyə münasibət bildirərkən deyib ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu ilin may ayında Azərbaycan Milli Məclisində çıxışında xüsusi vurğuladı ki, Türkiyə Ermənistanla sərhədlərini Azərbaycan torpaqları işğal edildikdən sonra bağlayıb və işğal aradan qaldırılana qədər sərhədləri açmayacaq. Baş nazir bəyan etdi ki, Azərbaycan tərəfinin razılığı olmadan Türkiyə bu mövqedən geri çəkilməyəcək. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası və ikitərəfli əlaqələrin inkişafı haqqında imzalanacaq protokollara münasibət bildirən Azərbaycan XİN-in rəsmi nümayəndəsi Türkiyə Cümhuriyyətinin yüksək səviyyəli rəsmilərinin bu mövzuda daha əvvəl verdikləri bəyanatları xatırladıb: “Sözsüz ki, digər ölkələrlə münasibətlərini müəyyənləşdirmək hər dövlətin suveren hüququdur. Lakin bu məsələ Azərbaycanın milli maraqlarına toxunduğuna görə biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə qədər Türkiyənin Ermənistanla sərhədlərini açması bizim milli maraqlarımıza ziddir”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

