Yazılmamış epopeyanın xülasəsi
11.02.2026 [09:30]
Professor Müseyib İlyasovun “Maarif fədaisi: Müseyib İlyasov” adlı kitabı üzərində gəzişmələr
Şahgörən. Bu adda adam indi çətin tapıla. Şahgörən - mənim babamın babasının babası olub. Bu xalis qızılbaş adını indi hətta bizim nəslimizdə də daşıyan yoxdur. Nədənsə nəslimizin adı da ulu babamız Şahgörənin yox, onun oğlu İlyasın (el arasında Eylas deyilir) adına bağlanıb - işğala qədər Laçın rayonunun Oğuldərə kəndində kompakt yaşamış əhalinin bir tirəsi İlyaslar, yaxud İlyas uşağı (el dilində Eylaslar, Eylas uşağı) adlanır. Buna görə Şahgörəndən fərqli olaraq İlyas adı nəsildən-nəslə ötürülməklə yaşadılıb, bütün törəmələrinin olmasa da, bir qisminin soyadında varlığını qoruyub. Ancaq İlyaslar nəslinin indiki Laçın ərazisinə yerləşmiş biz ata uşağından aralıda, başqa bölgələrdə də (məsələn, Qubadlıda) ayrıca qanad kimi, eyni kök üstündə bitmiş bir budaq kimi müstəqil şəkildə artıb törədiyini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, nəslin adı Şahgörən oğlu İlyasın da yox, ondan bir neçə qurşaq əvvəl yaşamış babalarından hansısa birinin adıyla bağlıdır.
İlyaslar soyu Qaraçanlı oymağının bir qanadı, qaraçanlılar isə Şah İsmayılın sağ yanında yer almış Qaraçorlu qızılbaş tayfasının bir qoludur. On altıncı əsrin əvvəllərinə qədər qaraçanlılar istər ağqoyunlu, istərsə də səfəvi təbəəsi sifətiylə indiki Türkiyə ərazisində, Ərzurum civarında yaşayıblar. Çaldıran savaşından sonra (bəlkə də əvvəl) amansız təqiblərə məruz qalmış əksər qızılbaş tayfaları kimi onlar da yurdlarından didərgin düşüblər, yer dəyişə-dəyişə, nəhayət, Şərur-Dərələyəz mahalında məskunlaşıblar. Nəslin bir qismi Dərələyəzdə həmişəlik yurd salıb, bir qismi də sonradan Şərqi Zəngəzur ərazisinə dağılışıb. Bildiyim qədər Kəlbəcər rayonunda qaraçanlıların yaşadığı bir neçə kənd var. Qubadlı bölgəsində isə bizimlə bir kökdən olan ilyaslılar məskunlaşıblar, onların tanınmış nümayəndələri arasında məşhur çekist Qara İlyasov, böyük şairimiz Ramiz Rövşən də var. Təəssüf ki, ayrılıq müddəti uzandıqca qohumlar, doğmalar arasında əlaqələr də itib.
***
Tarixi məxəzlər göstərir ki, Şahgörənlə oğlu İlyas ailələriylə birgə Dərələyəzin Obana kəndində yaşayıblar. 1831-42-ci illərin məlumatına görə, cəmisi beş ailədən ibarət bu kəndin 13 kişi, 25 qadın sakini olub. Türkmənçay müqaviləsindən sonra tərtib olunmuş “Dərələyəz mahalının kameral təsviri” adlı mənbədə yazıldığına əsaslansaq, həmin illərdə Şahgörən oğlu İlyasın təqribən otuz, arvadı Şahsənəmin iyirmi beş yaşı varmış. Buradan da belə çıxır ki, İlyaslar nəslinin ulu babası aşağı-yuxarı on doqquzuncu yüzilliyin əvvəllərində dünyaya gəlib.
Həmin mənbənin verdiyi məlumata görə, Obana kəndinin əhalisi 1831-ci ildən sonra oradan köçüb, ancaq hara köçdükləri bəlli deyil. Məlumatın davamına 1874-cü ildə tərtib olunmuş “Zəngəzur qəzasının kameral təsviri” adlı başqa bir mənbədə rast gəlinir. Burada verilən bilgilərə əsasən aydın olur ki, Şahgörən oğlu İlyas oğlanları Məmməd (50 yaş), Həsən (45 yaş), bir də İbrahimlə (35 yaş) birlikdə Şərqi Zəngəzur ərazisinə, indiki Laçın rayonunun Qaraçanlı-Künbəzli kəndinə köçüb orada məskunlaşıb. Bu üç qardaşın törəmələri - İlyaslar nəslinin üç tirəsi bu gün də Məmmədli, Həsənli, İbrahimli adlarıyla tanınır.
