Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropada qazın qiyməti yenidən bahalaşıb

Avropada qazın qiyməti yenidən bahalaşıb

01.11.2021 [12:30]

Noyabrın 1-i bazar ertəsi ticarətin açılışında Avropada qazın qiyməti 11 faiz bahalaşıb. yeniazerbaycan.com Rusiyanın “Lenta.ru”  saytına istinadən xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir. Belə ki, Hollandiyanın TTF habında dekabr fyuçerslərinin qiyməti ticarətin açılışında min kubmetr üçün təxminən 861 dollara yüksəlib.

Xəbərdə o da qeyd edilir ki, qiymətlər “Yamal” boru kəməri ilə yanacağın nəqlinin dayandırılması fonunda bahalaşıb. Qazın ötürülməsi oktyabrın 30-da Moskva vaxtı ilə səhər saat 9-dan səhər saat 10-a qədər kəskin şəkildə azalıb, sonra tamamilə dayanıb. Operator, həmçinin boru kəməri vasitəsilə qazın əks istiqamətdə dəyişməsini də qeydə alıb.

Xatırladaq ki, uzunluğu iki min kilometrdən çox olan “Yamal-Avropa” qaz kəməri Rusiyanın Torjk şəhərindən Almaniyanın Frankfurt-on-Oderinə qədər uzanır və 4 dövlətin - Rusiya, Belarus, Polşa və Almaniyanın ərazisindən keçir.

 

Paylaş:
Baxılıb: 833 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30