Ermənistan ordusunda hərc-mərclik baş alıb gedir
06.04.2019 [09:06]
Mənəvi-psixoloji durumun acınacaqlı olduğu işğalçı orduda hazırda ikihakimiyyətlilik hökm sürür
Bu gün işğalçı Ermənistanda bütün sahələrdə, o cümlədən orduda acınacaqlı vəziyyətin hökm sürdüyü kimsəyə sirr deyil. Mənəvi-psixoloji durumun acınacaqlı olduğu işğalçı orduda itaətsizlik artıq kütləvi hal alıb. Bu yaxınlarda Ermənistanın Meğri rayonunda yerləşən hərbi hissədə əsgərlərin zabitin əleyhinə qiyam qaldırması da deyilənləri təsdiqləyir.
Öz növbəsində erməni hərbi ekspertlər də hazırda işğalçı ordunun ümumi vəziyyətinin qənaətbəxş olmadığını etiraf edirlər. Məsələn, hərbi ekspert Hayk Naqapetyan jurnalistlərlə söhbətində bildirib ki, ölkədə baş verən siyasi və hüquqi proseslər hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığını ən aşağı həddə qədər salıb: “Hər bir ordunun hərbi potensialı kadr hazırlığı, hərbi-texniki təhlükəsizlik, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı kimi kriteriyalarla ölçülür”.
Onun sözlərinə görə, hazırda yüksəkrütbəli hərbçilərə qarşı cinayət təqibi ilə bağlı məsələlər də orduya qarşı ikrah hissini gücləndirir və əsgərlərin xidmət keçməsində mənfi rol oynayır.
Ekspert digər bir səbəbi hərbi qulluqçuların sosial təminatındakı çətinliklə əlaqələndirib. Onun sözlərinə görə, hökumət dövlət gəlirləri komitəsinin əməkdaşları üçün mükafat fondunun artırılması barədə qərar qəbul etdiyi halda, 1100 hərbçi ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün heç bir addım atılmır: “Hərbçilərin sosial müdafiəsi üçün 5 milyon dram pul ayrılması bu problemin həllinə imkan vermir. 300-dən çox hərbçi ailəsi Yerevanda yaşayır. Aydındır ki, bu məbləğ onları mənzillərlə təmin etmək üçün kifayət deyil”.
Onu da qeyd edək ki, Ermənistanda və işğal olunmuş ərazilərdə hərbi hissələrdə əsgərlərin arasında nizamnamədənkənar münasibətlər onların intihar etməsi, hətta bir-birini güllələməsi hallarının sayını da artırır. Bütün ölkə üzrə hərbçilərə qarşı antipatiya da hökm sürür. Yerevan şəhərinin özündə hərbçilərə qarşı cinayətlərin sayı artmaqdadır. “Shamshyan.com” saytının məlumatına görə, Yerevanın mərkəzində hərbi hissə komandirinə qarşı odlu silahdan atəş açılıb. Hərbi hissə komandiri Coni Samsonyan ayağından yaralanıb, tapançadan atəş açan şəxs yaxalanıb. Cinayətin dəqiq motivi hələlik bilinməsə də, müşahidəçilərin qənaətinə görə, bu cinayətin əsas səbəbi son illərdə orduda baş verən hərc-mərclikdən qaynaqlanır.
Yeri gəlmişkən, “Joğovurd” qəzetinin yazdığına görə, Ermənistanın təxribatçı bəyanatlarının müəllifi olan müdafiə naziri Davit Tonoyan və baş qərargah rəisi Artak Davityan arasında ciddi narazılıq var. Ermənistan ordusuna başçılıq edən bu şəxslərin narazılıqları hərbi hissələrdə açıq-aşkar özünü büruzə verir. Belə ki, hissə komandirlərinin bir hissəsi özlərini Tonoyanın, digərləri Davityanın adamları hesab edirlər. Məlumatlara görə, kökləri 10 il əvvələ qədər gedib çıxan bu qarşıdurmanın nəticəsidir ki, orduda çaxnaşma, itaətsizlik, bir sözlə ikihakimiyyətlilik hökm sürür.
Bu faktlar sübut edir ki, maddi-texniki təminat sarıdan korluq çəkən, zabit və əsgərlərinin mənəvi-psixoloji durumunun acınacaqlı olduğu, hərbi hissələrdə cinayət və itaətsizliyin hökm sürdüyü işğalçı ordu nəinki müharibəyə, heç adi hərbi əməliyyata da hazır deyil.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

