Mükəmməl insan obrazı
12.12.2024 [08:48]
Heydər Əliyev olduğu kimi
Dr. Aysel Sadak
İLTAŞ-ın “İnsan yüregi ile Haydar baba” kitabı haqqında qısa düşüncələr
Heydər Əliyev barəsində sağlığında və ölümündən sonra çoxlu sayda kitablar qələmə alınıb, unudulmaz xatirəsinə mahnılar, şeirlər ithaf olunub, filmlər çəkilib. Bu sənət əsərlərində Heydər Əliyev oxucuya, tamaşaçıya, dinləyiciyə əsasən siyasətçi obrazında təqdim edilib. Onun barəsində yazılan və 2024-cü ildə Ankarada nəfis tərtibatla çap olunan daha bir kitab isə “İnsan yüregi ile Haydar baba” adlanır. Kitab Dr. Aysel Sadak İLTAŞ tərəfindən ərsəyə gətirilərək oxuculara təqdim olunub.
Kitabda müəllifin, Azərbaycan və Türkiyədən olan tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev barəsində xatirələrinə yer verilib. Heydər Əliyevin heç bir cərçivəyə sığmayan şəxsiyyəti və müəllifin qəhrəmanını təmtəraqlı deyil, xalqa, sadə insanlara yaxın obrazda təqdim etməsi kitabın oxucu cəlbediciliyini artırır. Kitabı mütaliə edən oxucu onu birnəfəsə oxuyur və bu zaman onun gözləri önündə mavi ekranlardan, tribunalardan, müxtəlif yığıncaqlardan, tədbirlərdən adətən ciddi və nüfuzedici görkəmdə tanıdığı Heydər Əliyevin xarakterinin insanlıq tərəfləri də canlanır.
Bəli, Heydər Əliyev böyük siyasətçi idi, dövlət, xalq, milli maraqlar naminə həmişə zəruri olan qərarlar verirdi, müxtəlif məsələlərlə əlaqədar strateji baxışlar və yanaşmalar ortaya qoyurdu. Müəlliflə həmsöhbət olanların xatirələrində Heydər Əliyevin bir siyasət nəhəngi olduğu, Azərbaycanın keçmişi, bu günü və gələcəyi üçün müstəsna xidmətlər göstərdiyi oxucunun diqqətinə çatdırılır. Bununla bərabər, geniş oxucu kütləsinin mühakiməsinə verilən xatirələrdə həm də Heydər Əliyev xarakterinin insanlıq, mənəviyyat tərəfinə diqqət çəkilir. Xatirələrini bölüşən insanlar həyəcansız danışa bilmirlər.
Heydər Əliyev baş tutan hər təmasda onları sözün yaxşı mənasında təəccübləndrib. İnsanlar Heydər Əliyevlə görüşə gələndə narahatlıq keçiriblər, özlərini çərçivəyə salmağa çalışıblar, çox danışmağa cəsarət etməyiblər. Ancaq siyasət nəhəngi olan Heydər Əliyev həm də insan sərrafı idi. Kitabda bölüşülən xatirələrdən də görünür ki, o, həmsöhbət olduğu insanların qəlbini üz cizgilərindən, baxışlarından, davranışlarından oxuyub. Reaksiyası da adekvat olub. Qarşısındakının sevincinə şərik çıxıb, səmim-qəlbdən təbriklərini çatdırıb, hədiyyələrini verməyi də yaddan çıxarmayıb. Eyni zamanda, müsahibinin kədərinə də biganə qalmayıb, həmən təsəlli verib, nə ilə kömək edə biləcəyini soruşub. Siyasət, şöhrət zirvəsinə yüksələn Heydər Əliyev və son dərəcə səmimi, duyğulu, həssas, sadə bir insan! Bu portretdəki təzadlı şrtrixlər heyrət doğurur. Öz-özünə sual edirsən: Bir insanda bu qədər fərqli cəhətlər necə biləşə və unikal vəhdət yarada bilər? Heydər Əliyevi bir siyasətçi kimi digərlərindən fərqləndirən, onu insanların, xalqın sevimlisinə çevirən əsas məqam da elə budur. Heydər Əliyevə xas olan bu təkrarsız ştrixlərə ahəngdar keçidlərlə vurğu etməsi, bununla da dahi siyasətçinin mükəmməl insan obrazını yaratması müəllifin yüksək peşəşarlığının, müşahidələrinin, ümumiləşdirmə qabiliyyətinin bəhrəsidir.
Və əbəttə ki, Dr. Aysel Sadak İLTAŞ-ın Heydər Əliyev şəxiyyətinə olan olan böyük hörmət və sevgi kitabın əsas məziyyətidir. Bu qırmızı xətt kitabın hər sətrindən keçir. Deyə bilərik ki, əgər müəllifin Heydər Əliyevə bu qədər səmimi münasibəti olmasaydı, kitab belə uğurlu alınmazdı. Ən duyğulu məqam isə ondan ibarətdir ki, müəllif böyük zəhmət hesabına ərsəyə kətirdiyi və Heydər Əliyevin xatirələrdə anıldığı kitabını valideynlərinə - atası Şirzat Turan Sadaka və anası Pəri Sadaka ithaf edib. Buradan o məna hasil olur ki, müəllif üçün Heydər Əliyevin xatirəsi ona ata-anasının xatirəsi qədər əzizdir. Və əlavə şərhə ehtiyac yoxdur...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

