Seçkidən sonra da Ermənistanda siyasi xaos hökm sürür
02.07.2021 [10:24]
Məlum olduğu kimi, növbədənkənar parlament seçkiləri baş tutsa da, məğlub Ermənistanda daxili siyasi böhran və gərginlik aradan qalxmayıb. Erməni mediası yazır ki, hazırda ölkədə xaos hökm sürür. Hazırda hökumətdə yüksək vəzifə tutan, əksər məmurlar istefa əhval-ruhiyyəsindədirlər və bu vəziyyətdə hökumətin normal işlədiyini söyləmək çətindir.
Yeri gəlmişkən, “Joğovurd” qəzeti yazır ki, əslində, məğlub ölkədə bu xaos mühiti uzun müddətdir davam edir. Belə ki, 2020-ci ildəki müharibədə məğlubiyyət Ermənistanı idarəolunmaz hala gətirib çıxarıb. Bəzi müşahidəçilər isə seçkiqabağı dövrdə idarəetmə fəaliyyətinin olmadığını iddia edirlər. Buna sübut kimi kampaniya dövründə vilayət qubernatorları da daxil olmaqla, əksər dövlət məmurlarının məzuniyyətə çıxması göstərilir.
Bəzi media orqanları isə Paşinyan hakimiyyətinin idarəetməni “unutsa” da, rəqibləri ilə haqq-hesab çəkməyi davam etdirdiyini yazır. Belə ki, “Hraparak” qəzeti hakimiyyətin seçkilərdən sonra təkcə icma (bələdiyyə) rəhbərlərinə deyil, həmçinin müxalif fikirləri ilə seçilən, müxalifəti dəstəkləyənlərə də təzyiq göstərdiyini yazır. Qəzetin iddiasına görə, seçkilərdən sonra Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan “Açacur” və “İcevan” tibb mərkəzlərinin rəhbərlərindən istefa ərizələri yazmağı tələb edib. Onlara təzyiqin səbəbi isə müxalifət blokuna səs verəcəklərini açıq şəkildə ifadə etmələri olub.
Bu arada, “Armenia today” yazır ki, konstitusiya məhkəməsinin keçmiş aparat rəhbəri, Vayotsdzor vilayətinin sabiq qubernatoru Edqar Kazaryan müxalifətə dəstək verən icma rəhbərləri ilə bağlı məsələni şərh edərkən, Paşinyan hakimiyyətinin yerli özünüidarəetmə orqanlarını məhv etməyə çalışdığını deyib: “Konstitusiyaya, yerli özünüidarəetmə ilə bağlı qanunlara və Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasına görə, bu orqanlar dövlət hakimiyyəti sisteminin bir hissəsi deyil. Yerli özünüidarəetmə orqanları qanun çərçivəsində müstəqil fəaliyyət göstərir və yalnız icmaların sakinlərinə hesabat verirlər. İndiki ümumi diktatura şəraitində yerli özünüidarəetmə orqanlarını məhv etməyə cəhd olunur”.
Qeyd edək ki, Ermənistanda iqtisadi sahədə də vəziyyət acınacaqlıdır. Bunu artıq hökumətin müvafiq sahəyə rəhbərlik edən yüksəkvəzifəli şəxsləri də etiraf edirlər. Məsələn, “Panorama.am” yazır ki, maliyyə naziri Atom Cancuqazyan Ermənistanın dövlət borcunun idarəolunan həddi aşdığını bəyan edib. Maliyyə naziri Ermənistanın borcunun 7 milyard 969 milyon dollara çatdığını, bunun 7 milyard 509 milyonunun hökumətin borcu olduğunu söyləyib. Ötənilki büdcənin kəsirlə yerinə yetirildiyini deyən A.Cancuqazyanın sözlərinə görə, 2020-ci ildə böhrandan çıxmaq üçün 200 milyard dram, o cümlədən hərbi əməliyyatlar üçün 134 milyard dram və pandemiya ilə əlaqədar 75 milyard dram xərclənib.
Göründüyü kimi, siyasi böhranın aradan qaldırılması üçün növbədənkənar seçkiyə gedən məğlub ölkədə xaos və tənəzzülün hökm sürdüyünü yerli ekspertlər də etiraf edirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

