“Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub
09.12.2024 [23:29]
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimat mərasimi keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın müəllifi Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri professor Əli Qafqasyalıdır. Kitab AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Nazim Hikmət sənətinin hikməti” adlı “Ön söz”ü ilə başlayır. Kitaba, həmçinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Ön söz” yazıb.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada türkologiyanın inkişaf etdiyini, Türk dünyası ilə bağlı önəmli tədqiqatlar aparıldığını, AMEA-nın bir sıra elmi müəssisələrində bu istiqamətdə yeni şöbələrin yaradıldığını, eləcə də Türk dünyasının elmi qurumları ilə əlaqələrin daha da genişləndirildiyini vurğulayıb.
AMEA rəhbəri XX əsr dünya ədəbiyyatının böyük simalarından olan Nazim Hikmətin zəngin irsindən bəhs edərək, şairin həyat və yaradıcılıq yolunun Azərbaycanla bağlı məqamlarına diqqət yetirib. Bildirib ki, şairin ikinci Vətəni saydığı Azərbaycanda 1928-ci ildə ilk kitabı – “Günəşi içənlərin türküsü” nəşr olunub. Şairə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. Məqalə “Günəşi içirik... günəşlənirik” adlanırdı.
Akademik İsa Həbibbəyli Nazim Hikmətin bir çox şeirlərinin dünya ədəbiyyatı nümunələri arasında bənzərsiz olduğunu vurğulayıb: “Nazim Hikmət təkcə türk xalqına deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkardır. O, romantik ruhlu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib”.
AMEA prezidenti bildirib ki, Azərbaycanda Nazim Hikmət haqqında kitablar, monoqrafiyalar, dissertasiyalar yazılıb. Akademik “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının Türkiyə-Azərbaycanın müştərək işi kimi mühüm əhəmiyyət kəsb etdiyini bildirib, nəşrin Türkiyədə də yayılmasının vacibliyini vurğulayıb.
Sonra nəşrin müəllifi Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı şöbəsinin rəhbəri professor Əli Qafqasyalı kitabın məziyyətlərindən danışıb. Professor Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi və sarsılmaz olduğunu söyləyib, Türk dünyasının ortaq ədəbiyyatının hazırlandığını diqqətə çatdırıb.
Tədbirdə Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin Sosial Elmlər İnstitutunun direktoru Necdet Tozlu, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, Milli Məclisin deputatı, filologiya elmlər doktoru Elnarə Akimova, Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova çıxış ediblər. Çıxışlarda Nazim Hikmətin Azərbaycan, Türkiyə və dünya ədəbiyyatı tarixində hər zaman xatırlandığı və onun söz dünyasının nəhənglərindən biri olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

