Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan: 20 il əvvəl baş vermiş terror aktı yenidən araşdırılacaq

Ermənistan: 20 il əvvəl baş vermiş terror aktı yenidən araşdırılacaq

27.12.2019 [10:08]

20 il əvvəl baş vermiş və Ermənistanın yaxın tarixində dövlət terrorunun ən qorxunc və müəmmalı hadisələrindən biri hesab edilən 1999-cu il 27 oktyabr terror aktı üzrə istintaq işi yenidən aparıla bilər. Belə ki, Ermənistanın baş prokurorluğu keçmiş deputat Anahit Baxşıyanın 1999-cu il 27 oktyabr hadisəsi ilə bağlı cinayət işinin epizodlarından birinin xitam verilməsinə qarşı şikayətini təmin edib.
Bu barədə A.Baxşıyan özünün “facebook” səhifəsində məlumat verib. Hadisə ilə bağlı istintaq işinin “terror aktının təşkilatçıları və maliyyələşdirənlər” hissəsi üzrə təhqiqatın davam etdiriləcəyini yazan deputatın sözlərinə görə, 37 səhifə həcmində təqdim olunan şikayət vəkil Zaruhi Mejlumyan tərəfindən tərtib edilib. Qeyd edək ki, A.Baxşıyan terror hücumunda öldürülən vitse-spiker Yuri Baxşıyanın həyat yoldaşıdır.
Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Unanyanın başçılıq etdiyi bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan, vitse-spikerlər Yuri Baxşıyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlardan Armenak Armenakyan, Henrix Abramyan və Miakel Kotanyanı güllələmişdilər.
Terrorçular həbs olunsalar və ömürlük həbs cəzasına məhkum edilsələr də, hadisənin arxasındakı müəmmalar hələ də qalmaqdadır. Hazırda həbsdə olan eks-prezident R.Koçaryanın hadisədən sonra terrorçularla danışıqlara getməsi, daha sonra hakimiyyətini möhkəmləndirməsi əsas təşkilatçılardan birinin məhz onun özü olması barədə çoxsaylı ittihamların səslənməsinə gətirib çıxarıb.

Paylaş:
Baxılıb: 793 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31