Ermənistanda kütləvi həbslər davam edir
06.12.2018 [09:45]
Nikol Paşinyanın seçkiqabağı prosesdə hüquq-mühafizə orqanları vasitəsilə həyata keçirdiyi qanun pozuntuları əhali arasında ciddi narazılıq yaradır
İşğalçı Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə 3 gün qalmış ictimai-siyasi gərginlik artmaqda davam edir. Seçkiqabağı kampaniyada iştirak edən siyasi qüvvələrin heç biri işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanı düşdüyü ağır sosial-iqtisadi vəziyyətdən çıxaracaq normal layihə, proqram və məram ortaya qoya bilməyib. Çevrilişlə hakimiyyətə yiyələnənlər başda olmaqla əhalinin qarşısına çıxanların hamısı mövcud problemlərdən danışır, amma həlli yollarını göstərə bilmirlər.
Halbuki yerli ekspertlərin özləri də etiraf edirlər ki, Ermənistanda bütün sahələrdə vəziyyət olduqca acınacaqlıdır və çıxış yolu tapa bilməyən qüvvə hakimiyyətdə qala bilməyəcək. Bununla yanaşı, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın özü də etiraf edib ki, işğalçı ölkədə təhsil sistemi də bərbad durumdadır, orta məktəbdə müəllimlərin əksəriyyəti 25000 dram (təxminən 55 ABŞ dolları) maaş alır. Məhkəmə sisteminin hal-hazırda korrupsiyalaşmış şəxslərin nəzarətində olduğunu söyləyən N.Paşinyan 7 ay ərzində bu yöndə niyə heç bir ciddi iş görmədiyini izah edə bilmir. Ona qarşı bəzi iddialar səsləndirən rəqiblərini isə N.Paşinyan Təhlükəsizlik Xidməti ilə hədələyir.
Ermənistanda ümumi vəziyyət belədir ki, cinayətkar-xunta rejiminin əsas fiqurları hakimiyyətdən gediblər, amma yeni gələnlər heç bir iş görməyiblər. Buna görə də seçkiqabağı prosesdə əhali üçün N.Paşinyanın və ya digər qüvvələrin gələcək addımları daha maraqlıdır. Çünki məsələ təkcə maaşın artmaması və ya korrupsiyaçıların həbs olunmaması deyil, regionlarda, o cümlədən işğal edilmiş ərazilərdə nəzarətsizlik hökm sürür. Bu duruma işarə edən “Biz” blokundan deputatlığa namizəd Xaçatur Kokobelyan deyib ki, hazırda benzin, dizel yanacağı, tütün məmulatları, şəkər tozu və digər vacib tələbat məhsullarının ixracına nəzarət əvvəlki hakimiyyətin dövründəki korrupsioner və inhisarçı şəxslərin əlindədir.
N.Paşinyanın rəqiblərinin ittihamları bununla bitmir, onu seçkiqabağı təbliğat kampaniyası zamanı bütün siyasi qüvvələrə bərabər şərait yaratmamaqda günahlandırırlar. Bəzi namizədlər Nikolun çıxışlarının vətəndaşlar arasında total şəkildə bir-birinə qarşı nifrət hisslərini təbliğ etmək üzərində kökləndiyinə işarə edirlər. Xarici müşahidəçilər də N.Paşinyanın ritorikasında “nifrət dili”nin üstünlük təşkil etdiyini qeydə alıblar. Ən maraqlısı isə odur ki, meydanlarda, tribunalarda qaraqışqırıq salan N.Paşinyan nədənsə təkbətək debatdan qaçır. Belə ki, seçkiqabağı kampaniya başlayan kimi Respublikaçı Partiyanın proporsional namizəd siyahısına başçılıq edən sabiq müdafiə naziri Vigen Sarkisyanın və bu günlərdə həmin partiyadan digər namizəd, keçmiş təhlükəsizlik naziri David Şahnazaryanın onu açıq teledebata çağırmasına N.Paşinyan məhəl qoymayıb. Yeri gəlmişkən, N.Paşinyana qarşı səsləndirdiyi ittihamlardan və sərt bəyanatlardan sonra dekabrın 5-də D.Şahnazaryanı Təhlükəsizlik Xidmətinə çağırıblar.
