Köpək balıqları üçün ziyafət
26.08.2023 [12:30]
Ernest Heminqueyin “Qoca və dəniz” povesti haqqında
Əvvəli ötən sayımızda…
Qoca balıqçının çox sağlam, güclü gəncliyi olub, kimsə onun qolunu bükə bilməyib. Bir dəfə adlı-sanlı qaradərili pəhləvanla qol yarışına girib, tam bir sutka göz-gözə durub bir-birinin qolunu qatlamağa çalışıblar, sutkanın tamamında Santyaqo qalib gəlib, bundan sonra çempion kimi bütün ətrafa ün salıb. İndi o Santyaqodan əsər-əlamət qalmayıb, di gəl, dəniz ondan bəri bir saniyə belə qarıyıb qocalmayıb. İndi dəniz - həmişəki kimi gənc, qüdrətli, Santyaqo isə - can şirəsi qurumuş qoca.
Niyə məhz qoca? Heminquey qəhrəmanını okeanla savaşa gənc yaşında da göndərə bilərdi. Fəqət gənclik ondan ötrü illüziyadan, aldanışdan başqa şey deyil. Qocalıq, ölüm - həyatın maskası yırtılmış gerçək sifəti, ömrün labüd, məntiqi sonluğudur. On illər boyu ona ziyafət vermiş dənizin indi Santyaqodan üzü dönüb. Sən demə, bu illər ərzində dəniz onunla sadəcə oynayırmış, onu qurbanlıq qoyun kimi bəsləyirmiş, ona qənimət yox, ümid verirmiş; çünki bir doyumluq yeməyin yalnız bir öynəyə yetdiyi həyatda heç bir qənimətdən söhbət gedə bilməz. Dəniz onu boğazından özünə bağlayıb gecə-gündüz ov iti kimi yem ardınca qovurmuş.
Axıra yalnız skeleti qalan misilsiz şikar insanın həyatdan ala bildiyi qənimətin rəmzidir. Deməyəsən qoca min bir əziyyətlə, ağlasığmaz dözümlə, böyük ustalıqla, neçə günlük müsibət bahasına ram eləyib ələ keçirdiyi tonluq balığı köpək balıqlarını bəsləmək üçün tutubmuş (Bu yerdə bir atalar misalı yada düşür: “Kim qazana, kim yeyə”). Akulaların açıq dənizdə rəqibi olmasa da, hazır yemdən niyə boyun qaçırsınlar? Sən saydığını say, gör fələk nə sayır - qoca xəyalında balığı satmaqdan götürəcəyi böyük qazancı sağa-sola xərclədiyi vaxt köpək balıqları qan iyi alıb qayığın başına toplaşırlar. Heminqueyin tapdığı, Folknerin tuşutduğu Allahın idarəçilik mexanizminin defekti burada özünü göstərir; belə çıxır bu əzazil Tanrının bütün hoqqaları sevimli köpək balıqlarını - okeanın bu amansız, zalım cəlladlarını zavallı, yorğun qocanın hesabına yedirtməkdən ötrüymüş. Hanı burada Folknerin dediyi ilahi mərhəmət, bu ki köpək balıqları üçün ziyafətdir! Bumu Allah, beləmi olur Tanrı? Məncə, onun adına Allah yox, fələk deyilməlidir. Elə Folknerin özünün də neçə-neçə qəhrəmanı fələyin əlində girinc qalmış zədəli, əzik insanlardır.
***
Qoca və dəniz. Biri şüurlu, cılız fani məxluq, o biri şüursuz, hüdudsuz baqi həyat. Biri zərrə, o biri küll. Ancaq burada zərrə ilə küllün vəhdəti yoxdur, burada küll zərrəni qoynuna alıb muradına yetirmir, tərsinə, bir gün onu ac qoyub barsız-bəhərsiz sahilinə tullayır. Burada zərrə eşqin cazibəsi hesabına küllə qovuşa bilməz, heç nifrətlə də ona yanaşa bilməz. Dəniz nə nifrət tanıyır, nə məhəbbət, nə etibar, nə insaf, nə sədaqət; onunla yalnız savaşmaq, ya da arada onun balalarını bu şəkildə yemləməklə ortaqlaşmaq olar. Lap uzağı, ondan nəsə qamarlamaq, bununla da bu dünyada verilən möhləti uzatmaq olar.
