AUKUS böhranı böyüyür: köhnə dostlar düşmən oldu
24.09.2021 [15:31]
yeniazerbaycan.com Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya və Avstraliyanın üçtərəfli təhlükəsizlik sazişini (AUKUS) imzalamasından sonra başlayan müzakirələr genişlənir. Belə ki, Böyük Britaniya, ABŞ və Avstraliya arasındakı AUKUS Paktına reaksiya verən Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası bu məsələdə Fransanı dəstəkləyib.
Qeyd edək ki, Fransa da baş verənləri “xəyanət” kimi qiymətləndirərək “arxadan vurulduq” mesajı verib. Böyük Britaniyanın Baş naziri Boris Consonun son açıqlamaları isə mübahisəni daha da alovlandırıb. Belə ki, baş nazir B.Conson rəsmi Parisdən Avstraliyanın Fransa ilə sualtı qayıq müqaviləsini ləğv etməsi və yeni bir razılaşma imzalaması səbəbindən qəzəb nümayiş etdirməyi dayandırmağı tələb edib.
Vaşinqtona səfəri zamanı jurnalistlərə açıqlama verən B.Conson fransız sözlərindən istifadə edərək “dünyanın ən əziz dostlarının hamısı bütün bunları anlamalı və bizi rahat buraxmalıdır” deyib. Sazişin əsasən qlobal təhlükəsizlik üçün bir addım olduğunu müdafiə edən B.Conson AUKUS müqaviləsi haqqında “Çiyin-çiyinə dayanan 3 həmfikir müttəfiqin texnologiya sahəsində yeni tərəfdaşlıq qurmasıdır”, - deyə bildirib.
Xatırladaq ki, sentyabrın 16-da Avstraliya, ABŞ və Böyük Britaniyanın elan etdikləri AUKUS ittifaqından sonra rəsmi Kanberra Fransa ilə imzalanan və 12 ədəd dizel-elektrik sualtı qayığın inşasını nəzərdə tutan 90 milyard Avstraliya dolları (66 milyard ABŞ dolları) həcmində müqavilənin ləğv edildiyini açıqlayıb. Müqavilənin ləğvindən sonra prezident Emmanuel Makron məsləhətləşmək üçün Fransanın Kanberra və Vaşinqtondakı səfirlərini təcili geri çağırmaq qərarına gəlib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

