Məğlub Ermənistanda siyasi təlatümlər davam edir
16.04.2021 [08:55]
Siyasi böhran dövrü yaşayan Ermənistanda siyasi təlatümlər davam edir. Yerli medianın yazdığına görə, növbədənkənar parlament seçkiləri keçiriləcəyinin elan olunması siyasi böhranı daha da dərinləşdirib. Müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın daxilində də narazılıqların yaranması vəziyyəti bir qədər də gərginləşdirib.
Yeri gəlmişkən, “Aysor.am” yazır ki, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mikael Melkumyan Ermənistanda 30 ildir seçkilər zamanı seçki qutusuna atılan bülletenlər vasitəsilə siyasi hakimiyyətin dəyişmədiyini deyib.
Qeyd edək ki, “Üçüncü güc” vətəndaş təşəbbüsünün təmsilçisi, “Tovmasyan” fondunun rəhbəri Artak Tovmasyan da seçkilərdə iştirak edəcəkləri barədə açıqlama verib. “News.am”ın yazdığına görə, A.Tovmasyan gələcəkdə “Üçüncü qüvvə”nin hər hansı bir siyasi qüvvə ilə ittifaq quracağını istisna etməyib.
Xatırladaq ki, 18 martda baş nazir N.Paşinyan 20 iyun tarixində növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. Daha sonra, aprelin 1-də Ermənistan parlamenti ikinci və son oxunuşda parlament seçkilərinin yalnız proporsional seçki sistemi ilə keçiriləcəyi barədə seçki məcəlləsinə dəyişiklik edilməsini təsdiq edib. Yeri gəlmişkən, seçki məcəlləsinə edilən digər dəyişikliklərə görə, seçkidən sonrakı koalisiyaların qurulmasında iştirak edən partiyaların sayına qoyulan məhdudiyyət aradan qaldırılıb, partiya və partiya birlikləri üçün yeni keçid həddi müəyyən edilib: partiyalar üçün - 4 faiz, iki partiyanın blokları üçün - 8 faiz, üç partiyanın blokları üçün - 9 faiz, dörd və ya daha çox partiyanın blokları üçün isə - 10 faiz.
Nəhayət, əldə edilən razılaşmaya əsasən, Ermənistan baş naziri Paşinyan aprelin son ongünlüyündə istefa edəcəyini açıqlayıb. “Panorama.am” yazır ki, baş nazir ölkədə keçiriləcək parlament seçkilərinə görə proseduru sadalayarkən, parlamentdəki siyasi qüvvələri əldə edilən razılaşmanın pozulmasına qarşı xəbərdar edib. Onun sözlərinə görə, siyasi qüvvələr razılaşmalardan kənara çıxmağa çalışsalar, bu, onlar üçün “siyasi intihar”a bərabər olacaq.
Göründüyü kimi, ciddi siyasi böhranın hökm sürdüyü məğlub Ermənistanda seçkiqabağı vəziyyət gərgin olaraq qalır. Belə ki, hətta Paşinyan parlamentdəki qüvvələrdən də ehtiyat edir. Hakimiyyətə can atan qüvvələrin sayının çoxluğu, həmçinin müxalifətdəki parçalanma vəziyyəti daha da mürəkkəbləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33