Fəqət bu kənd də uzun köç yolunun son dayanacağı olmayıb. On doqquzuncu əsrin axırlarına doğru İlyas babamız hər üç oğlunu ailələriylə birgə yanına alıb indiki Oğuldərə kəndinin ərazisinə köçüb, burada qohumu Məcnun Allahverdi oğluyla birgə kəndimizin bünövrəsini qoyub. İlyas oğlu İbrahimin altı oğlundan sonuncusu - Müseyib İbrahim oğlu İlyasov məhz bu kənddə dünyaya gəlib.
***
Gələcək maarifçinin atası, mənim babamın babası Kərbəlayı Molla İbrahim, günümüzə çatmış sənədlərə inansaq, 1839-cu ildə anadan olub. Dövrünün açıq fikirli, qabaqcıl, hörmətli şəxslərindən sayılıb. Dini təhsil alsa da, din xadimi kimi fəaliyyət göstərməyib, sadəcə, savadlı olduğuna görə el arasında ona “molla” deyə müraciət eləyərmişlər. Kərbəlayı İbrahim on doqquzuncu əsrin sonlarında Oğuldərə kəndində öz hesabına ibtidai məktəb açıb, Güney Azərbaycandan olan bir savadlı mollanı həmin məktəbdə dərs demək üçün kəndə dəvət eləyib. Özü 1903-cü ildə dünyadan köçsə də, açdığı məktəb 1920-ci illərə qədər fəaliyyət göstərib.
İbrahimin altı oğlu olub: Ağakişi (üzərində gəzişdiyimiz kitabın müəllifi Müseyib müəllimin babası), Balakişi, Qənbər, Əli (atam Ağa Əliqəmə oğlunun babası), Zülfüqar, Müseyib. Oğlanlarından son üçü ibtidai təhsilini atalarının açdığı məktəbdə alıb. Əli sonralar Minkənddə yerləşən rus-tatar məktəbində təhsilini artırdığına, bir neçə dil bildiyinə, həm də bir müddət Sultan bəyin yanında, daha sonra Gorusda mirzəlik elədiyinə görə el arasında Mirzə Əli adıyla tanınıb. Zülfüqar mədrəsə bitirib ali ruhani dərəcə alandan sonra səkkiz il (1910-1918) Göyçə mahalının qazisi kimi dini vəzifə yerinə yetirib. 1937-ci ilin avqust ayında guya dini təbliğat apardığına görə saxta ittihamla həbs olunub, sentyabrın sonlarında Nargin adasında güllələnib. 1958-ci ildə digər repressiya qurbanları kimi Zülfüqar İbrahim oğlu İlyasov da bəraət alıb.
Kərbəlayı İbrahim oğullarının sonbeşiyi Müseyibin qəziyyəsi, faciəsi isə bir cümləyə, bir abzasa sığan deyil...
***
Bütün bu deyilənlər bizə - İlyaslar nəslinin yeni yetişən törəmələrinə əvvəllər dildən-dilə, necə deyərlər, şifahi şəkildə, rəvayət, dastan kimi gəlib çatardı. İndi isə əlimizdə daşdan keçən sənədlər, mötəbər xatirələr əsasında yazılmış ömür kitabı var. Bu kitab İlyas uşağının ziyalı nümayəndələrindən biri, pedaqogika üzrə elmlər doktoru, ADPU-nun kafedra müdiri, öz qəhrəmanının həm adını-soyadını daşıyan, həm də yolunu davam etdirib məsləkini yaşadan professor Müseyib İlyasovun uzun illərdən bəri çəkdiyi zəhmətin, apardığı araşdırmaların bəhrəsidir.
Elə buradaca indiyəcən heç kimə açmadığım bir uşaqlıq arzumu bölüşmək istərdim: orta məktəbdə oxuduğum illərdə başıbəlalı nəslimizin taleyindən danışan böyük bir dastan (saqa) bağlamaq, “İlyas uşağı” adlı təxminən iki yüz illik bir dövrü əhatə eləyən çoxşaxəli, çoxcildli ailə epopeyası yazmaq arzusundaydım. O zaman belə bir nəhəng işin altına girməyə, əlbəttə, hazır deyildim, sonrakı çətin illərin reallıqları isə bir çox uşaqlıq xəyalım kimi bu arzumu da küsdürüb çin çıxmamış diləklər, puça çıxmış xəyallar arxivinə göndərdi. Nə yaxşı Müseyib müəllim bu kitabı qələmə aldı, əcdadımız qarşısında borcumuzu hamımızın əvəzindən ödədi.
Davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50

