KEÇMİŞDƏ YAXŞI NƏ VARSA QORUYUB SAXLAMAĞA ÇALIŞAN...
01.08.2015 [10:28]
Yaxud Murad Qoçuoğlunun yaradıcılığında keçmişlə gələcəyin, dünənlə sabahın harmoniyası duyulur...
Taleyini daha çox idman jurnalistikasına bağlasa da, şeir-sənət aləminə olan marağını hələ yeniyetməlik illərindən bəsləyib barındıra-barındıra bu günlərədək gətirən, o marağı peşəkarlığa çevirən Murad Qoçuoğlunun şeirləri ilə tanış olduqca bir qənaət hasil olur: o xəlqi şairdir; xəlqiliyi və səmimiyyəti qorumağı bir bədii-estetik dəyər hesab edir. Gəlin bu fikrin sübutu kimi Murad Qoçuoğlunu hələ gənclik illərindən tanıyan eloğlusu, şair Qəşəm Nəcəfzadənin sözlərinə diqqət edək: “Hələ gənclik illərindən səmimi və işıqlı idin. Biz sənin başına toplaşırdıq. Çox qəribədir, deyirlər ki, filankəsin danışmağından doymazdıq, mən də deyirəm ki, biz də sənin adamı dinləməyindən doymazdıq, çox az danışardın. Hər kəsin və hər sözün yerini bilirdin. Güclü yumor hissin vardı. Elə bilirdim ki, bir yerdə doğulmuşuq. Birinci sinfə bir getmişik, ilk şeirimizi də bir yerdə yazmışıq. Murad, elə bil sonradan o doğmalıq itkin düşdü, bəlkə, böyüdük, qayğılarımız çoxaldı deyə belə olduq. Sən də bunu hiss edirsənmi? Həyat hərəmizi bir tərəfə atdı...
Hər halda böyük bir keçmiş var, bəzən keçmiş adamı ayrılmağa və dəyişilməyə qoymur. Necə ki, sən o keçmişdə yaxşı nə varsa qoruyub saxlamağa çalışırsan. ...Bəlkə də səni yaxşı mənada bir insan kimi dəyişilməyə qoymayan öz keçmişinə ehtiramla yanaşmağındır. Axı o keçmişdə bizim özümüz, acılı-şirinli xatirəyə çevrilmiş ömrümüz var. Bir yana baxanda keçmiş gələcəkdən etibarlıdır...” (bu sözlər Q.Nəcəfzadənin M.Qoçuoğlunun ad gününə ünvanladığı “Təki insan yaşasın” yazısından alıntıdır).
Bəli, “...Keçmişdə yaxşı nə varsa qoruyub saxlamağa çalışırsan...” deyir illərin dostu... Murad adı isə özlüyündə daha çox gələcək haraylı, sabah səslənişli, dilək məzmunlu addır. Mənə elə gəlir, Murad Qoçuoğlunun yaradıcılığında keçmişlə gələcəyin, dünənlə sabahın harmoniyası görsənir... duyulur... Bu bir qələm adamı üçün çox xoş təyin, anlamlı yaraşdırmadır, deyə düşünürəm. Və elə bu münasibətlə - dünənli-sabahlı mətn-mündəricə ilə gün üzü görmüş “Bir az gecikəndə” şeirlər kitabı üçün müəllifə təbriklərimiz var. Yəqin, kitaba yazılan dost sözündə - ürək sözlərində bu cümlələrin yer alması heç təsadüfi deyil: “...Murad şeirlərini quruluşca tamamlasa da, mənaca tamamlamır. Bütün şeirlərini gələn dəfəyə saxlayır. Əslində, o şeirlərin ardı bizdədir... bizdə yaratdığı xoş təəssüratlardadır. - Tumurcuğun ardı yarpaq və çiçək, çiçəyin ardı meyvə olduğu kimi. ...Necə ki, yağışın və qarın ardı bulaq, bulağın ardı çay, çayın ardı dəniz, dənizin ardı okean, okeanın ardı yenə bulud olur...” - Görünür Murad Qoçuoğlunun yaradıcılığında müşahidə etdiyimiz harmoniya axtarışları (yaxud düşüncələrin, fikrin simmetrikliyi) onun yaradıcılığını izləyən başqa yazar dostlarımızı da cəlb edib ki, belə bir şəkillənmə üzə çıxır...
Sonda Murad Qoçuoğluna “özünüz də, oxucularınız da murada yetsin”, - deyə öz alqışlarımızı yetirir, yeni yaradıcılıq uğurları diləyirik!
Sözümüzü müəllifin yeni kitabının adının ritorikası ilə bitirmək istərdik:
- Nə özünüz, nə də sözünüz... gecikməsin - bir az da olsa..!
* * *
Qısa tanıtım:
Murad Qoçuoğlu - 1953-cü ildə doğulub. Bakı Dövlət Universitetinin (Jurnalistika fakültəsi) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Dövlət başçısının Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
O, 1980-ci illər ədəbi nəslinin nümayəndəsidir. Şeirləri müxtəlif qəzet və dərgilərdə yayınlanıb, habelə orta məktəb dərsliyinə salınıb. Onun yaradıcılığında insanın, yaşamın fərqli psixoloji anları görsənir; toplumu düşündürən, rahatsızlıq yaradan ümumbəşəri olaylar başlıca mövzu kimi seçilir.
“Bir az gecikəndə” şairin oxucularla ilk görüşüdür. Kitabın adı... yaşı 50-ni keçmiş şairin ilk kitabını məhz bu yaşlarda çıxarması baxımından da anlam qazanır və onun sözə həssaslıqla, məsuliyyətlə yanaşmasının təzahürü kimi çıxış edir, deyə düşünürük...
Qeyd edək ki, ön sözünü Səyyad Aranın yazdığı “Bir az gecikəndə” “Araz” nəşriyyatında nəfis şəkildə çap edilib. Kitabda müəllifin müxtəlif illərdə yazdığı, fərqli mövzuların işləndiyi şeirlər toplanıb.
* * *
Murad Qoçuoğludan “Niyə?” haraylı iki şeir:
NİYƏ?..
Dil ayrıdır, ürək ayrı,
Sevənə dil gərək olmur.
Tovlasan da bəzən dili,
Ürəyə “sev” demək olmur.
Hər sevgi bir gözəl dərddir,
Son ucunda bir qəhər var.
Hər bir qəmdə sevgi izi,
Hər sevgidə bir kədər var.
Niyə sevdin, niyə məni?
Niyə?.. -
Bilmədim, bilmədim.
Ha çalışdım sevəm səni,
Sevə bilmədim, bilmədim...
BU GÜN GÜNAHA BATDIM...
Hər kəsin öz yükü var,
Yükü çəkənlər bilir.
Zəhmət nədir, bar nədir?
Toxum əkənlər bilir.
Bu gün nəfsimə uyub,
Təzə günah qazandım.
Dərdimi danışmağa
Dərdli-qəmli ozandım...
Bu gün günaha batdım,
Niyə? - Bilmədim, Yarəb..!
Bir qarışqa yükünü
Çəkə bilmədim, Yarəb...
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

