Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ İranı nüvə silahı ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb

Aİ İranı nüvə silahı ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb

06.06.2023 [15:08]

Avropa İttifaqı (Aİ) İranı nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərinə dərhal qayıtmağa çağırır.

Bu barədə Aİ-nin Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında səfiri və daimi nümayəndəsi Stefan Klement yaydığı bəyanatda bildirib.

Diplomat deyib ki, İranın nüvə proqramında irəliləyişi regionda nüvə silahlarının yayılması riskini artırır: “Avropa İttifaqı hələ də Hərtərəfli Birgə Fəaliyyət Planına sadiqdir. Təəssüf edirik ki, İran razılaşmaya qayıtmaq üçün lazımi tədbirlər görməyib. Əksinə, nüvə proqramını kəskin şəkildə artırmağa davam edir” .

O qeyd edib ki, Aİ-yə üzv dövlətlər Hərtərəfli Birgə Fəaliyyət Planının tam icrasını bərpa etmək üçün beynəlxalq diplomatik səyləri dəstəkləyir.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30