Ermənistanda siyasi qarşıdurma: işğalçı və məğlub ölkə uçuruma yuvarlanır
03.12.2020 [10:02]
Diktator Paşinyan isə repressiya və güc tətbiqini yeganə çıxış yolu kimi görür
Məlum olduğu kimi, uzun illərdir, apardığı işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşən Ermənistanda vəziyyət gərgin olaraq qalır. Belə ki, 20 gündən çoxdur, paytaxt Yerevan başda olmaqla, ölkənin hər yerində hökumətin istefası tələbi ilə yürüş, mitinq və vətəndaş itaətsizliyi xarakteri daşıyan digər kütləvi aksiyalar keçirilir. İstefa tələblərinə etinasız yanaşan baş nazir Nikol Paşinyan hakimiyyətin əleyhinə çıxış edənlərə güc tətbiq etmək yolunu seçib. Ermənistan mətbuatının yazdığına görə, hökumətdə təmsil olunan məmurlar və hakim partiyadan olan deputatlarla yanaşı, artıq vilayət rəhbərlərinin də istefaları başlayıb.
Etiraz aksiyalarının miqyası genişlənir
Yerevanda vətəndaş itaətsizliyi aksiyaları da davam etməkdədir. Etirazçılar “Satqın Nikol!” şüarları səsləndirərək baş nazirin istefasını tələb edirlər. Ancaq etiraz aksiyalarına polisin müdaxiləsi sərtləşib. “Aysor.am”ın Ermənistan polisinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, son aksiya zamanı polis N.Paşinyanın istefasını tələb edən 35 nümayişçini saxlayıb. Sayt yazır ki, polis media nümayəndələrinə də güc tətbiq edib. Belə ki, “Yerkir Media TV” şirkətinin operatoruna qarşı zorakılıq edilib, onun canlı yayım avadanlığı sıradan çıxarılıb.
Qeyd edək ki, hər gün hökumət binası və müdafiə nazirliyinin qarşısında əsgər valideynlərinin etiraz aksiyaları da davam edir. İtkin düşmüş şəxslərin yaxınları hökumətin onlara etinasız yanaşdığını bildirirlər. “News.am”ın yazdığına görə, “Daşnaksutyun” partiyasının gənclər birliyi 2 dekabrda N.Paşinyanın baş nazir postundan istefası tələbi ilə yürüş təşkil edib. Sayt yazır ki, bu günlərdə aclıq aksiyasını dayandıran “Daşnaksutyun”un funksioneri Geqam Manukyan bundan sonra da Paşinyanın istefası üçün bütün mübarizə metodlarından istifadə edəcəklər. Onun sözlərinə görə, Paşinyanın ucbatından ermənilər başlarını aşağı salaraq gəzirlər.
İstefa dalğası davam edir
Qeyd edək ki, Paşinyanın komandasında istefalar da davam edir. Bu günə qədər hökumətdə və parlament fraksiyasında istefalar müşahidə edilsə də, artıq regionlarda məmurların istefası başlayıb. “Aysor.am” yazır ki, Sünik vilayətinin qubernatoru Hunan Poqosyan istefa ərizəsi yazıb. Qubernatorun köməkçisi Armine Avakyan məlumatı təsdiq edərək deyib ki, hökumətin müvafiq qərarı çıxana qədər H.Poqosyanın vəzifələrini yerinə yetirməyə davam edəcək. “News.am” yazır ki, Şirak vilayətinin qubernator müavini Vardan Qriqoryan da istefa verib.
Qeyd edək ki, “Mənim addımım” blokunun parlament fraksiyasını daha bir deputat tərk edib. Deputat Qor Gevorkyan bəyan edib ki, indiki dövrdə ortaya çıxan müəyyən reallıqlar və bəzi məsələlər üzrə fikir ayrılıqlarına görə müstəqil deputat kimi fəaliyyət göstərəcək. “News.am” yazır ki, belə davam edərsə, parlament çoxluğu mövcud hakimiyyətin əlindən çıxa bilər. Belə ki, “Mənim addımım”ın parlamentdə 85 deputatı var, deputatların sayı 79-a ensə, Paşinyan parlamentdəki konstitusion çoxluğunu itirir. Bu vəziyyət hakim blokun qapalı toplantı keçirməsinə səbəb olub. Bu barədə məlumat yayan “Factor.am”ın yazdığına görə, fraksiya mövcud vəziyyəti və perspektiv planları müzakirə edib. İclasda 10 noyabrda döyüldükdən sonra ilk dəfə parlamentə gələn spiker Ararat Mirzoyan da iştirak edib.
Paşinyanın istefası tələb olunur
Mövcud vəziyyəti dəyərləndirən “Hraparak” qəzeti yazıb ki, artıq N.Paşinyan öz komandasının ona etimadsızlıq göstərəcəyindən qorxur: “Nikol Paşinyana inamsızlıq hər yerdə, hətta öz komandasında da hökm sürür. Buna görə də Paşinyan hərbi vəziyyəti ləğv etməkdən imtina edir. Komandanın sədaqətindən əmin olsaydı, rejimi ləğv edərdi”.
Qeyd edək ki, Ermənistan prezidentindən sonra artıq kilsə rəhbərliyi də baş nazir Paşinyanın istefasını tələb edib. Erməni apostol kilsəsinin dəftərxana rəhbəri, baş yepiskop Arşak Xaçatryan “168.am”a verdiyi açıqlamada deyib ki, Ermənistanda mövcud olan fəlakətli vəziyyətə görə əsas məsuliyyət xalqın etimadını istismar edən və müttəfiq dövlətlərlə münasibətləri korlayan baş nazirin şəxsində Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşür.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32

