/ / Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib
02.08.2026 [11:59]
Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
APA xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bildirib ki, Nəriman Həsənzadə bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib ki, Nəriman Həsənzadə ilk yaradıcılıq nümunələrindən etibarən özünü təsdiq etmiş, fəal ictimai mövqeyi ilə seçilən bir insan olub:
“Nəriman Həsənzadə həmişə yüksək qiymətləndirilib, müxtəlif mükafatlara və fəxri fərmanlara layiq görülüb. O, bütün fəaliyyəti boyu xalqa xidmət edib. Nəriman Həsənzadə ilə uzun illər yaxın münasibətlərimiz olub. Son aylarda da telefonla danışırdıq. Hər dəfə söhbətimizin mövzusu onun səhhəti olurdu. Yazıçılar və şairlər bir baxımdan xoşbəxt insanlardır. Çünki onlar yaratdıqları əsərlərlə tarixdə qalırlar. Bu gün Nəriman Həsənzadə fiziki olaraq aramızdan ayrılsa da, onun xidmətləri, zəngin ədəbi irsi və şəxsiyyəti həmişə xalqımızın yaddaşında yaşayacaq”.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının 50-ci illər nəslinə mənsub idi:
“O, həmin nəslin Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Hüseynov, Xəlil Rza Ulutürk, Məmməd Araz kimi görkəmli nümayəndələri ilə birlikdə ədəbiyyatımızda sovet ideologiyasının sərt qəliblərini yumşaldaraq, ədəbiyyatı real həyata doğru inkişaf etdirmək missiyasını yerinə yetirən görkəmli sənətkarlardan biri idi. Bu mənada Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatında qazandığı mövqe özündən əvvəlki görkəmli nəsillə Azərbaycan ədəbiyyatında xüsusi epoxa yaradan 60-cı illər nəsli arasında bir körpü rolunu oynayıb. Özünün məşhur əsərlərindən birinin adında dediyi kimi, tarixin ona verdiyi möhlət ərzində o, uzun illər 60-cı illər nəsli ilə çiyin-çiyinə müstəqillik dövrünün ideallarına xidmət edən ədəbi mühitin, böyük ədəbiyyatın formalaşmasında yaxından iştirak edib, müstəqil dövlətçilik və azərbaycançılıq ideologiyasının ədəbiyyatda əks olunmasının parlaq nümunələrini yaradıb”.
Akademik Nizami Cəfərov Xalq şairinin yaradıcılığının məziyyətlərindən danışıb:
“Nəriman Həsənzadənin dili kamil Azərbaycan dilidir. Həm ədəbiliyi, həm elmiliyi, həm də müasirliyi ilə seçilən bir dildir. O, bütün yaradıcılığı ilə Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini və azərbaycançılıq düşüncəsini tarixə bağlayırdı. Təsadüfi deyil ki, onun ən gözəl poemaları, sonrakı illərdə qələmə aldığı əsərləri, dramları və dramatik poemalarının hamısı tarixi mövzulara həsr olunub. Çünki Nəriman Həsənzadə bilirdi ki, bu tarix bu xalqa lazımdır. O, bu xalqın tarixini yazan sənətkarlardan biridir. Məhz buna görə də böyük mütəfəkkirdir. Çünki tarixə söykənən bir yaradıcılıq yolu seçmişdi. Bir xalq üçün isə tarix ən böyük sərvətdir. İnanıram ki, bu böyük sənətkarın və mütəfəkkirin irsi bundan sonra da yeni nəsillərin yetişməsinə, azərbaycançılıq düşüncəsinin qorunmasına xidmət edəcək”.
Mədəniyyət nazirinin müşaviri, yazıçı Orxan Fikrətoğlu bildirib ki, Nəriman Həsənzadə taleyi olan və taleyini ləyaqətlə yaşayan insan idi:
“‘Ədəbiyyat və incəsənət’ qəzeti, düşünürəm ki, burada iştirak edənlərin əksəriyyətinin xatirindədir. Həmin qəzet bir dövr Azərbaycan ədəbiyyatında azadlığı tərənnüm edən, gerçək həyatı və nəsri təmsil edən nüfuzlu mətbuat orqanı idi. Nəriman müəllimin informasiya nazirinin müavini, bir müddət isə nazir vəzifəsini icra etməsi də Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri idi. Nəriman Həsənzadənin şəxsi həyatı da, şair kimi ömür yolu da örnəkdir. Çünki bu insan nə qədər mehriban, romantik və həyatsevər idisə, şeirləri də elə idi”.
Xalq şairi Vahid Əziz bildirib ki, həyatın bütün keşməkeşlərinə və çətinliklərinə baxmayaraq, Nəriman Həsənzadə dünyaya həmişə nikbin baxırdı:
“Əzablarını içinə çəkirdi, heç kimə hiss etdirmirdi. Bunları ona görə deyirəm ki, Nəriman müəllimlə həm həmkar, həm dost, həm də iş yoldaşı olmuşam. O, Azərbaycan xalqının yaddaşında böyük şair kimi yaşayacaq”.
Sonda Xalq şairi Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, vida mərasimində iştirak edən hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Xalq şairi I Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
***
saat 10.50
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminə əklil göndərib.
APA xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.
***
saat 10.47
Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
APA xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak edirlər.
Qeyd edək ki, Xalq şairi I Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

