İlk dəfə...
02.09.2023 [11:30]
Nizami Cəfərov: Milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması mühüm tarixi hadisəyə çevrilib
“Azərbaycan Dili və Ədəbiyyatı” Forumu keçirilib
Dünən Şamaxıda “Azərbaycan Dili və Ədəbiyyatı” Forumu işə başlayıb. Tədbir Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir. Forum ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşib.
Tədbirin açılış mərasimində çıxış edən Mədəniyyət naziri Adil Kərimli ölkəmizdə ilk dəfə təşkil olunan Forumun əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Forumun təşkili Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən silsilə layihənin tərkib hissəsidir. Ümummilli Liderin 100 illiyinə həsr edilmiş Forumun xüsusi önəm kəsb etdiyi diqqətə çatdıran nazir deyib: “Ulu Öndər hər zaman ana dilimizin - Azərbaycan dilinin inkişafına və təmizliyinə xüsusi diqqət yetirib. Bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemləri dövlət strategiyasında gələcək üçün nəzərə almaqdır”.
Daha sonra Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan dilinin inkişafı və müfəssəlləşməsi qarşıda duran ümdə vəzifələrdəndir. Dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsillə bağlı problemləri olduğunu vurğulayan nazir bildirib: “Bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayan həmvətənlərimiz üçün onlayn Azərbaycan dili dərsləri keçiriləcək. Sevindirici haldır ki, artıq 400-dən çox müraciət olub. Düşünürəm ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün bu, vacibdir”.
Çıxışlardan sonra Azərbaycan dilinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forum işini sentyabrın 3-4-də Bakıda davam edəcək. Mütəxəssislərin Forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti - 2040” Dövlət Proqramında əksini tapacaq.
Dilimizin saflığının qorunması
Forumun əhəmiyyəti barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən filologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərov bildirib ki, ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparıldığı Forum mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində vacib rol oynayır. Professorun sözlərinə görə, bu gün Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması vacib istiqamətlərdən biridir: “Müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi vacibdir. Forumun keçirilməsinə digər məqsədlərdən biri uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələrin mütəmadi olaraq davam etdirilməsidir.
Soydaşlarımız üçün əbədi örnək
Dövlətimizin dil siyasətinin müəyyənləşməsi Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra ana dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. Ümummilli Liderin ana dilinə sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər tariximizdə ciddi bir istisnalıq təşkil edir. Bütün bunlar hər bir soydaşımız üçün əbədi bir örnəkdir. Böyük rəhbər iftixarla deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”“.
Milli varlığımızın güzgüsü-ana dili...
N.Cəfərovun sözlərinə görə, sevindirici haldır ki, bu gün müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan ölkə başçısı Azərbaycana dilçiliyin inkişafına xüsusi diqqət göstərir: “Milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması mühüm tarixi hadisəyə çevrilib. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin gerçəkləşdirilməsi kimi məsələlər qarşıya mühüm vəzifələr kimi qoyulub”.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

