Barını çürüdən ağac
30.10.2025 [09:37]
Onore de Balzakın “Yevgeniya Qrande” romanı haqqında
Əvvəli ötən saylarımızda...
Yevgeniya isə atasının indiyəcən bağışladığı, təxminən altı min frank dəyəri olan sikkələri Şarla peşkəş eləyir. Şarl bunca bahalı hədiyyəni götürmək istəməyəndə qız onun qarşısında diz çökür. Əvəzində oğlan da ata-anasının portretləriylə bəzənmiş üstü qızıl-brilyant işləməli qiymətli qutunu ona verir, belə şərtləşirlər ki, Şarl nə vaxt borcunu qaytarsa, amanatını da geri alacaq. Bundan sonra qızla oğlan arasındakı sevgi, şəfqət qığılcımları alova çevrilir, onlar məzara qədər bir-birinə sadiq qalacaqlarına and içib əhd bağlayırlar, öz müqavilələrini bakirə öpüşlə möhürləyirlər. İyirmi üç yaşlı Yevgeniyanın qəlbində ilk dəfə qadınlıq duyğuları tərpənişir, hərçənd qız özünü parisli əmoğlusuna qətiyyən layiq bilmir.
Tezliklə Şarl həyatı sıfırdan başlayıb var-dövlət qazanmaq üçün Şərqi Hindistana yollanır. Yevgeniya ilə anası da həyəcan dolu bir intizarla yeni il bayramını gözləyirlər, çünki hər ilin ilk günündə Qrande ata qızına bağışladığı sikkələri ortalığa töküb qızılların parıltısını gözünə təpməkdən xüsusi zövq alır. Vaxt tamama yetəndə qızılların aqibətindən xəbər tutan qoca xəsis havalanmaq həddinə çatıb qızını lənətləyir, ona yalnız yavan çörək, soyuq su verilməsi şərtiylə Yevgeniyanı ev həbsinə məhkum eləyir. Madam Qrande hökmün icrasına mane olmağa çalışsa da, əlindən bir şey gəlmir, onda qadın bunu özünə dərd eləyib yatağa düşür. Yevgeniya cəzasını ləyaqətlə çəkir, sevgisinə, əhdinə sədaqəti ondan ötrü ən böyük təsəlli, dirilik qaynağı, nəfəslik olur.
Həftələr, aylar keçir, artıq evin xanımının sağalmasına zərrə ümid qalmayanda notarius Krüşonun məsləhətiylə Qrande ata qızını dustaqlıqdan azad eləyir, çünki Yevgeniya anasının ölümündən sonra qanunla vərəsəliyə iddia irəli sürə bilər, odur ki, indidən onun könlünü almaq lazımdır. Qızının əfv olunması ananı çox sevindirir. Xəstənin yatağı başında birdən Qrande atanın gözünə Şarlın yadigarı dəyir, qoca tamahkar qutunu qızının əlindən alıb üstündəki qiymətli cəvahiratı qoparmağa çalışır. Yalnız Yevgeniyanın bıçaq götürüb özünü öldürəcəyinə and içməsi gözü dönmüş qocanın əl-qolunu soyudur, onu yırtıcı əməlindən daşındırır.
Bu gərginliyə dözməyən xəstə 1822-ci ilin həmin payız günündə canını tapşırır. Anasının ölümündən sonra atası Yevgeniyanı dilə tutub, ona vərəsəlikdən imtina haqqında sənədə qol çəkdirir. Beləliklə, qız atasından - qoca despotun olmayan mərhəmətindən tam asılı qalır.
***
Bu minvalla daha beş il ötüb keçir. Qrandenin işiylə bağlı Parisə getmiş bankir de Qrassen paytaxt gözəllərinə ilişib geri qayıtmır (Qrande buna sevinir, çünki onun hesabına cənnətə düşmüş bankirə bu hesabla borclu qalmır, yəni məlum olur ki, bankir paytaxta onun işindən ötrü yox, Paris xanımlarının eşqinə dartınırmış), onun arvadı isə Yevgeniyanı oğluna almaq planından əl çəkməyə məcbur qalır. Qrande ata əmisi oğlunun vekselləriylə apardığı maxinasiya əməliyyatları sayəsində mərhumun borcunu dörd milyondan bir milyon iki yüz minə endirə bilir. Sonra qoca xəstələnib yatağa düşür, Yevgeniya gecə-gündüz onun qulluğunda durur. Arabir atası qızıllarını gözlərinin qarşısına sərdirir, quruyub sozalmış canını sarı iblisin parıltısına qızdırır. Ölümünün yaxınlaşdığını duyan qoca yavaş-yavaş kommersiya sirlərini qızına açıb söyləyir, onu özünün xislətinə yoluxdurur.
