Çində karantin tədbirləri bir qədər yumşaldılıb
01.12.2022 [15:00]
COVID-19 pandemiyasının ən ağır dövrünü yaşayan Çində tətbiq olunan karantin tədbirləri bir qədər yumşaldılıb.
AZƏRTAC xəbər verir ki, bir neçə gün ard-arda sutkalıq yoluxma sayında antirekordlar qeydə alındıqdan sonra son 2-3 gündə yoluxma sayı nisbətən azalıb. Səlahiyyətli qurumlar COVID-19 virusu ilə sərt mübarizə tədbirlərinin insanların gündəlik həyatına və iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün karantin qaydalarını nisbətən yumşaltmağa qərar verib. Belə ki, hazırki dalğada ən ağır epidemik vəziyyətin müşahidə olunduğu şəhərlərdən olan Quancounun bir neçə rayonunda qapanmalar ləğv olunub. Yoluxmaların qeydə alındığı binaların sakinləri istisna olmaqla, əhalinin evlərini tərk etməsinə olan qadağa aradan qaldırılıb. Qapanma məqsədilə quraşdırılmış metal hasarlar sökülüb. Yoluxanlarla yaxın təmasda olanların imkan olduğu halda ev şəraitində təcrid olunmasına icazə verilib. Qapanmaların ləğv olunmasından sonra şəhərin Çonhua rayonunda orta məktəblərdə əyani dərslər bərpa olunub. Digər rayonlarda isə dərslərin bərpasına hazırlıq gedir.
Çinin xarici ticarət qapısı hesab olunan Quancouda metronun və tramvayların fəaliyyəti də bərpa olunub. Bununla belə, sakinlərə kütləvi toplaşmamaq da daxil olmaqla virusla fərdi mübarizə qaydalarına əməl etmək tövsiyə olunub.
Quancou şəhərinin səhiyyə komitəsinin direktor müavini Can İ bildirib ki, yoluxmalar aşkarlanan yaşayış binalarında və iş yerlərində qapanma dərhal tətbiq olunduğu kimi, onun aradan qaldırılması da mümkün qədər tez olacaq.
Çendu şəhərində isə məhəllələrə daxil olarkən test cavabının tələb edilməsi qaydası ləğv olunub. Cencou şəhərində marketlər, kinoteatrlar, taksi və metropolitenin fəaliyyəti bərpa edilib. Yüksək riskli zonalar istisna olmaqla digər yaşayış məhəllələrində adi həyat bərpa olunub. Şiciacuan şəhərində isə 5 dəfə keçirilmiş kütləvi test prosesinin nəticəsində yoluxma zəncirinin qırılması müəyyən edildikdən sonra həyatın mərhələli şəkildə normallaşmasına start verilib.
Pandemiyanın ən ağır dövrünü yaşayan paytaxt Pekində də karantin tədbirləri cüzi yumşaldılıb. Sosial fəaliyyəti olmayanların, o cümlədən distant formada təhsil alan və işləyənlərin gündəlik test vermək məcburiyyəti aradan qaldırılıb. Yoluxma aşkarlanan marketlərin bundan sonra yalnız 1 gün bağlı qalmasına qərar verilib. Şəhər hökuməti yüksək riskli zonalardakı yaşayış binalarının hasarlanmasını qadağan edib. Bununla belə, paytaxtda bütün əyləncə, istirahət və xidmət obyektləri bağlıdır, kafe və restoranlarda yerində xidmətlər göstərilmir, təhsil ocaqlarında dərslər yalnız distant formada təşkil olunur.
Çinin COVID-19 virusu ilə mübarizəsinə rəhbərlik edən Baş nazirin müavini xanım Sun Çunlan bildirib ki, “omikron” ştamının daha az patogenik olması, əhalinin böyük hissəsinin peyvənd olunması, Çinin virusla mübarizədə topladığı təcrübə əsas götürülərək, ölkədə COVID-19 pandemiyası ilə mübarizə yeni mərhələyə qədəm qoyub. O, səlahiyyətli qurumları virusla mübarizə tədbirlərini optimallaşdırmağa, yaşlı insanların vaksinasiyasını sürətləndirməyə çağırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50

