104 yaşlı “Şeypur”
05.10.2022 [10:38]
Bu gün ədəbi-ictimai fikir tariximizdə mühüm yer tutan “Şeypur” satirik jurnalının 104-cü ildönümüdür.
Cəmi 14 nömrəsi çapdan çıxan bu jurnal 1918-ci il oktyabrın 5-dən 1919-cu il yanvarın 18-nə qədər fəaliyyət göstərib. Bakıda “Turan” mətbəəsində həftədə 1 dəfə 8 səhifə həcmində Azərbaycan dilində çap olunurdu.
Jurnalın redaktoru maarifçi Məhəmməd Tağı Sidqinin oğlu Məhəmmədəli Sidqi, naşiri isə Səməd Mənsur idi. Professor Hüseyn Həşimli tərəfindən “Əkinçinin varisləri” olaraq adlandırılan “Şeypur” jurnalı cəmiyyətimizdə mövcud olan ictimai-siyasi hadisə və proseslər, haqsızlıqlar, xalqımızın məişəti, yaşayış tərzi haqqında dövrün bir sıra maarifçi ziyalıları, ictimai xadimləri tərəfindən ədəbi-bədii və publisist üsulda işıqlandırılmış yazılarla zəngindir. Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik ideyaları təbliğ olunur, müstəqilliyə gedən yolda qarşıya çıxan əngəllər, bolşevik-daşnak fitnəkarlıqları və Bakı neftini ələ keçirməyə çalışan əcnəbi dövlətlərin çəkişmələri ifşa olunurdu. Bu da jurnalın müstəqillik illərinə qədər diqqətdən kənar qalmasına səbəb olan əsas amillərdən biridir. Bu dövr ərzində “Şeypur” satirik jurnalı haqqında bir sıra ədəbiyyatşünas alimlərimizin məqalələrində, monoqrafik tədqiqatlarında yalnız bəzi qısa qeydlərə rast gəlmək olur. “Şeypur”un səhifələrində Azərbaycanı yenidən işğal etmək istəyən rus bolşevizminin əsl niyyətləri, ermənilərin fitnəkarlıqları və əsassız torpaq iddiaları, 1918-ci ilin martında törətdikləri vəhşiliklər faktlarla birlikdə təhlil olunur və yeri gəldikcə, ciddi və ya satirik tərzdə öz əksini tapırdı. Bütün bunlara görə də, sovet dövründə jurnal “əks-inqilab” ruhlu mətbuat orqanı sayılaraq tədqiqata cəlb olunmayıb.
“Şeypur” satirik jurnalı satirik-yumoristik üsullardan istifadə etməsi, tənqid hədəflərinin aydın olması, şeirlərdə siyasi kəskinliyi ilə “Molla Nəsrəddin” jurnalının ənənələrini davam etdirirdi. “Şeypurun lüğəti”, “Bakı xəbərləri”, “Poçt qutusu”, “Teleqraf xəbərləri” və s. məqalələri “Şeypur” jurnalının “Molla Nəsrəddin” ənənələrini davam etdirməsinə misal olaraq göstərə bilərik.
“Şeypur” satirik jurnalında dərc olunan məqalələrin müəllifləri sırasında Məhəmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid, Məmmədəli Nasir və başqalarının adlarını çəkmək olar. Hər satirik jurnalda olduğu kimi, “Şeypur” jurnalında da bədii və publisistik materialların müəllifləri yazılarında gizli imzalardan istifadə edirdilər. Məsələn, Səməd Mənsurun satirik şeirləri “Pampuşəli”, Məhəmmədəli Sidqi “Şeypur”, Cəfər Cabbarlı “Dağlızadə”, Əmin Abid “Qozqurab bəy” imzaları ilə yazılarını dərc edirdilər. Bunlardan əlavə, “Çalma”, “Lağlağı”, “Müsahib”, “Mömin çinovnik” kimi imzalar da müxtəlif müəlliflər tərəfindən jurnalda istifadə olunurdu.
Bu gün ədəbi-ictimai fikir tariximizdə mühüm rol oynayan “Şeypur” satirik jurnalının geniş və əhatəli tədqiqi Hüseyn Həşimlinin “Məmmədəli Sidqi və “Şeypur” jurnalı”, “Şeypur” jurnalı və ədəbi-tarixi həqiqətlər” adlı monoqrafiyalarında və “Şeypur” jurnalı (1918-1919-cu illər)” adlı monoqrafiyada öz əksini tapıb. Əməkdar elm xadimi, professor Hüseyn Həşimli tərəfindən jurnalın bütün sayları transliterasiya edilərək latın əlifbası ilə 2014-cü ildə nəşr olunub.
Səidə
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