Manolin gələcəyin timsalıdır. Qocanın gələcəyi yoxdur, onun sabaha tək ümidi biliyini, zövqünü, yaddaşını bu yeniyetmə oğlana ötürməkdir - eynən Heminquey öz qəlbinin məhsullarını kitablarıyla gələcəyə ötürdüyü kimi. Qoca balıqçı da öz sənətinin ustası, ustadıdır, ona müəllifin obrazı kimi baxmağımız əsərdən heç nə əskiltməz. Santyaqo Heminqueyin özü kimi Tanrıya, əbədiyyətə, o dünyaya inanmır, hərçənd dara düşəndə İsa Məsihi yardıma çağırır, ona rüşvət boyun olur.
Oğlan bacardığı qədər qocanın xatirələrini əzbərləməyə, onun zövqünə şərik olmağa, onun qulluğunda durmağa, ondan daha çox bilik qoparmağa çalışır. Ustad-şagird bir-birinə sonda təsəlli verir, ümidli danışırlar, ancaq hiss olunur ki, qoca həmişəcavan sevgilisi dənizdən aldığı bu ağır zərbədən bir də ayılmayacaq.
Santyaqonun yuxusuna gəncliyində gördüyü Afrika sahilləri girir, qoca yuxuda şir görür. Şir güc rəmzi, cəsarət simvolu, gözəllik timsalıdır. Fələk yuxu dilində ona deyir ki, belə şeyləri bir də ancaq yuxunda görərsən...
***
Heminquey çoxdan beynində gəzdirdiyi, ancaq ustalığının ən yetkin çağında qələmə aldığı bu əsərlə yorulduğunu, həyatdan bezdiyini, fələyə yenildiyini boynuna aldı. Hərçənd bu zaman elə də çox yaşı yoxuydu, əllini təzə adlamışdı. Mənəvi yaralar, depressiv tutmalar onun qəlbini gəncliyindən zədələmişdi. Üzünə protestant sərtliyi çəkilmiş anasının ona xoş sifət göstərməməsi, onun həm yazıçı, həm jurnalist uğurlarına sevinməməsi Ernesti gənc yaşından evlərindən perik salmışdı. Fəqət ana nəvazişi tapmaq ümidiylə bağlandığı qadınların, o cümlədən dörd arvadının heç biri onu acı aqibətdən yayındıra bilmədi, bir ananın vurduğu yaraları yüz qadının öpüşü sağalda bilmədi.
Məsələ burasındadır ki, uzun müddət üzünü görmədiyi, ayrılıq illərində belə onu sevməyə cəhd göstərməyən anası günün birində oğluna atasının özünü atdığı tüfəngi göndərmişdi. Bu müəmma Ernesti ölənəcən izləmişdi: doğrudanmı anası onun da ölümünü istəyir? Yoxsa atasını öldürən silahı bədbəxt hadisədən heç altı ay keçməmiş anasının poçtla ona göndərməyinin ayrı nə mənası ola bilərdi?
Edmont Heminqueyin ömrünə əlli yeddi yaşında son qoymuş tüfəng Ernest Heminqueyin canını altmış iki yaşında alana qədər yazıçı bu sualların əlində girinc qalmışdı, qatil tüfəngin zəhmi altında yaşamışdı, bir depressiya xəndəyindən sürünüb çıxıb başqasına yuvarlanmışdı. Ömrünün son illərində ona elə gəlirdi ki, Federal Təhlükəsizlik Bürosunun agentləri gecə-gündüz onu izləyirlər. Eynən “Qatillər” hekayəsinin qəhrəmanı kimi o da “təqib olunmaqdan”, “gizlənməkdən” bezmişdi, ölümdən qaçmaqdan yorulmuşdu, özünü əcələ təhvil verməyə, könüllü təslim olmağa hər dəqiqə hazırıydı. Bir neçə dəfə intihara cəhd göstərmişdisə də, hər dəfəsində onu özündən qoruya bilmişdilər.
Ömrünün bir çağında Tolstoy da özünü asmamaq üçün bütün ipləri-kəndirləri, özünü atmamaq üçün evindəki silahları gözündən gizlədirdi. Ancaq Lev Nikolayeviç mənəvi qüdrəti, inancı sayəsində o ütüdən salamat qurtara bildi. Heminqueyə belə qurtuluş qismət olmadı. Qocanı sahilə atan dəniz ondan biryolluq üz döndərdi. On il əvvəl köçünü sürmüş əzazil ananın nəhs hədiyyəsi, dahi oğlunu qarabaqara izləyən məşum ruhu işini gördü, bütün dünyanın sevə-sevə oxuduğu bir qələm bahadırı öz tənhalığının təkadamlıq kamerasında can verdi. Həyat çatışmazlığı sindromuna mübtəla olmuş, okeandan sürgün balina kimi sahilə atılmış yazıçının təşnə ruhuna qovulduğu dəryadan son nəfəsdə bir damla sevinc, bir qətrə sevgi sıçramadı.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxİdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31

