Ermənistanda seçkilər kütləvi şəkildə saxtalaşdırıldı
11.12.2018 [09:42]
Paşinyan qardaşı oğluna, qaynına, dostuna, həkiminə və bərbərinə mandat verdi
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri elan olunsa da, səsvermənin total təzyiq, saxtakarlıq şəraitində keçdiyi ortaya çıxıb. Seçicilərə təzyiq göstərilməsi fonunda keçirilən seçkilərin qanun pozuntuları və saxtakarlıqlarla müşayiət olunması bu səsvermənin nəticələrinin legitimliyini şübhə altına alır. Rusiya, xarici və yerli erməni mediasının yaydığı məlumata görə, seçkilər zamanı çoxsaylı qanun pozuntusu olub.
Xatırladaq ki, seçkilərdə 11 siyasi partiya və blok iştirak etsə də, rəsmi məlumata görə, 132 nəfərlik parlamentdə N.Paşinyanın namizəd siyahısına başçılıq etdiyi “Mənim addımım” bloku (70,43%, 88 yer), oliqarx Qagik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” (8,27%, 26 yer) və Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” (6,37%, 18 yer) partiyaları təmsil olunmaq hüququ qazanıblar.
Əvvəlcə onu qeyd edək ki, seçkiqabağı vəziyyəti izləyən ekspertlər siyasi partiyaların seçkilərə hazır olmadığını söyləyiblər. Bunu seçici aktivliyinin aşağı olması da sübut edib. Seçki komissiyasının sədri Tiqran Mukuçyan rəsmi olaraq məlumat verib ki, seçkilərdə səsvermə hüququ olan 2 592 479 nəfərdən yalnız 1 260 840 nəfər (48,63 faiz) iştirak edib. Onun sözlərinə görə, seçicilərin əksəriyyəti ümumdövlət səsverməsinə etinasız yanaşıblar. N.Paşinyanın nümayəndələri seçici aktivliyinin aşağı olmasını demokratiyanın göstəricisi kimi qələmə versə də, əslində bunlar subyektiv səbəbdir. Əsl obyektiv səbələrə gəlincə, eks-prezident Serj Sarkisyanın seçki fokusları nəticəsində seçici sayı süni artırılmışdı, bunun üçün xaricə köçənləri, orada yaşayanları seçici kimi siyahıda saxlayırdılar. Ermənistanın əhalisi 2018-ci ilin iyul ayının 1-ə (yəni, yeni hökumətin hesablamalarına görə) 2 milyon 969 min 800 nəfərdir. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə ölkədə, güya 2 milyon 592 min 481 nəfər seçici var. Adi məntiqə görə, 2,9 milyon əhalisi olan ölkədə 2,6 milyon seçici, yaşı 18-dən aşağı cəmi 300 min nəfər ola bilməz. Deməli, N.Paşinyan seçkilərə düşünülmüş şəkildə S.Sarkisyan dövrünün saxta siyahıları ilə gedib. 100 minlərlə “seçici” şişirtməsi var. Seçki bu şişirtmə (pripiska ) sayəsində qazanılıb.
Yeri gəlmişkən, Ermənistan Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan seçici aktivliyinin aşağı olmasını insanların seçkilərin saxtaşdırılacağına inanmaları ilə əlaqələndirib: “Seçicilərin bir çoxu seçkilərin nəticələrinin əvvəldən həll olunduğunu fikirləşərək səsvermədə iştirak etməyi lüzumsuz hesab ediblər”. Psixoloq Xaçatur Qasparyan isə bildirib ki, Ermənistanda seçki kampaniyasında “qorxu tələləri” yaratmaqla ictimai fikri manipulyasiya mexanizmlərindən istifadə olunub.
