Məğlub Ermənistan xaos meydanına çevrilib
05.12.2020 [00:26]
Məlum olduğu kimi, Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olduqdan sonra Ermənistanda hakimiyyətə qarşı kütləvi narazılıq şiddətlənib. Artıq 25 gündür paytaxt Yerevan başda olmaqla bütün ölkəni etiraz aksiyaları bürüyüb. 17 müxalifət partiyasının birgə təşkil etdiyi mitinqlərlə yanaşı, vətəndaş itaətsizliyi aksiyaları da genişlənir.
Ermənistan mətbuatının yazdığına görə, müxalifət hansı yolla olursa-olsun, mövcud hökumətin istefasına nail olacağını bəyan edib. Artıq müxalifət partiyaları baş nazir postuna vahid namizədi də müəyyən ediblər. Belə ki, “newsarmenia.am”ın məlumatına görə, müxalifətin vahid namizədi keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyan olacaq.
Qeyd edək ki, baş nazir postuna vahid namizədlə bağlı artıq fikir ayrılıqları da ortaya çıxıb. “Aysor.am” yazır ki, bu barədə partiyanın sədri Edmond Marukyanla “Daşnaksutyun” təmsilçisi İşxan Saqatelyanın görüşündən sonra “Maariflənən Ermənistan” fraksiyasının üzvü Gevork Qorqisyan bildirib. Onun sözlərinə görə, N.Paşinyanın istefa verməsi məsələsində 16 partiya ilə mövqeləri üst-üstə düşür, amma “Maariflənən Ermənistan” partiyasının baş nazir postuna namizədi Edmon Marukyandır: “Baş nazir vəzifəsi boş qalsa, fraksiya partiya sədri E.Marukyanın namizədliyini irəli sürəcək”.
Yeri gəlmişkən, Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyaları da davam edir. Paşinyanın istefasını tələb edənlər Yerevanın mərkəzindəki Sayat-Nova və Maştos prospektlərini bağlayıblar.
“Aysor.am”ın yaydığı məlumata görə, etiraz aksiyaları zamanı 43 nəfər saxlanılıb. Sayt yazır ki, aksiya keçirilən yerdə çox sayda təcili yardım maşınının olması diqqəti cəlb edib. Bu səbəbdən yolun açılmasını tələb edən təcili yardım maşınlarının sürücüləri ilə etirazçılar arasında mübahisə baş verib. Bundan sonra sosial şəbəkələrdə çox sayda polis əməkdaşının təcili yardım maşınlarında mitinq yerlərinə aparıldığı barədə məlumatlar ortaya çıxıb. Hətta “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan hakimiyyətin acınacaqlı vəziyyətdə olduğunu qeyd edərək hökumətdən polislərin təcili yardım maşını ilə nəql olunmasına rəsmi şəkildə izah tələb edib.
Hökumətin hazırkı vəziyyətinə toxunan “Hraparak” qəzeti yazır ki, Paşinyanın komandasındakı böhran getdikcə dərinləşir. Qəzetin yazdığına görə, “Mənim addımım” qruplaşması ziddiyyətli düşərgələrə bölünüb: “Hamını yalnız bir sual narahat edir: ölkənin və onların aqibəti necə olacaq? Paşinyanı açıq şəkildə və arxada qeyd-şərtsiz dəstəkləyən qrup fraksiya daxilində “intihar dəstəsi” adlandırılır. Paşinyanı məlum sənədi imzaladığına görə tənqid edən deputatlara isə “xainlər” deyilir. Çoxları ən kiçik fürsətdə fraksiya sıralarını tərk etməyə hazırdır”.
Beləliklə, Ermənistanda mövcud olan anarxiya və xaos vəziyyəti mövcud hökumət, o cümlədən baş nazir N.Paşinyanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Hakimiyyətin etiraz aksiyalarının qarşısını almaq üçün əl atdığı vasitələr də işğalçı ölkədə durumun ağır və qeyri-müəyyən olduğunu göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

