Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanda bu payız ictimai-siyasi vəziyyət daha təlatümlü olacaq

Ermənistanda bu payız ictimai-siyasi vəziyyət daha təlatümlü olacaq

08.09.2020 [09:29]

Ekspertlərin fikrincə, işğalçı ölkədə həm müxalifət qüvvələri, həm də Paşinyan hakimiyyəti növbəti aylarda gözlənilən daxili qarşıdurmaya hazırlaşır
Ermənistanda mövcud olan sosial-iqtisadi böhran, pandemiyanın doğurduğu problemlər ölkə daxilində ictimai-siyasi gərginliyi daha da artırıb. İki il öncə devrilmiş siyasi qüvvələrin revanş hazırlığını, həmçinin parlamentdə təmsil olunan müxalifət partiyalarının hökumətə qarşı mövqeyinin kəskinləşməsinə hakimiyyətdən narazı əhalinin etirazlarını da əlavə edəndə işğalçı ölkədə yaxın aylarda əsl xaos baş verəcəyini güman etmək olar. Erməni mediasının yazdığına görə, payızda ehtimal edilən daxili qarşıdurmaya müxalifətdəki qüvvələr kimi, hakimiyyətdə olan ayrı-ayrı qruplaşmalar da hazırlaşır. Bu fəaliyyətdə hakimiyyətdaxili qüvvələr arasında seçilən, lazım gələndə siyasi iradə nümayiş etdirən “soros”çular, xüsusilə seçilirlər.
Belə ki, son vaxtlar “soros”çuların parlamentdə və hökumətdə güclənməsi Ermənistanın mövcud hakimiyyətinin həmin qüvvələrin təsirində olması barədə iddiaların səslənməsinə gətirib çıxarır. “Politik.am” yazır ki, hətta bu günlərdə “soros”çular televiziya şirkətinə də sahib olublar. Materialda qeyd edilir ki, bitərəf deputat Arman Babacanyan anti-Rusiya “1in.am” saytını televiziya şirkətinə çevirmək istəyib. Lakin A.Babacanyan hakimiyyətin dəstəyindən istifadə etsə də, ciddi hüquqi problemlə qarşılaşıb. Qeyd olunur ki, yalnız bir halda Babacanyan televiziya sahibi ola bilər: əgər “Grand Holding”in sahibləri Vardanyan qardaşları “AR” telekanalını A.Babacanyana təhvil versələr. Saytın əldə etdiyi məlumata görə, A.Babacanyan artıq Vardanyan qardaşları ilə razılığa gəlib və simvolik bir məbləğ müqabilində televiziya şirkəti ona “hədiyyə” ediləcək. Yeri gəlmişkən, saytın yaydığı digər məlumata görə, hakimiyyətdə “Soros” tərəfdarları kimi tanınan Daniel İoannisyan və Arsen Xaratyanın təşkilatlarının telekanalda efir vaxtı əldə etməsi barədə də qərar qəbul olunub.
Qeyd edək, işğalçı ölkədə həll edilməmiş müxtəlif problemlərlə üzləşən əhalinin etiraz aksiyaları da davam edir. Məsələn, “Amulsar” qızıl yatağının işlənməsi məsələsi 2 ildir öz həllini tapmır. Elə gün olmur ki, bu məsələ ilə bağlı aksiya və ya nəsə bir xoşagəlməz hadisə baş verməsin. Son yenilik isə yatağın işlənməsinə etiraz edən qeyri-hökumət təşkilatlarının təmsilçisi olan fəalların döyülməsi barədə xəbərlərin yayılmasıdır. “Sputnik-Ermənistan”ın yazdığına görə, yatağı istismar edən “Lidian-Armenia” şirkətinin təhlükəszilik xidmətinin əməkdaşları sentyabrın 7-ə keçən gecə “Amulsar”ın ərazisinə girişdə etirazçılara qarşı güc tətbiq ediblər.
“Hraparak” qəzeti isə yazır ki, “İslahatçılar” partiyasının təşkilatçılığı ilə “Matenadaran” arxivinin yerləşdiyi binanın qarşısındakı meydanda etiraz aksiyası baş tutub. Partiyanın üzvləri aksiya zamanı simvolik olaraq Paşinyan hakimiyyətinə “qırmızı kart” göstəriblər. Partiya sədri Vahan Babayan deyib ki, Ermənistanda “siyasi bahar” elan edirlər: “Əhaliyə müraciət edirəm: əgər siz Paşinyanın yalanlarından bezmisinizsə, ayağa qalxın. Nəhayət, bütün müxalif qüvvələr birləşməlidir”.
Bu məqamda maraqlı olan daha bir hadisə Təhlükəzilik Xidmətinin (TX) keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vantesyanın son çıxışlarındakı mövqeyi ilə bağlıdır. Keçmiş TX şefi hakimiyyətdəki məmurlardan tutmuş sıravi vətəndaşlara qədər hamını Qarabağ məsələsi, Aprel döyüşləri və s. barədə susmağa çağırıb. Onun son açıqlamaları isə Ermənistan mediasında sərt tənqid edilib. Ekspertlərin fikrincə, özünü müxalifət elan edən və hakimiyyətə can atan bir siyasi partiya sədrinin indidən məmurlarla yanaşı, əhaliyə, qeyri-hökumət təşkilatı təmsilçilərinə qadağa qoymaq cəhdləri olduqca təhlükəlidir.
Onu da qeyd edək ki, müxalif siyasi qüvvələrin “isti payız” vəd etməsinə qarşı Ermənistan hakimiyyətinin hazırlığı da tam gücü ilə davam edir. Ermənistan baş prokurorunun qanunsuz əmlakın müsadirə edilməsi üzrə yeni müavini vəzifəsinə Srbui Qolyanın təyinatını ekspertlər Paşinyanın rəqiblərinə, o cümlədən sabiq məmurlara, müxalifətçi “Çiçəklənən Ermənistan” partiyasının liderlərinə qarşı mübarizədə yeni dalğanın baş verəcəyi ehtimalı kimi dəyərləndirirlər.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 643 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31