Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kubada oteldə partlayışda ölənlərin sayı 22-yə, yaralıların sayı 66 nəfərə çatıb -Yenilənib

Kubada oteldə partlayışda ölənlərin sayı 22-yə, yaralıların sayı 66 nəfərə çatıb -Yenilənib

07.05.2022 [10:01]

Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində ötən gün güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Kuba Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 22-yə çatıb. Partlayış nəticəsində 66 nəfər müxtəlif xəsarətlər alıb.

“Saratoga” oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.

xxx

Kubanın paytaxdı Havana şəhərinin mərkəzində yerləşən oteldə güclü partlayış baş verib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub, daha 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıblar.

Yerli televiziyada fəlakət yerindən açıqlama verən Kuba prezidenti Miqel Diaz-Kanel "Saratoga" otelindəki partlayışın böyük ehtimalla qaz sızmasından baş verdiyini söyləyib.

Partlayışın gücündən binanın azı iki mərtəbəsi uçub.

Paylaş:
Baxılıb: 1227 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30