Nikol Paşinyan yalan danışır
25.08.2018 [09:33]
İşğalçı ölkənin baş nazirinin populist çıxışları ilə statistik məlumatlar bir-birinə ziddir
17 avqustda İrəvanda yenidən xalqı küçələrə tökən Ermənistanın baş naziri Nikol Paşinyan təkcə ona dəstək olanların sayını saxta yollarla artırmaq ilə deyil, həm də çıxışındakı bəzi təhlükəli məqamlarla əleyhdarlarına qarşı ciddi mesajlar göndərməyə çalışıb. Bu aksiyanın keçirilməsi vaxtının cinayətkar Robert Koçaryanın həbsdən çıxması və siyasətə qayıtmasını elan etməsi ilə üst-üstə düşməsi Ermənistanda ictimai-siyasi qarşıdurmanı daha da gərginləşdirib. N.Paşinyanın mitinqdəki çıxışına isə münasibətlər fərqlidir. Siyasətdə naşı olan, iqtisadi sahədən isə ümumiyyətlə başı çıxmayan N. Paşinyanın atdığı addımlar və çıxışındakı yanlış fikirlər yerli media orqanlarının əsas müzakirə mövzusudur. Onun mitinqdəki çıxışının 100 günlük fəaliyyətində gördüyü işlərdən daha çox, əvvəlki hakimiyyəti günahlandırmağa həsr olunması ciddi tənqidlərə səbəb olub. Belə ki, İrəvan mərkəzində tərəfdarlarını toplayan Paşinyan bu müddətdə Ermənistanda hansı sosial-iqtisadi problemlərin həll olunduğuna, neçə yeni iş yeri açıldığına, vətəndaşların maaşlarının nə qədər artdığına dair rəqəmləri dilə gətirmək əvəzinə, postunu qorumaq üçün konstitusiyanın dəyişdirilməsindən, məhkəməyə, hakimlərə təsir metodlarından bəhs edib. Məhz bu səpkidə çıxışları rəqibləri tərəfindən ona qarşı ciddi ittihamlar səslənməsinə səbəb olub.
Olmayan sosial-iqtisadi inkişafdan üstüörtülü şəkildə danışan N.Paşinyana faktlarla cavab da gecikməyib. Məsələn, politoloq Armen Minasyan baş nazirin mitinqdə guya Ermənistandan əhalinin köçünün dayanması barədə məlumatlarının həqiqətəuyğun olmadığını Ermənistan Milli Statistika Xidmətinin rəsmi məlumatları ilə sübut edib. Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində Ermənistanı 51 min erməni tərk edib, onlardan 48 mini isə yalnız aprel-may aylarına, yəni N.Paşinyanın hakimiyyətə gəlməsi ərəfəsinə və hakimiyyətdə olduğu dövrə təsadüf edir.
Digər bir faktı N.Paşinyanın özünün təyin etdiyi məmurlar təkzib ediblər. Belə ki, “vestikavkaza.ru” saytının yerli erməni mənbələrinə istinadən yazdığına görə, polis xidmətinin qərargah rəisi Armen Qukasyan bu günlərdə N.Paşinyanın dövründə, yəni 10 may - 20 avqust tarixlərində ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistanda cinayətkarlığın səviyyəsinin 12,3% artdığını bəyan edib.
Ermənistan baş nazirinin məlum 100 günlük hesabatına toxunan “rosbalt.ru” saytında yer alan bəzi faktlar isə N.Paşinyanın hakimiyyətini yalan üzərində qurduğunu bir daha sübut edir. Sayt yazır ki, onun guya hakimiyyətinin ilk ayında - iyun ayında iqtisadi fəallığın 9,6% artımı barədə dedikləri həqiqəti əks etdirmir. Faktlar sübut edir ki, avqustun 1-nə qədər olan vəziyyətə görə, Ermənistandan meyvənin ixracı ötən illə müqayisədə eyni olub. Onun çıxışındakı ən “sensasiyalı” məqam isə guya hökumətin fəaliyyətə başladığı ilk 45 dəqiqədə Ermənistanda inhisarçılığın və korrupsiyanın tamamilə ləğv edilməsi barədədir.
Bu cür qeyri-dəqiq məlumatlarla əleyhdarlarının tənqidinə tuş gələn N.Paşinyan sosial-iqtisadi sahədə hələlik heç bir ciddi iş görməməsini bəzi xarici faktorlarla əlaqələndirməyə çalışsa da, müxaliflər onu fakt qarşısında qoyur. Məsələn, parlamentin sədr müavini E.Şarmazanov bəyan edib ki, özünü bolşeviklər kimi aparan N.Paşinyanın 100 günlük fəaliyyəti göstərdi ki, Ermənistanda hökumət yox, “inqilab komitəsi” yaradıb. Onun sözlərinə görə, N.Paşinyan hakimləri, müxalifləri təhdid edir, təqsirsizlik prezumpsiyasını ciddi şəkildə pozur, dövlət qurumlarını ləğv edir.
Beləliklə, yaranmış bu vəziyyətdə keçmiş cinayətkar, terrorçu, işğalçı hərbi xunta rejiminin yaratdığı sistemdən daha çox əziyyət çəkən erməni əhalisi, xaricə qaçmağa macal tapmayan və yalnız çörək istəyən sadə ermənilər üçün mövcud qarşıdurmada yaxşı heç nə proqnozlaşdırmaq mümkün deyil.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33

