Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Frontex iri pilotsuz uçuş aparatlarını dənizdə uğurla sınaqdan keçirib

Frontex iri pilotsuz uçuş aparatlarını dənizdə uğurla sınaqdan keçirib

17.07.2026 [16:45]

Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) və İtaliya Sahil Mühafizəsi Aralıq dənizində iri pilotsuz uçuş aparatlarının (PUA) patrul gəmisindən istifadəsi üzrə birgə pilot layihəni uğurla başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, agentliyin məlumatında sınaqlar zamanı şaquli qalxıb-enmə qabiliyyətinə malik 50-100 kiloqram ağırlığında iki PUA-nın patrul gəmisindən gecə-gündüz fəaliyyət göstərərək dənizdə vəziyyətin real vaxt rejimində izlənməsini təmin etdiyi bildirilib. Aparatlar 150 kilometrədək məsafədə uçuşlar həyata keçirərək gəminin müşahidə imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

Pilot layihə çərçivəsində PUA sistemləri ilk dəfə gəminin əməliyyat infrastrukturuna tam inteqrasiya olunub. Dronlardan biri şərti axtarış-xilasetmə əməliyyatı zamanı rezin qayığı aşkarlayaraq xilasetmə prosesinin əlaqələndirilməsinə kömək edib.

Frontex layihənin nəticələrinin qiymətləndiriləcəyini, əldə edilən təcrübənin isə Avropa İttifaqı ölkələri ilə bölüşdürülərək sərhəd və sahil mühafizəsi əməliyyatlarının modernləşdirilməsində istifadə olunacağını bildirib.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31