Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya və Çin birgə hərbi dəniz təlimləri keçirəcək

Rusiya və Çin birgə hərbi dəniz təlimləri keçirəcək

19.12.2022 [12:10]

Rusiya ilə Çin yaxın günlərdə “Dəniz qarşılığı” adlı birgə dəniz təlimləri keçirəcək.

Məlumatı Rusiya Müdafə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlik bildirib ki, raket-artilleriya atışı təlimləri Şərqi Çin dənizində keçiriləcək.

Məlumata görə, hərbi tədbirdə Rusiya Sakit okean Donanmasının flaqmanı “Varyaq” kreyseri, “Marşal Şapoşnikov” freqatı və iki korveti iştirak edəcək.

Təlimlərin dekabrın 21-27-də keçiriləcəyi nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30