Yuxarıda göstərilən reallıqdan öz xeyrinə istifadə edən N.Paşinyan hakimiyyəti çoxsaylı qanun pozuntularına və saxtakarlığa yol verib. Bu pozuntuları gizli şəkildə aparmağa çalışsalar da, N.Paşinyanın özü kimi təcrübəsiz əlaltılarının saxtakarlıqları ortaya çıxıb. “Çiçəklənən Ermənistan” Partiyasınınn namizədi Naira Zöhrabyan bildirib ki, Sünik vilayətinin qubernatoru Unan Poqosyan bütün şəhər merlərinə və icma rəhbərlərinə vətəndaşları “Mənim addımım” blokuna səs verməyə çağırmalarını tapşırıb. N.Zöhrabyan deyib ki, blokdan vətəndaşlara pul təklif olunması barədə məlumatlar da var. “Məlumatlı vətəndaşlar ittifaqı” qeyri-hökumət təşkilatının rəhbəri Daniel İohanesyan isə bildirib ki, bəzi regionlarda seçki məntəqələrində gərgin vəziyyət yaranıb, gizli səsvermə prinsipi pozulub. Digər qanun pozuntusu isə Lori vilayətində baş verib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts seçkinin gedişi zamanı vilayətin Spitak şəhərində elektrik enerjisinin kəsilməsi barədə məlumat verib: “Hazırda mən Spitakdayam, şəhərin işıqları sönüb. Seçki məntəqələrində xaos hökm sürür”.
Respublikaçıların deputatlığa namizədi Arpine Ovannisyan da çoxsaylı qanun pozuntularıdan bəhs edib. Onun sözlərinə görə “Mənim addımım” blokunun nümayəndələri seçiciləri yönləndirməyə çalışıblar: “Hətta bəzi komissiya üzvləri “Mənim addımım” blokunun bülletenini digərlərinin üstünə qoyaraq seçicilərə verib”. Respublikaçı namizəd Vaqram Baqdasaryan bildirib ki, Vanadzorda da bir sıra seçki məntəqələrində qanun pozuntuları qeydə alınıb. Partiyanın digər namizədi David Şahnazaryan budəfəki seçkini Ermənistan tarixində “ən biabırçı seçki” adlandırıb, onun sözlərinə görə, təşviqat-təbliğat kampaniyası zamanı hədələr səslənib, zorakılıq halları qeydə alınıb.
Polis orqanlarına, ombudsmana və Xüsusi İstintaq Komitəsinə həmin qanun pozuntularına görə çoxsaylı şikayətlər daxil olub. Polis orqanlarına gün ərzində 80-dən çox, Xüsusi İstintaq Komitəsinə 12, Baş prokurorluqda yaradılmış işçi qrupuna 64, Ombudsmanın “qaynar xətt”inə 37 vətəndaş müraciət edib.
Seçkilərin təzyiq və təhdid fonunda keçirildiyini deyən respublikaçıların namizədi Eduard Şarmazanov Paşinyanın “Gestapo” rejiminin total təzyiqləri şəraitində 60 min vətəndaşın partiyaya səs verməsini də uğur hesab edib. E.Şarmazanov Paşinyana xatırladıb ki, bu 60 min vətəndaş bir il ərzində 600 min olacaq və partiya parlamentdənkənar müxalifət kimi mübarizəni başqa müstəvidə davam etdirməyə məcbur qalacaq. Bu açıqlama Ermənistanda bundan sonra siyasi mübarizənin küçə müstəvisində gedəcəyinə də bir işarədir. Alınan son məlumatlara görə, cinayətkar Robert Koçaryanın həbsini bəhanə edən bəzi qüvvələr artıq dekabrın 11-dən hakimiyyətə qarşı etiraz aksiyası keçirmək niyyətindədir.
Xatırladaq ki, N.Paşinyanın saxtakarlığı yuxarıda qeyd olunanlarla bitməyib. Onun qardaşı oğlu Sipan Paşinyan guya 17155, qaynı Qraç Hakopyan isə 8920 səs toplayaraq Tavuş vilayətindən deputat mandatı əldə ediblər. Bu azmış kimi, N.Paşinyanın dostu, həkimi və bərbəri də parlamentə üzv seçiliblər. Cinayət törətməsinə görə haqqında məhkəmə prosesi davam edən iki nəfər də yeni parlamentə üzv seçilib. Bu faktın özü isə həm saxtakarlığın, həm də seçkilərin qeyri-demokratik keçirilməsinin daha bir sübutudur.
Beləliklə, beynəlxalq təşkilatların seyrçi qaldığı seçki saxtakarlığı Ermənistanda N.Paşinyanın bərqərar etdiyi oxlokratiyanın qələbəsini labüdləşdirdi. N.Paşinyan “küçə demokratiyası” adı altında ondan fərqli fikirləşənlərə hədə-qorxu gələrək, eyni zamanda ictimai fikri manipulyasiya mexanizmlərindən istifadə edərək “əldə etdiyi nəticə” ilə diktatura qurmaq istəyini rəsmiləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25

