Ağappaq əbədi sükut
10.12.2025 [09:30]
Ernest Heminqueyin “Kilimancaronun qarı” hekayəsi haqqında
əvvəli ötən saylarımızda
Oğlunun müsibətindən sonra Ellen məşuqlarıyla əlaqələrini biryolluq kəsir, artıq içkiylə də təsəlli tapmır. Qadının qəlbində yeni həyata başlamaq ehtiyacı bütün gücüylə baş qaldırır: “Öz tənhalığının dəhşətini qadın qəfildən dərk edib bundan bərk qorxuya düşdü. Amma ona elə birisi lazım idi ki, həmin adama hörmət eləyə bilsin... Hər şey çox sadə şəkildə başlandı - qadın onun kitablarını xoşlayır, həyat tərzinə qibtə edirdi. Qadına elə gəlirdi ki, o məhz ürəyinə yatan işi görür, məhz görmək istədiyi işlə məşğuldur. Ona yiyələnmək niyyətiylə atdığı addımlar axırda qadının ürəkdən vurulmasıyla sonuclandı - bütün bunlar qadının öncədən qurmağa hazırlaşdığı həyatın mütənasib şəkildə əks silsiləsi oldu, o isə əvvəlki həyatının artıqlarını satırdı. Satırdı ki, əvəzində təminatlı yaşayış, dəbdəbə qazansın - bunu danmaq olmaz. Qadın ona nə desən almağa, hər bir arzusunu yerinə yetirməyə canla-başla hazırdı. Bundan savayı, bir qadın kimi də qiyamət idi. Yolunu məhz beləsiylə davam etdirməyin əsla əleyhinə deyildi, çünki bu qadın daha varlıydı, daha canayatan idi, özü də məhəbbət məsələlərindən yaxşı baş çıxarırdı, üstəlik, dava-dalaş salıb qan qaraltmırdı. İndisə qadının yenidən qurduğu həyat sona yetmək üzrəydi...”
Bütün bunları düşündükcə Harri ona ana şəfqəti göstərən qadını incitdiyinə peşman olur, ölümüylə Ellenə daha bir zərbə vuracağını anlayıb mənasız mübahisələrə son qoyur: “Bu qadınla heç zaman məxsusi öcəşməzdi, sevdiyi o biri qadınlarla isə yaman tez-tez çəkişər, o qədər höcətləşərdi ki, axırda umu-küsünün pası onları bir-birinə bənd eləyən zənciri çürüdüb sıradan çıxarardı. O, hədsiz dərəcədə bərk sevirdi, hədsiz dərəcədə çox şey tələb edirdi, axırda da heç nəsiz qaldı”.
***
Harri ölüm ayağında yazmalı olduğu materialları, şahidlik elədiyi dəhşətli həyat səhnələrini bir-bir gözünün qarşısından keçirir, xəyalında onları bir sapa düzüb, bir kitaba, bir hekayəyə, hətta bir abzasa, bir cümləyə, Folknerin dediyi həmin o iynənin gözünə yığmağın fantastik yollarını arayır:
“O qədər işlər olmuşdu, yazılası o qədər mətləblər vardı, gəl görəsən. Həmişə də fikirləşirdi ki, günlərin bir günü, nəhayət, bu barədə yazacaq. Bunların hamısını o özü yaşamışdı, hamısını öz gözüylə görmüşdü, bu barədə yazmağa borclu idi, amma indi daha yazmayacağı dəqiqdir...
- Mən yazmaq istəyirəm, - o dedi.
- Bir az bulyon iç ki, canın bərkisin.
- Mən bu gün öləcəm. Canımın bərkiməsi mənim nəyimə gərək?!
- Harri, faciə düzəltmək lazım deyil, - qadın dedi.
- Sən bəyəm iybilmə qabiliyyətini itirmisən? Ayağım yarıyacan çürüyüb. Bulyonu neynirəm! Molo, mənə sodalı viski gətir.
- Bulyon iç, xahiş edirəm səndən, - qadın nəvazişlə dilləndi...
- Sən stenoqrafik üsulla yazmağı bacarırsan?
- Yox, bacarmıram, - qadın dedi.
- Eybi yox, elə də vacib deyil.
Əlbəttə, daha vaxt çatmazdı, amma bütün bunlar bir-birinə elə bitişikdi, o qədər iç-içəydi, hamısını bir abzasa sığışdırmaq mümkün kimi görünürdü...”
Harri Smit əmindir ki, işdi-şayəd, əgər ölməyib sağ qalsa, bu qadından, elə o biri kübar qadınlardan da heç vaxt heç nə yazmayacaq, çünki varlılar darıxdırıcı məxluqlardır.
***
Çənəsi ölüm tələsi goreşən əcaib səslər çıxara-çıxara Harrinin yatdığı çadırın böyür-başında əcəl elçisi kimi sülənir. Leş yeyən quşlar güdükdə durub ölümdən müjdə gözləyirlər. Harri Smit sonuncu yuxusuna dalır:
“Ölüm bir az da qabağa gəldi, indi o daha ölümlə danışa bilmirdi; onun danışa bilmədiyini görəndə ölüm lap irəli yeridi, o da cəhd elədi ki, ölümü səssizcə qovsun, amma sinəsindən basa-basa ölüm elə hey yuxarı dırmaşırdı, dırmaşa-dırmaşa axırda çıxıb düz sinəsinin üstündə oturdu, özü də onu nə tərpənməyə qoydu, nə ağzını açıb danışmağa; həmin anda o, qadının səsini eşitdi:
- Bvana yuxuladı. Çarpayını qaldırın, aparın içəri, amma ehtiyatla.
O deyə bilmədi ki, ölümü qovsunlar; ölüm də bütün ağırlığını onun üstünə salıb nəfəs almasına imkan vermədi. Nökərlər çarpayını qaldıranda birdən hər şey keçib getdi, sinəsinin üstündəki ağırlıq da qəfildən yoxa çıxdı”.
Harri Smitin yaralı gövdəsinin macərası burada tamama yetir.
Ancaq onun gördüyü yuxu davam eləyir. Bu, artıq yuxu deyil, bədəndən çıxan ruhun yeni macərasıdır.
davam növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

