Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ prezidentinə qarşı impiçment ittihamı...

ABŞ prezidentinə qarşı impiçment ittihamı...

20.12.2019 [09:17]

TASS agentliyi yazır ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa qarşı impiçment təşəbbüsü dünya mediasının gündəmini zəbt edib. Son olaraq Birləşmiş Ştatların Konqresinin Nümayəndələr Palatasının Donald Trampın impiçmenti üzrə iki maddəyə səs verməsi müzakirələrin genişlənməsinə səbəb olub: “Müzakirələr təxminən 6 saat davam edib və daha sonra 230 konqresmen birinci maddənin - Amerika administrasiyasının hazırkı rəhbərinin vəzifədən sui-istifadəsinin lehinə, 197-si əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb. 229 konqresmen ikinci maddə - konqresin təhqiqatına mane olmaq maddəsi üzrə səs verib, 198-i buna qarşı çıxıb, bir nəfər bitərəf mövqe ortaya qoyub”.
Xəbərdə qeyd olunur ki, növbəti addım ittiham aktının məhkəməyə təqdim olunması və ABŞ Ali Məhkəməsinin qərarının gözlənilməsidir.

Paylaş:
Baxılıb: 816 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31