Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanda parlamentə rəhbərlik məsələsində iqtidar və müxalifət arasında qarşıdurma yaranıb

Ermənistanda parlamentə rəhbərlik məsələsində iqtidar və müxalifət arasında qarşıdurma yaranıb

28.07.2021 [08:56]

Məlum olduğu kimi, 1 aydan çox davam edən məhkəmə prosesindən sonra Ermənistan parlamenti öz işinə başlamaq imkanı qazanıb. Belə ki, növbədənkənar seçkidə qalib gələn Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası artıq yeni hökuməti qurmaq şansı əldə edib. Ermənistan mediasının yazdığına görə, bundan əvvəl parlamentin formalaşması baş tutmalıdır. Lakin bir çox analitiklərin fikrincə, Paşinyan hökuməti qurmağa nail olsa belə, dövlət qurumlarının idarə edilməsində yaranacaq problemlərə görə ölkəni böhrandan çıxara bilməyəcək.
Qeyd edək ki, VIII çağırış Ermənistan parlametinin ilk iclası avqustun 2-də keçiriləcək. “Aysor.am” yazır ki, parlamentin ilk iclasında deputatlar spiker və üç vitse-spikeri seçəcəklər. İclasın gündəliyinə parlamentin daimi komissiyalarının yaradılması və komissiya sədrlərinin seçilməsi də daxildir. Eyni zamanda, həmin iclasda Paşinyanın təşəbbüsü ilə hökumət strukturuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi və hökumət proqramının təsdiqlənməsi də nəzərdə tutulur. Buna qədər parlamentdə yer qazanan blok və partiyaların seçki siyahısında yer alan namizədlərin mərkəzi seçki komissiyasından (MSK) mandat alması prosesi başa çatmalıdır. “Yerevan.Today” yazır ki, “Ermənistan” blokunun deputatları 26 iyul tarixində MSK-dan mandatlarını alıblar. Bu arada, “Newsarmenia.am”ın məlumatına əsasən, “Ermənistan” blokunun parlament fraksiyasının iclası keçirilib və Xocalı soyqırımını törədən əsas cinayətkarlardan biri, keçmiş müdafiə naziri Seyran Ohanyan fraksiya rəhbəri, Artsvik Minasyan isə katib seçilib.
Yeri gəlmişkən, Ermənistanda parlamentə rəhbərliyin seçilməsi ilə bağlı qızğın mübahisələr gedir. Məsələ burasındadır ki, Paşinyanın komandası qanunvericiliyə uyğun olaraq vitse-spikerlərdən birinin müxalifətdən olması məsələsini öz xeyrinə həll etmək niyyətindədir. Daha doğrusu, Paşinyan vitse-spikerin əsas müxalifət bloku olan “Ermənistan” fraksiyasından deyil, cəmi 7 deputatla təmsil olunan “Şərəfim var”dan seçilməsini istəyir. Dolayısı yolla, seçkilər zamanı “Şərəfim var” bloku namizəd göstərəcəyi halda, hakim fraksiya onu dəstəkləyəcək. Yəni hakimiyyət üçün “Daşnaksutyun” partiyasını təmsil edən İşxan Saqatelyandansa, keçmiş təhlükəsizlik şefi Artur Vanetsyanın vitse-spiker olması daha məqbul hesab edilir. Hətta hazırda parlamentin sədri postuna real namizəd olan sabiq vitse-spiker Alen Simonyanın “bu posta “Şərəfim var” blokunun namizədi əyləşməlidir” kimi qəti mövqe sərgiləməsi əsl qalmaqala səbəb olub.
“News.am” yazır ki, “Ermənistan” blokunu təmsil edən Aram Vardevanyan məsələyə münasibət bildirərkən deyib ki, hakimiyyət parlament rəhbərliyinin seçilməsində də konstitusiyaya zidd fəaliyyəti ilə seçilir. Onun sözlərinə görə, qanunvericiliyə görə, vitse-spikerlərdən biri daha çox səs toplamış müxalif siyasi qüvvəni təmsil etməlidir: “Hakimiyyət daha çox prosesə mane olur. Məsələ müxalif siyasi qüvvələr arasında aparılan məsləhətləşmələr nəticəsində həllini tapmalıdır. Digər tərəfdən, konstitusiyada 3 vitse-spikerdən birinin mütləq müxalifəti təmsil eməsi barədə müddəa daha bir sədr müavininin müxalifətdən olmasını da istisna etmir”.
Beləliklə, Ermənistanda parlament rəhbərliyi məsələsində iqtidar və müxalifət arasında qalmaqal davam edir. Bütün bunlar onu göstərir ki, işğalçı ölkənin yeni parlamentini və Paşinyanın quracağı yeni hökuməti ciddi çətinliklər gözləyir.
Q.ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 747 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30