Ermənistanda diktatura rejimi hökm sürür
08.07.2020 [09:11]
Paşinyanın işğalçı ölkədə antidemokratik rejim formalaşdırmasına baxmayaraq, beynəlxalq təşkilatlar heç bir reaksiya vermir
Sosial-iqtisadi tənəzzül dövrünü yaşayan Ermənistanda pandemiyanın yaratdığı çətinliklərin də pik həddə çatması işğalçı ölkədə siyasi böhrana yol açıb. Mövcud durumun hakimiyyətinin gələcəyinə təhlükə olduğunu görən Nikol Paşinyan isə bütün imkanları səfərbər edərək, o cümlədən “konstitusiya çevrilişi” etməklə diktatura qurub. Artıq eskpertlər mövcud hakimiyyətin atdığı addımları Ermənistan tarixində “rüsvayçılıq” kimi qiymətləndirirlər. Amma ümumiyyətlə müstəqillik əldə etdiyi dövrdən sonra bu ölkədə baş verən siyasi hadisələrə və Paşinyanın sələfləri barədə ortaya çıxardığı faktlara nəzər yetirəndə bütövlükdə Ermənistanın “müstəqillik” tarixinin rüsvayçılıqla dolu olduğunu görmək mümkündür. Bu ölkəyə rəhbərlik edənlər əvvəlcə işğalçılıq siyasəti ilə Azərbaycan xalqına qarşı Xocalı soyqırımı başda olmaqla, çoxsaylı cinayətlər törədiblər, habelə Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınmasında iştirak ediblər, sonrakı mərhələdə isə qanunsuz yollarla Ermənistanda hakimiyyəti zəbt edərək cinayətkar hakimiyyət formalaşdırıblar.
Belə ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana faktiki olaraq quldurlar rəhbərlik ediblər. Bunu vaxtilə hakimiyyətdə olan yüksəkvəzifəli şəxslər, o cümlədən eks-prezidentlər, sabiq nazirlər, generallar və digərləri haqqında son iki ildə açılmış çoxsaylı cinayət işləri də təsdiq edir. Yəni 1998-ci ildən Ermənistanda kriminal rejim formalaşdırılıb və 20 il ərzində bu ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik ediblər. 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xunta hakimiyyəti Ermənistanı acınacaqlı vəziyyətə salıblar.
Lakin erməni cəmiyyətinin gözləntilərinin əksinə olaraq iki il əvvəl hakimiyyətə gələn qüvvələr öz əməlləri ilə xalqın nifrət etdiyi keçmiş xunta rejiminin rəhbərlərindən heç də fərqlənmədiklərini sübut ediblər. Belə ki, Ermənistanın yeni hakimiyyəti nə işğalçılıq siyasətindən əl çəkib, nə də ölkədə normal düzən yaradılmasına çalışıb. Əksinə yerli ekspertlərin və erməni KİV-in ümumi qənaətinə görə, son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb.
Beləliklə, 20 il ərzində işğalçı ölkəni cinayətkar aləmin qaydalarına uyğun olaraq idarə edən kriminal hərbi xunta rejimini əvəz edən Paşinyan hakimiyyəti işğalçı dövlət üçün yaxşı heç nə vəd etmir. İndiki vəziyyətə nəzərə yetirəndə Ermənistanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, siyasətçilərə, jurnalistlərə qarşı silsilə cinayət işlərinin açılması, onların həbs olunması, hüquq-mühafizə orqanları tərəfindən evlərə, ofislərə, redaksiyalara basqınların təşkil olunmasının şahidi oluruq. Bu ölkədə siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onların qohumlarına qarşı cinayət işləri açılır.
Ən acınacaqlısı isə odur ki, Ermənistanda hakimiyyət bölgüsü pozulub. Paşinyanın siyasi rəqibləri də birmənalı şəkildə bəyan edirlər ki, hazırda baş nazir güc strukturları rəhbərlərini tez-tez dəyişməklə ölkədə görünməmiş idarəçilik sistemi yaradır, hökumət başçısı bütün səlahiyyətləri öz əlində cəmləşdirir. Bir sözlə, işğalçı ölkədə qanunvericilik, məhkəmə-hüquq və icra hakimiyyətləri baş nazirin əlindədir. Bu azmış kimi Paşinyan konstitusiyaya qanunsuz dəyişikliklərə rəvac verib. Beləliklə də, artıq Ermənistanda əsl diktatura hökm sürür.
Uzun müddət xunta rejiminin hakimiyyəti altında yaşadığına və ölkədə elan edilən fövqəladə vəziyyətin yaratdığı məhdudiyyətlərə görə Ermənistan cəmiyyətinin mövcud duruma qarşı ciddi etiraz edə bilməməsi başadüşüləndir. Burada maraqlı olan məqam isə Paşinyanın Ermənistanda antidemokratik rejim formalaşdırmasına beynəlxalq təşkilatları tərəfindən heç bir reaksiya verilməməsidir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14

