Nikol Paşinyanın 100 günlük hakimiyyəti Ermənistandakı vəziyyəti daha da gərginləşdirib
28.08.2018 [08:59]
Bir çox ekspertlər proseslərin bu cür davam edəcəyi təqdirdə işğalçı ölkədə vətəndaş müharibəsinin baş verməsinin qaçılmaz olacağını bildirirlər
3 aydır rəhbərlik etdiyi “hibrid hökumət”lə heç bir ciddi iş görməyən Nikol Paşinyanın hakimiyyətinin 100 günlüyünü qeyd etdiyi mitinqdə onunla hesablaşmayanları hədələməsi Ermənistanda mövcud olan qeyri-müəyyənliyi daha da artırıb, cəmiyyətdəki gərginliyi, siyasi qarşıdurmanı sürətləndirib. Üstəlik, son 100 gün onu da göstərdi ki, bu “küçə cəngavəri”nin, necə deyərlər, “ipinin üstünə odun yığmaq olmaz”.
Onun məlum çıxışının və atdığı addımların təhlilindən sonra belə bir qənaətə gəlmək mümkündür ki, N.Paşinyanın hazırda qarşısına qoyduğu əsas məqsəd nəyin bahasına olursa olsun özünün hakimiyyətdə qalmasını təmin etməkdir. Amma bu istiqamətdə uğurlu olduğunu tam dəqiqliklə demək mümkün deyil. Məsələn, bu günlərdə N.Paşinyanın nəzarətində olan azsaylı qurumdan biri - Ermənistan Xüsusi İstintaq Xidmətinin təsərrüfat subyektlərinin bazara girişinin qarşısının alınması əsasında açdığı cinayət işində onun baş nazir seçilməsində əsas rol oynayan “Çarukyan” blokunun rəhbəri Qagik Çarukyana (o həmçinin “Çiçəklənən Ermənistan” Partiyasının sədridir) məxsus eyniadlı xeyriyyə fondunun və “Multi avtotrans” şirkətinin adının hallanması həm siyasi, həm də ictimai cəhətdən yeni baş nazirə yaxşı heç nə vəd etmir. Bu addımları növbəti seçkilərə qədər gələcəkdə özünə rəqib hesab edilən siyasi qüvvələri sıradan çıxarmaq cəhdi kimi də dəyərləndirənlər var.
N.Paşinyan üçün gələcəkdə ciddi problem yarada biləcək digər məsələ keçmiş prezident Robert Koçaryan tərəfindən bir çox media qurumunun satın alınmasıdır. Belə ki, “Haykakan jamanak” qəzeti bu haqda yazır: “Robert Koçaryan mediamaqnat olmaq qərarına gəlib. Sosial şəbəkələrdə eks-prezidentin “Ararat”, “ArmNews” televiziya şirkətlərini, “BlogNews.am”, “News.am”, “Panorama.am” informasiya saytlarını satın alması barədə xəbər yayılıb”. Digər tərəfdən, teleradio komissiyası 10 avqust 2018-ci il tarixindən etibarən “Ararat” televiziyasının sabiq prezidentə yaxın olan biznesmen Armen Tavadyanın nəzarətinə keçməsini təsdiqləyib. “Kanal 2” televiziyası, “Yerevan.Today” saytı da R.Koçaryanla əlaqələndirilir. “News.am” saytının rəhbərliyi bu xəbəri təkzib etsə də, digərlərinin səssiz qalması bu xəbərlərin həqiqətəuyğunluğuna dəlalət edir. Bu faktlar göstərir ki, siyasi fəaliyyətə başladığını elan edən R.Koçaryanın əlində artıq kifayət qədər “təbliğat maşını” var, üstəlik, hökumətin ortağı Daşnaksutyunun əlindəki “Yerkir media” telekanalı da R.Koçaryanın təbliğatı ilə məşğuldur. N.Paşinyan isə təbliğat üçün, sadəcə, sosial şəbəkələrdən istifadə edir.
Digər maraqlı məqam ondan ibarətdir ki, mitinqdə pafoslu şəkildə “parlamentdə referendum keçirmək üçün qərar qəbul olunmasını təmin edəcəyik”, - deyən N.Paşinyanın nə qanunverici, nə də icraedici orqanda tam nəzarəti var. Onun əlində olan və ona sadiq kadrların idarə etdiyi bir neçə xidmət və komitədir. Onlardan ən vacibləri isə Serj Sarkisyan dövründə birbaşa baş nazirə (hökumətə deyil) tabe etdirilən Milli Təhlükəsizlik Xidməti və Polis Xidmətidir. Məhz bu səbəbdən N.Paşinyan mitinqdəki çıxışında belə bir cümlə işlədib: “Milli Təhlükəsizlik Xidməti Ermənistanı vətəndaş müharibəsi ilə təhdid edənlərin hamısı ilə məşğul olacaq”. Yəni N.Paşinyan ona xüsusi səlahiyyəti təmin edən bu qurumlardan bütün gücü ilə istifadə etmək istəyir. Çünki keçiriləcək seçkilərdə ona polis xidməti, keçmiş cinayətkar rejimin təmsilçilərini və digər rəqiblərini aradan götürmək üçün isə təhlükəsizlik xidməti daha çox kömək edə bilər.
