Məğlub Ermənistanda siyasi qarşıdurma kəskinləşib
08.04.2021 [08:36]
Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarix elan olunduqdan sonra məğlub Ermənistanda siyasi gərginlik bir qədər də artıb. Belə ki, parlamentdə təmsil olunan siyasi partiyalar artıq seçkiyə hazırlaşsalar da, parlamentdənkənar müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat” regionlarda kütləvi aksiyalara başlayıb.
Ermənistan mediası yazır ki, “Vətənin xilası naminə hərəkat”ın Sevan şəhərində keçirdiyi mitinq son vaxtlar regionlarda baş tutan ən izdihamlı kütləvi aksiya olub. “News.am”ın yazdığına görə, müxalifətin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyan həmin mitinqdə deyib ki, bu hakimiyyət seçkilərlə yola salınacaq qədər müsbət keyfiyyətə malik deyil. O, qarşıdan gələn növbədənkənar parlament seçkilərinin Ermənistana zərərdən başqa heç nə verməyəcəyini bildirib. Siyasətçi deyib ki, vəziyyəti kökündən dəyişdirmək mümkün olmasa, Ermənistan yavaş-yavaş məhv olacaq.
“Panorama.am”ın yazdığına görə, hərəkatın liderlərindən olan “Daşnaksutyun” partiyasının ali orqanının üzvü İşxan Saqatelyan jurnalistlərə müsahibəsində hakimiyyətin koronavirusla əlaqədar vəziyyəti səbəb kimi irəli sürərək seçkidən imtina edə biləcəyini istisna etməyib: “Lakin müxalifət fəaliyyətini hadisələrin inkişafı yönündə müəyyən edəcək. Paşinyan istefa verdikdən sonra parlament buraxılsa və seçkilər təyin edilsə, o zaman onu seçkilər yolu ilə kənarlaşdırmağı düşünəcəyik”.
İ.Saqatelyanın sözlərinə görə, müxalifət seçkilərdə iştirak etsə, ondan sonra Ermənistanın indiki baş naziri Nikol Paşinyan artıq hakimiyyətdə olmayacaq: “Hərəkatın mövqeyi dəyişməyib: seçkilərdən əvvəl hazırkı hakimiyyətdən xilas olmaq lazımdır. Hərəkatda 17 partiya təmsil olunur və hər biri fərqli mövqelərə malik ola bilər. Ancaq vahid mövqe bu hakimiyyətin kənarlaşdırılmasına nail olmaqdır. Regionlarda aksiyalar davam edəcək və Yerevanda izdihamlı mitinqə hazırlıq gedir”.
Göründüyü kimi, məğlub Ermənistanda seçkilər elan olunsa da, Paşinyanın həqiqətən seçki keçirəcəyi sual altındadır. Ekspertlərin fikrincə, müxalifətin növbədənkənar seçkilərə loyal yanaşmaması, Paşinyanın əzəli rəqiblərinə seçkilərdə iştirak yolu açması davam edən siyasi böhranı daha da dərinləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

