Xan qızının doğum günüdür!
06.08.2022 [12:25]
Yeganə BAYRAMOVA
Bu gün sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, əsərləri Azərbaycanda dövlət varidatı elan edilən görkəmli şairə Xurşidbanu Natəvanın doğum günüdür. O, 1832-ci il avqustun 6-da Şuşada doğulub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda “Dürrü yekta” (“Tək inci”), el arasında isə “Xan qızı” çağırıblar. Xurşidbanu ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir, anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır.
Xarici və daxili durumun ciddi surətdə gərginləşməsi ilə bağlı xan ailələri üzərində nəzarətin gücləndirildiyi bir vaxtda Xurşidbanu Voronsovun şəxsi yavəri kumık türklərindən Xasay bəy Usmiyevlə ailə həyatı qurub. 1850-ci ilin payızındakı toylarından sonra, Xasay bəy Xurşidbanunu Dağıstana öz doğma kəndinə, oradan da Tiflisə aparıb. Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılıb, Şuşanın qəribliyini çəkib. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətləri ilə tanış olub, özü də milli ənənəsi, kübarlara xas davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyadıb. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün yeni çalarlar qazanmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Bakıya, Naxçıvana və s. şəhərlərə səfəri zamanı, o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb, fikir mübadiləsi aparıb.
Yaradıcılığı
Natəvan dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeir-sənətə marağı qüvvətləndiriblər. Natəvan yaradıcılığa təxminən XIX yüzilin 50-ci illərindən başlayıb, ilk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin çoxu itib-batıb, yalnız az bir bölümü bizə gəlib çatıb. Xurşidbanu parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. O, “Məclisi-üns” ədəbi məclisinin başçısı olub.
Natəvanın həzin lirikasında sevimli oğlu Mir Abbasın vaxtsız ölümündən sonra kədərli motivlər daha da güclənib. 1870-ci ildən etibarən şairə özünə (köməksiz, kimsəsiz, dayaqsız... anlamında işlənən) “Natəvan” təxəllüsü?? götürərək, dərin məzmunlu qəzəllərini yaradıb. Onun şeirləri hələ sağlığında dildən-dilə düşüb, əlyazma şəklində yayılıb. Xurşidbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür:
- aşiqanə şeirlər,
- təbiət gözəlliklərinə həsr edilən şeirlər,
- çağdaşlarına yazdığı mənzumələr,
- hüznlü şeirlər.
Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən biri, Şuşanın təkraredilməz yaradıcı və mədəniyyət iqlimi, kübar yaradıcılıq mühiti olub. Xan qızının poeziyası Azərbaycan xanəndələrini də ruhlandırıb. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairin qəzəllərini “Segah” üstündə oxuyarmış və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairin qəzəllərini oxuyub, ilham alırlar.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O, rəssamlıqla da məşğul olub, həmçinin, nəfis əl işləri, müxtəlif növ tikmələr bacarığı da olub. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adı ilə məşhurlaşıb...
Vəfatı
Şəxsi həyatındakı problemlər, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru gedib, bədəni taqətdən düşüb və 1897-ci il oktyabrın 1-də gözlərini həyata əbədi yumub... O, Ağdamın İmarət qəb?ristanlığında dəfn olunub.
Xurşidbanu Natəvanın şəxsiyyətinə, irsinə, yaradıcılığına Azərbaycan dövləti hər zaman sayğı bəsləyib. Natəvanın 180 illik yubileyi də dövlət səviyyəsində qeyd edilmişdi. 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdı. 2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib.
Bakıda Xan qızının adına kitabxana, Azərbaycan Yazıçılar Birliyində ədəbi klub fəaliyyət göstərir. Şuşa işğaldan azad edilərkən Natəvanın büstü yenidən doğma şəhərinə qaytarıldı, Xan qızı bulağı bərpa edildi. Prezident İlham Əliyev 14 mart 2022-ci il tarixində “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