Seçkiqabağı kampaniya zamanı çoxsaylı qanun pozuntuları da qeydə alınmaqdadır. Belə ki, Ararat vilayətinin Artaşat rayonunda N.Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun namizədinin təbliğat kampaniyasına yerli polis orqanları qoşulub. “Jamanak” qəzeti yazır ki, polis bu hallarla mübarizə aparmalı olduğu halda, qanun pozuntusunda iştirak edir. Sən demə, Ararat vilayətinin polis rəisinin müavini Samvel Atomyanın oğlu 6 saylı seçki dairəsindən sözügedən blokun namizədidir. Rəis müavini isə vəzifəsindən sui-istifadə edərək əməkdaşlarını oğlu Sergey Atomyanın lehinə səs vermələri üçün əhaliyə təzyiq göstərməyə yönləndirir.
Ermənistandakı mövcud gərginliyin qeydə alındığı digər region isə Lori vilayəti olub. Orada baş verən kütləvi həbsləri seçkiqabağı kampaniya ilə əlaqələndirən “Past” qəzeti yazır ki, bir sıra yüksəkvəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin seçki kampaniyasının son həftəsi ilə üst-üstə düşməsi təsadüfi deyil. Motivi açıqlanmayan bu həbslər deputat Aram Harutyunyana qarşı cinayət işindən sonra ən qalmaqallı hadisə olduğu üçün cəmiyyətdə böyük təşvişlə qarşılanıb. Bu prosesdən əvvəl Ermənistan Polis Xidmətinin rəisi Valeri Osipyanın Lori vilayətinə səfər etməsi və ondan sonra Vanadzor, Bazum, Quqark, Taron, Stepanavan, Tumanyan, Taşir rayonlarında “ESA” QSC-nin və “Qazprom Armeniya” şirkətinin yerli strukturlarının əməkdaşlarının kütləvi həbsi bəzi qaranlıq məqamlardan xəbər verir. Bu həbslərin siyasiləşdirilməsinin səbəblərinə gəlincə, “Qazprom Armeniya” şirkətinin Lori regional struktur bölməsinin rəhbəri həmin vilayətdən namizədliyi Respublikaçı Partiyadan irəli sürülən Vaqram Baqdasaryanın qardaşıdır, “ESA” QSC isə Lori bölgəsində böyük nüfuza malik olan oliqarx Samvel Karapetyana məxsusdur. Müşahidəçilərin qənaətinə görə, bu həbslərin məqsədi Lori regionunda N.Paşinyanın blokunun məğlub olması ehtimalının qarşısını almaqdır. Lakin bu cür həbslər və polisin köməyi ilə siyasi üstünlük qazanmaq cəhdləri keçmiş repressiyaçı-kriminal rejimin metodlarını xatırlatdığı üçün sadə əhali arasında normal qarşılanmır. Üstəlik, bu halların seçki gününə qədər digər regionlarda davam edəcəyi istisna edilmir.
Qeyd olunan hallar bir daha göstərir ki, işğalçı Ermənistanda seçki prosesi yox, kriminal hesablaşma səviyyəsində qarşıdurma müşahidə edilir. Kriminal oliqarxiyanı devirməyə gücü çatmayan N.Paşinyan hərbi, sosial-iqtisadi vəziyyətə nəzarət edə bilmədiyi kimi, yürütdüyü ayrı-seçkilik siyasəti ilə əhalini bir-birinə qarşı qoyur. Digər tərəfdən, seçki ərəfəsində polis qüvvələrindən istifadə edərək qanun pozuntularına, təqib və təzyiqlərə yol verilməsi N.Paşinyanın da əvvəlki kriminal rejimə oxşar totalitar hakimiyyət quracağına şübhə yeri qoymur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56

