Dünyanın ən böyük “Şou”su...
26.07.2023 [12:08]
“Qadınsız və xoşbəxt olan bir ölkə kəşf etdiyinizdə, mənə də koordinatlarını xəbər edərsiniz. Mütləq yanınıza gələcəyəm” və yaxud “Dünyada kişinin qadın üzərində hökmranlığından daha murdar köləlik varmı?” Bu sitatlar “Ürək qıran ev” (Heartbreak House) əsərindəndir. Bu əsərin müəllifi isə Bernard Şoudan başqası deyil. Bu gün onun ad günüdür. O, Şekspirdən sonra dünyaca məşhur ikinci böyük dramaturqdur. Dünya ədəbiyyatında həm Nobel, həm də “Oskar” mükafatına layiq görülən yeganə yazıçıdır.
Bir qədər həyatı barədə...
İrland əsilli Şou 1856-cı il iyulun 26-da Dublin şəhərində anadan olub. Maddi çətinlik ucbatından universitetə daxil ola bilmədi, uzun müddət jurnalistika sahəsində çalışdı. Yazıçı olmaqla yanaşı, musiqi, incəsənət və teatr tənqidçisi kimi də fəaliyyət göstərirdi. Tənqidçi maaşı ilə çətinliklə də olsa dolanırdı. Qadın hüquqlarının sadiq müdafiəçisi idi. Onun bir çox əsərlərinin qəhrəmanı məhz qadınlar idi. Əsərləri illərlə Londonda işıq üzü görəcəyi günü gözləyirdi. Onun yaradıcılığının fərqinə öncə Amerika və Almaniya, illər sonra isə London vardı. İrlandiyada doğuldu, amma İngiltərəni fəth etdi.
Ona istehza ustası da deyirdilər. Yumor hissi çox güclü idi, əks təqdirdə, o şou yarada bilməzdi axı. Səhnəyə qoyulan ilk pyesi Con Bullun Digər adası zamanında Londonda böyük səs-küyə səbəb olmuşdu, çünki Kral VII Edvardı tamaşa zamanı stulunu sındıracaq qədər güldürməyi bacarmışdı. Özü musiqi tənqidçisi olsa da, musiqili tamaşanı heç sevməzdi. Buna görə də sağlığında əsərlərinin müzikl tərzində təqdimatına icazə vermədi.
Nobel mükafatına istehza ilə yanaşırdı. Əvvəlcə mükafatdan imtina etmək istəyirdi. Lakin хanımı mükafatın İrlandiyaya verildiyinə onu inandırmağı bacarmışdı. Qərarını dəyişdirsə də, təqdimat mərasiminə qatılmadı. Pul mükafatını isə tərcümə fondunun yaradılması üçün ayırdı.
Bir çox həmkarlarından fərqli olaraq bütün əsərlərini ayıq başla yazmağa üstünlük verirdi. Həyatı boyunca spirtli içki və tütün məhsullarından istifadə etməzdi. Hər kəs ona 100 yaş arzulayırdı ki, başına gələn bədbəxt hadisə nəticəsində - ağac budayan zaman nərdivandan yıxıldıqdan sonra aldığı xəsarətlərdən 94 yaşında öldü. 1950-ci il noyabrın 2-dən sonra insanlar artıq Şousuz həyatlarına davam etdilər. Şousevərlər onu bu gün də unutmur, kitabları əldən-ələ, ürəkdən-ürəyə gəzir...
Azərbaycanda da onu çox sevdilər. “Şeytanın şagirdi”, “Piqmalion” kimi əsərləri səhnəmizdə dəfələrlə tamaşaya qoyulub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

