Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Podolyak: “Ukrayna və Rusiya danışıqlarda ortaq nöqtələri müəyyən edib”

Podolyak: “Ukrayna və Rusiya danışıqlarda ortaq nöqtələri müəyyən edib”

28.02.2022 [22:28]

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və Rusiya danışıqlar zamanı ortaq nöqtələri müəyyən edib.

“Ukrayna və Rusiya nümayəndə heyətləri bu gün danışıqların birinci raundunu keçiriblər. Onun əsas məqsədi Ukrayna ərazisində atəşkəs və hərbi əməliyyatların dayandırılması məsələlərini müzakirə etmək olub. Tərəflər bir sıra prioritet mövzuları müəyyənləşdiriblər. Tərəflər məsləhətləşmələr üçün öz paytaxtlarına yola düşüblər. Həmçinin, yaxın vaxtlarda danışıqların ikinci raundunun keçirilməsinin mümkünlüyü müzakirə olunub və bu mövzularda konkret iş aparılacağı barədə razılaşma əldə edilib”- , deyə Podolyak jurnalistlərə açıqlamasında qeyd edib.

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31