Yunus Əmrə İnstitutu COVID-19-un həllinə elmi diplomatiya ilə köməklik göstərir!
08.04.2020 [22:07]
Yunus Əmrə İnstitutu Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayədarlığı altında “Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi”ni (TABİP) icra edir. Yunus Əmrə İnstitutu, eyni zamanda, elmi əməkdaşlıq və informasiya mübadiləsini təmin edən TABİP ilə, elmi diplomatiya fəaliyyətlərini də icra edir.
AZƏRTAC xəbər verir ki, institut, COVID-19-un çarəsini tapmaq üçün fəaliyyət göstərən bütün tərəflərin aktual elmi araşdırmaları və texniki inkişafları ən etibarlı mənbələrdən izləyə bilmələrini təmin etmək üçün covid19.tabipacademy.com saytını istifadəyə verib. “Covid-19 Hub” adlı sayt onlarla fərqli başlıq altında yüzlərlə məqalə və təhlilləri ödənişsiz olaraq insanların istifadəsinə təqdim edir.
Yunus Əmrə İnstitutu bu əhatəli platforma ilə koronavirusa qarşı elmi və texniki mübarizəyə öz töhfəsini verir. Əsas mənbələrdən əldə olunan ən müasir yenilikləri, məlumatları və tapıntıları tərtib edərək, yüz minlərlə xəstənin həyatını xilas etmək və virusun yayılmasının qarşısını almaq üçün mübarizə aparan elm adamları, həkimlər, tibbi avadanlıq istehsalçıları və bütün aidiyyəti tərəflər üçün əlçatan hala gətirir və koronavirusa qarşı elmi və texniki mübarizəni sürətləndirir.
"Covid-19 Hub" başlıca olaraq Türkiyədəki yaxşı nümunələri və yenilikləri, eyni zamanda, Yunus Əmrə İnstitutlarının dünya səviyyəsindəki şəbəkəsini istifadə edərək Yaponiyadan Cənubi Koreyaya, Almaniyadan ABŞ-a qədər hər ölkədəki yaxşı tətbiqləri insanlığın xidmətinə təqdim edir.
“Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi” çərçivəsində bir ilkə imza atan Yunus Əmrə İnstitutunun rəhbəri, professor Şərəf Atəş dünyanı təsiri altına alan COVID-19 həllinə töhfə vermək üçün yeni bir xəbər saytı açdıqlarını söyləyib. İnstitutun rəhbəri Şərəf Atəş belə bir portala nə üçün ehtiyac olduğunu və TABİP-in məqsədini belə izah edib: “Biz Yunus Əmrə İnstitutu olaraq, xüsusilə mədəniyyət və elm sahəsində fəaliyyət göstəririk. Çünki mədəniyyət və elm bəşəriyyət üçün ən vacib iki sərvətdir. Belə problemli vaxtlarda bunun dəyərini bir daha anlayırıq. Çünki mədəniyyət və elm olmadan, mədəniyyət və elm istehsal etmədən bəşəriyyətin özünü qoruması və bu təcrübəni gələcək nəsillərə ötürməsi mümkün deyil. Çünki elm bir problemin necə ortaya çıxdığının, mədəniyyət isə niyə ortaya çıxdığının cavabını axtarır.
Bu mənada xüsusən də belə çətin günlərdə qarşılaşdığımız problemlərdə cəmiyyətin reaksiyası da vacibdir. Başqa sözlə, necə reaksiya verirsiniz, problemə necə yanaşırsınız, yəni həll yolu üçün yoxsa yola vermək üçün çalışırsınız? Bu mənada Yunus Əmrə İnstitutu da öz üzərinə düşəni etmək üçün hərəkətə keçdi. İki il əvvəl Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayəsi altında qurduğumuz TABİP adlı bir layihəmiz var. Bütöv adı, “Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi”dir. Bu layihənin əsas məqsədi dünyanın hər tərəfindəki elm insanlarını, layihələri, elmi inkişafları Türkiyə ilə bölüşmək, Türkiyədəki inkişafı da dünya ilə bölüşməkdir. Beləliklə bir ekosistem qurduq. Dünyadakı bütün elmi inkişafları Türkiyə ilə bölüşmək üçün biz buna hazır idik. Koronavirusla qarşılaşdığımız zaman isə həll yönümlü fikir mübadiləsi aparıb, bu problemə necə töhfə verə biləcəyimizi düşündük və əlavə bir veb-sayt yaratdıq. Bu veb-saytı dərhal işə saldıq. (Covid19.tabipacademy.com)”.
