MİLLİ MƏNLİYİN AÇARI, GƏLƏCƏK NƏSİLLƏRƏ ƏMANƏT - ANA DİLİMİZ
21.02.2025 [10:50]
Dil milli mənliyin açarıdır, milli tərbiyə vasitəsidir.
Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.
Heydər Əliyev
Dil hər bir millətin irsini qoruyan, inkişaf etdirən ən güclü vasitədir. Ana dili insanın dünyagörüşünün genişlənməsində, mükəmməl biliklərə yiyələnməsində, öz soydaşları ilə daha rahat ünsiyyət qurmasında mühüm rol oynayır. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır.
Bizim üçün müqəddəs olan Ana dilimiz qədim və zəngin bir dildir. Bu dil, layla dili, poeziya dili, mahnı dilidir. Türk dilləri ailəsinin oğuz dili qrupuna aid olan ana dilimiz - Azərbaycan dilinin ifadə zənginliyi, axıcı olması, sadəliyi onu dünyadakı ən şirin dillərdən biri kimi tanıtmışdır.
2000-ci ildən etibarən 21 fevral bütün dünyada olduğu kimi Azərbaycanda da “Beynəlxalq Ana Dili Günü” qeyd olunur.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intelektual gələcəyini düşünmüşdür. Heydər Əliyev dühasının böyüklüyü də məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intelektual və elitar təbəqənin formalaşmasına çalışmışdır.
Ana dilinin inkişafı, onun saflığının qorunması, Azərbaycan dilinin dövlət dili olaraq dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməsi, eləcə də dünyanın böyük dövlətlərinin, beynəlxalq təşkilatların kürsülərində qürurla səslənməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” -deyən Ulu Öndər həm də öz mükəmməl natiqlik bacarığı ilə də seçilirdi. Heydər Əliyevin nitqindəki səlislik, ardıcıllıq, məntiqilik xüsusilə diqqəti cəlb edirdi. Dili “milli mənliyin açarı, milli tərbiyə vasitəsi” kimi dəyərləndirən Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun layiqli davamçısı olan Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük məsuliyyətlə davam etdirilir.
“Azərbaycan dili o qədər zəngin dildir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur”,
“Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanıın formalaşmasında ana dilimiz-Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”,
“Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirlərdən qorumalıyıq” - Bu dəyərli sözlər Prezident İlham Əliyevə məxsusdur.
Ana dilimizi gələcək nəsillərə əmanət kimi qorumaq, yaşatmaq bizim müqəddəs borcumuzdur! Dilimizi qoruyub, inkişaf etdirib yaşatmaqla özümüzü, ruhumuzu yaşatmış olarıq.
Biz gənc nəsil olaraq çalışmalıyıq ki, dilimizin gözəlliyini qoruyaraq onu inkişaf etdirək. Dilimizi inkişaf etdirib yaşatsaq, özümüzü, milli mənliyimizi, eyni zamanda, tariximizi yaşatmış olarıq.
Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Ana dili” şeirində dediyi kimi, “Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır!”
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir...onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Nuranə Çələbiyeva,
AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48

