Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Liviyanın paytaxtı Tripolinin hava limanı raket zərbələrinə məruz qalıb

Liviyanın paytaxtı Tripolinin hava limanı raket zərbələrinə məruz qalıb

22.01.2020 [17:12]

Türkiyə və Rusiya başda olmaqla, dünyanın aparıcı ölkələrinin iştirakı ilə 3 gün əvvəl Berlin konfransında əldə edilən razılaşmaya baxmayaraq, yanvarın 22-də Liviyanın paytaxtı Tripolinin Mitiqa hava limanı güclü raket zərbələrinə məruz qalıb.
“Anadolu” Xəbər Agentliyinin verdiyi məlumata görə, Liviyanın şərqində nəzarəti ələ keçirən Xəlifə Hafterin qiyamçı silahlı qüvvələri tərəfindən paytaxta qarşı hücumlar səngimək bilmir. Agentliyin Liviyadakı Milli Barışıq Hökumətinin (MBH) nümayəndəsi Məhəmməd əl-Kununuyə istinadən verdiyi məlumata görə, atəşkəs elan edilməsinə baxmayaraq, Hafterin tabeliyindəki silahlı qüvvələr Liviyanın “dünyaya açılan qapısı” hesab edilən Mitiqa hava limanına 6 raket atıb.
MBH nümayəndəsinin bəyanatında, həmçinin atəşkəsin dəfələrlə pozulduğu və növbəti hücumun hava limanında naviqasiyanı ciddi şəkildə təhlükə altında qoyduğu vurğulanır.

Paylaş:
Baxılıb: 759 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31