Ermənistan yeni bahalaşma dalğası ilə üz-üzə...
15.01.2019 [10:34]
Ekspertlərin fikrincə, 2019-cu ildə işğalçı ölkədə əhalini və hökuməti çox çətin günlər gözləyir
Ermənistanda yeni parlamentin öz işinə başlaması və Nikol Paşinyanın baş nazir təyin edilməsi ilə işğalçı dövlətdəki qeyri-müəyyənliyin aradan qalxmasını gözləmək sadəlövhlük olardı. Çünki spiker seçilən Ararat Mirzəyan başda olmaqla formalaşan yeni parlamentdəki şəxslərin əksəriyyəti son 8 ayda Ermənistanda icraedici hakimiyyətdə təmsil olunanlardır. Ac-yalavac ermənilər isə bu müddət ərzində onların fəaliyyətindən müsbət mənada heç nə qazanmayıblar.
Paşinyanın arxasına düşüb küçələrdə etiraz aksiyası keçirən sadə Ermənistan vətəndaşları artıq onun və komandasının nəyə qadir olduğunu gördükləri üçün yeni parlamentdən və N.Paşinyanın quracağı yeni hökumətdən heç nə gözləmirlər. Məhz buna görə də yeni ilin ilk iki həftəsində havaların həddindən artıq soyuq keçməsinə baxmayaraq, Yerevanın özündə və regionlarda sosial-iqtisadi çətinlikdən bezmiş, işsiz qalmış, gələcəyə ümidini itirmiş, çörək pulu tapmayan vətəndaşların etiraz aksiyaları geniş vüsət alıb. Kütləvi etiraz aksiyaları ilə yanaşı, Ermənistanda kriminal durum daha da gərginləşib.
Ekspertlərin rəyinə görə, 2019-cu ildə əhalini və hökuməti çox çətin günlər gözləyir. Çünki Rusiyadan alınan təbii qazın qiymətindəki artım təkcə “mavi yanacağ”ın deyil, digər enerjidaşıyıcılarının, habelə ən mühüm tələbat məhsullarının qiymətinin artmasına da gətirib çıxarır. Artıq hökumətin enerjidaşıyıcıların tariflərinə yenidən baxacağı barədə xəbərlər yayılıb. “168 jam” qəzeti yazır ki, bahalaşma ciddi dərəcədə nəzərə çarpır, məsələn, unun qiyməti təxminən 10 faiz artıb, nəticədə əhalinin əsas yeyinti tələbat məhsulu olan çörək artıq mağazalarda 100 dram əvəzinə 120 drama satılır. Bu artım əhalinin əksəriyyətini təşkil edən yoxsul təbəqənin aclıqla üzləşməsinə gətirib çıxara bilər.
Qəzet yazır ki, 2019-cu ildə qiymət artımının ən azı 3 dalğası gözlənilir. Hazırda baş verən qiymət artımının ilk dalğası Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük sisteminə inteqrasiyası prosesi ilə bağlıdır. 2019-cu ildən etibarən üçüncü ölkələrdən gətirilən bir sıra malların gömrük rüsumlarının artdığı nəzərə alınsa, yaxın günlərdə bunun bazar qiymətlərinə də təsir göstərəcəyi qeyd edilir. Belə ki, ilkin tələbat malları hesab edilən ərzaq (taxıl məhsulları, yağlar), ət, kənd təsərrüfatı məhsulları, o cümlədən bəzi tərəvəz növlərinin qiymətləri kəskin artacaq. Qeyd edək ki, bu məhsulların qiymətinin artması yerli kənd təsərrüfatı məhsullarının qiymətinin də qalxmasına səbəb olacaq. Bahalaşacaq məhsulların siyahısı bununla bitmir, yuxarıda göstərilən məhsulların qiymətlərinin artması nəticəsində bir-biri əlaqəli olan malların da qiymətləri artacaq və ölkə iqtisadiyyatının bütün sahələrində qiymətlərin daha da artmasına gətirib çıxaracaq.
Hökuməti çətin günlərin gözlədiyini qeyd edən politoloq Hrant Məlik-Şahnəzəryan da “tert.am” saytına verdiyi açıqlamada baş nazir N.Paşinyanın qarşısında duran bir çox problemi həll edə bilməyəcəyini bildirib. Ermənistanın əsas problemlərinin qaynağı olan xarici əlaqələrin də bərbad durumda olduğunu bildirən H.Məlik-Şahnəzəryan mövcud hökumətin xarici siyasətinin perspektivini mənfi qiymətləndirib: “Ermənistan son aylarda təcrid olunmuş vəziyyətdədir. Baş verən dəyişiklik nəticəsində strateji tərəfdaşlarla və müttəfiqlərimizlə əlaqələrimiz pozulub, əslində, Aİ ilə münasibətlərdə ciddi irəliləyiş yoxdur, əksinə, görünən odur ki, Avropa ölkələrinin parlamentləri müqavilənin ratifikasiyasını dayandırıb. Çünki Ermənistan öz öhdəliklərini yerinə yetirmir, Ermənistan-ABŞ münasibətləri isə mövcud deyil”. Ekspertin sözlərinə görə, artıq bütün şanslar əldən verilib, xarici siyasətdə də qeyri-müəyyənlik hökm sürür.
Göründüyü kimi, ermənilərin özləri də etiraf edir ki, xarici aləmdən təcrid olunmuş vəziyyətdə olan Ermənistanda N.Paşinyanın səriştəsiz fəaliyyəti nəticəsində cəmiyyətdə narazılıq pik həddədir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

