Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə PUA-larının inkişaf proqramının yaradıcısı vəfat edib

Türkiyə PUA-larının inkişaf proqramının yaradıcısı vəfat edib

18.10.2021 [16:38]

Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) inkişaf proqramının qurucusu, “Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdəmir Bayraktar dünyasını dəyişib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, “Baykar” şirkətindən bildirilib ki, Özdəmir Bayraktar 72 yaşında İstanbulda vəfat edib.

Xatırladaq ki, “Baykar” şirkəti tərəfindən hazırlanan ilk pilotsuz uçuş aparatları 2005-2009-cu illərdə ölkənin cənub-şərqində həyata keçirilən antiterror əməliyyatları zamanı Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilib.

Ö.Bayraktarın hazırladığı son layihələr “Bayraktar TB2” və “AKINCI” PUA-lar olub. “Bayraktar TB2” hücum PUA-ları Liviyada, Suriyada və Azərbaycanda, II Qarabağ müharibəsi zamanı uğurla özünü doğruldub.

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31