Dünyanın 60 ölkəsində Yunus Əmrə İnstitutlarının fəaliyyət göstərdiyini, eyni zamanda, gənc və dinamik bir işçi qrupuna sahib olduqlarını ifadə edən Şərəf Atəş, bu platforma ilə həll yolunun bir parçası olmaq istədiklərinə diqqət çəkərək deyib: “Burada əsas məqsəd həll yolunun bir hissəsi olmaqdır. Buna görə xəstələrin həyatını xilas etmək üçün zamanla yarışan elm adamlarımız var. Bu təkcə Türkiyədə deyil, dünyanın hər tərəfində belədir. Həkimlər, tibbi avadanlıq istehsalçıları... Onlara lazımi düzgün məlumatlar vermək vacibdir. Bu məqamda, heç kim bir insan olaraq heç kimin rəqibi deyil, hər kəs bir-birinin "yoldaşıdır". Başqa sözlə, dilimizdə "yoldaş" yol dostu, birlikdə hərəkət edən insanlar deməkdir. Buna görə də bu zəruri məlumatları ən qısa müddətdə doğru mənbələrdən yığmaq, süzgəcdən keçirmək və cəmiyyətə ötürmək lazımdır. Komandalarımız bunu cəld bir şəkildə həyata keçirdirlər. Veb-saytımız hər saat yenilənir. Buna görə də, internetdəki bütün səhv məlumatları nəzərə alaraq, buradan səhv və spekulyativ elementləri çıxardırıq.
Bu virusa qarşı iki növ mübarizə var. Birincisi tibbi mübarizə, yəni insanların bədənlərinin buna qarşı çıxması. Onun üçün peyvənd tədqiqatları, dərman inkişaf etdirmə işləri, süni intellekt, nəfəs aparatı, test dəsti istifadəsi. Bütün bunlar çox vacibdir, lakin daha bir vacib məqam var. O da mədəni inkişafla bağlıdır. İnsanın həm fərd, həm də cəmiyyət olaraq bu virusa qarşı yüksək müqaviməti. Beləliklə, psixologiya və iqtisadiyyat amilləri meydana çıxır. Buna görə də, bütün xəbərlərdə və məqalələrdə həm fərdi müqavimətimizi artırmalı, həm də ictimaiyyət olaraq bununla mübarizədə təsirli olmalıyıq”.
Bundan əlavə, İnstitutun rəhbəri Şərəf Atəş covid19.tabipacademy.com saytının dünyanın istifadəsinə açıq olduğunu, bundan istifadə edən bütün maraqlı tərəflərin, COVID-19 həlli üçün bütün dünyada tətbiq edilən ən yeni tədqiqatları, texnologiyaları, inkişafları, elmi mənbələri və məqalələri izləyə biləcəklərini və beləliklə süzgəcdən keçmiş məlumatlarla həll yolu üçün gedəcəkləri yolda vaxt qazanacaqlarını və sayta girişin pulsuz olduğunu, eyni zamanda, heç bir üzvlük tələb edilmədiyini söyləyib.
Saytda süni intellekt, nəfəs aparatı, peyvənd və test dəstləri də daxil olmaqla 10-dan çox kateqoriyada xəbər və məqalələr var və bu xüsusiyyəti ilə epidemiyanı bir çox fərqli ölçüdə işləmiş olur.
Covid19.tabipacademy.com tamamilə akademik və elmi nəşrlər olan bir saytdır.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16