Digər tərəfdən, hələ də bəziləri üçün qaranlıq qalan addımlardan biri polis işçilərinin Azərbaycanla sərhədə göndərilməsidir. Məlumdur ki, orduya və cəbhədəki vəziyyətə N.Paşinyan deyil, keçmiş rejimə sadiq generallar nəzarət edirlər. Çox güman ki, baş nazir özünün birbaşa nəzarətində olan daxili qoşunların qüvvələrini göndərməklə özünə sadiq qüvvələrin vəziyyətə nəzarətini təmin etmək istəyir. Amma bu addım gələcəkdə daha da təhlükəli nəticələr doğura bilər. Məsələn, açıqlamalarda “vətəndaş müharibəsi” ehtimalı vurğulanır, bunun baş verəcəyi halda ordu ilə daxili qoşunların üz-üzə gələcəyi qaçılmaz ola bilər.
Yeri gəlmişkən, N.Paşinyanın Almaniyanın Kansleri Angela Merkellə görüşdən dərhal sonra Dağlıq Qarabağa getməsi müxtəlif şərhlərin ortaya çıxmasına səbəb olub. Belə ki, rəsmi açıqlamalardan fərqli olaraq belə bir ehtimal da mövcuddur ki, son günlərdə Bako Saakyanın və ətrafındakı qondarma generalların “vətəndaş müharibəsi”nə zəmin yaradan fövqəladə hallara hazırlaşdığı barədə məlumatlar baş naziri Xankəndiyə aparıb. Belə ki, sabiq prezident Serj Sarkisyan Dağlıq Qarabağda olarkən həmin “general”lar onun ətrafından əl çəkmir, onunla nahar edir, kilsəyə qədər müşayiət edirlərmiş. Onu da qeyd edək ki, Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılaşma olsa, İrəvandakı meydanda müzakirə edəcəyi ilə bağlı bəyanatı da işğal olunmuş ərazilərdə “meydan sulayanları” narazı salıb. Təbii ki, N.Paşinyanın opponentləri onun ətrafında münaqişənin həlli ilə bağlı konkret təsəvvürə və dolğun məlumata malik ekspertlərin, diplomatların mövcud olmamasından, bu səbəbdən də baş nazirin bu 100 gün ərzində danışıqlar masasına konstruktiv təkliflər qoya bilməməsindən bəhs edirlər.
N.Paşinyana ünvanlanan digər ittiham bir vaxtlar sabiq prezident Serj Sarkisyan tərəfindən yaradılan və Azərbaycan torpaqlarının işğalında iştirak edən silahlı terror qruplaşması “Sasuna tsrer”in (“Sasun dəliləri”) üzvlərinin həbsdən azad edilməsidir. İki il əvvəl İrəvanda polis bölməsini ələ keçirən, polisləri girov götürmüş silahlı dəstə üzvlərinin azad olunması və siyasi partiya yaratdıqlarını elan etməsi daxildəki ictimai-siyasi gərginliyi daha da artırıb. Parlamentin vitse-spikeri E.Şarmazanov bu insanların üç polis məmurunu öldürdüklərini xatırladıb, həmçinin N.Paşinyanın bu addımlarla terrorizmin təşviqinə imkan yaratmasını, dövlət institutlarını, deputatları, hakimləri, fərqli baxışa malik olan vətəndaşları təhdid etməyə çalışmasını təhlükəli tendensiya hesab edərək baş nazirə kəskin etirazını bildirib.
Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, guya əhalinin onu dəstəklədiyini sübut etməyə çalışan N.Paşinyan meydandakı çıxışı ilə daxildəki ictimai-siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Ümumiyyətlə, onun cəmiyyətin bütün təbəqələrini razı sala biləcək proqram və planların əvəzinə bütün dövlət strukturlarını, qanunverici, məhkəmə və icraedici orqanları qeyri-legitim sayaraq “meydan hakimiyyəti”ni elan etməsi demokratiyanın deyil, Paşinyanın uydurduğu diktaturaya bənzər anormal bir quruluşun formalaşdırılmasına cəhddən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