Qrande ata 1827-ci ildə, səksən iki yaşında ömrünü övladına tapşırıb dünyasını dəyişir, ancaq bu dünyayla yenə haqq-hesabını üzmür, yer üzündə bir cüt göz, bir cüt əl qoyub gedir. Bu zaman artıq Şarl Qrande Hindistanda işini başa vurub vətənə qayıtmış olur. Daha saf, duyğulu Şarldan əsər-əlamət qalmayıb, onun Qrande yoxsunlu qəlbi çoxdan daşa-qayaya dönüb. Şarl özüylə gətirdiyi kapitalı Şərqi Hindistanda kölə alverindən, insanları mal kimi alıb-satmaqdan qazanıb. Əhd-peyman bağladığı əmisi qızını, demək olar, xatırlamır.
Atasının ölümündən bir il sonra Yevgeniya Şarldan məktub alır. Şarl borcunu qaytarmaqla yanaşı, əmisi qızına bildirir ki, həm yaşı, həm də cəmiyyətdəki mövqeyi baxımından istəklərinə tam uyğun bir mademuazellə evlənməyə hazırlaşır - bununla da bir yandan onu gözləyə-gözləyə qarımış Yevgeniyanın ötmüş yaşına, o biri yandan da əmisi qızının kübar paytaxt cəmiyyətinin standartlarına cavab vermədiyinə işarə vurur.
***
Bu məktub neçə illik intizarı bitirməyə yetərdi, ancaq Yevgeniya daha artığını öyrənir: madam Qrassenin deməsinə görə, əmoğlu Parisə məktub yazıldığından xeyli əvvəl qayıdıbmış, ancaq evlənmə məsələsi ciddi şübhə altındadır, çünki gəlinliyə namizədin atası borc içində üzən birinə dünya dağıla qız verməz, üstəlik, Şarl artıq paytaxtda fırıldaqçı kimi tanınmağa başlayıb, atasının borclarını qaytarmaqdan yayınmaq üçün kübar cəmiyyət üzvünə yaraşmayan hərəkətlərə yol verir. Yevgeniya hər bir şeydən üz döndərib monastıra çəkilmək istəsə də, keşiş onu fikrindən daşındırır, çünki o, böyük bir sərvətin yiyəsi kimi həyatın ortasında durmalı, cəmiyyətin içində qalmalı, ehtiyacı olanlara əl tutmaqla Allaha xidmət göstərməlidir. Başqa sözlə, passiv ibadət üsuluyla yox, aktiv ibadət yoluyla Tanrıya tapınmalıdır.
Elə həmin günün axşamı Yevgeniya məhkəmə sədri Krüşonu çağırdıb ona ərə getməyə razı olduğunu bildirir, bir şərtlə ki, bu evlilik rəmzi mahiyyət daşıyacaq, onların imzalayacağı nikah müqaviləsi evlilikdən çox ticari iş birliyi qurmaq üçün kommersiya sazişi xarakterli bir sənəd olacaq. Krüşo böyük bir təsərrüfatın idarə olunmasında təcrübəsiz Yevgeniyaya arxa-dayaq duracaq.
Razılaşmadan sonra Yevgeniya mərhum əmisinin bütün borclarını faizləri qarışıq üzmək üçün öz sərvətindən iki milyon frank ayırıb Krüşonu bu haqq-hesabı çürütmək tapşırığıyla Parisə göndərir. Bütün maliyyə iddialarının ödənməsiylə bağlı aktı Şarla təqdim eləyəndə məhkəmə sədri on yeddi milyon franklıq cehizi olan mademuazel Qrande ilə evləndiyini onun nəzərinə çatdırmağı da unutmur. Tamahının neştərini artıq çoxdan itiləmiş Şarl Qrandenin bu fantastik məbləği eşidəndə hansı hala düşdüyünü təsəvvürə gətirmək o qədər də çətin deyil.
Nikah müqaviləsinin şərtlərinə həmişə sayğı göstərən, arvadına ehtiramla yanaşan Krüşo ürəyinin dərinliyində Yevgeniyanın ölümünü çılğıncasına arzulayır. Qədər-qismət belə fərman verir ki, o dünyaya birinci Krüşonun özü gedəsi olur, Yevgeniya otuz altı yaşında dul qalır. Külli sərvət yiyəsi olsa da, o, atasının qoyub getdiyi evdə atasının qoyduğu qaydalarla yaşayır, təbiətən simic olmadığına baxmayaraq buxarını Qrande atanın dediyi vaxtdan tez yandırmağa icazə vermir. Hərçənd atasından fərqli olaraq xeyriyyə işlərinə də pul ayırır...
Davamı növbəti sayımızda...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxHadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12

